Yevlaxda milli mətbuatımızın yaranmasının 150 illiyi ilə bağlı tədbir keçirilib. -FOTOLAR

21 iyul 2025-ci il tarixdə Yevlax Şəhər İcra Hakimiyyətinin inzibati binasında milli mətbuatımızın yaranmasının 150 illiyinə həsr edilmiş tədbir keçirilib. Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, şəhər icra hakimiyyəti başçısı aparatının məsul şəxsləri, media nümayəndələri iştirak ediblər.
Tədbir Ulu Öndər, Dahi Şəxsiyyət Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş qəhrəman Şəhidlərimizin müqəddəs ruhlarının bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş nitqi ilə açıq elan edən şəhər icra hakimiyyətinin başçısı Anar Tağıyev milli mətbuatımızın yaranmasının 150 illiyi münasibəti ilə bütün media nümayəndələrini ürəkdən təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirin gedişində milli mətbuatımızın tarixindən, inkişaf mərhələsindən bəhs edən videoçarx izlənilib. Daha sonra çıxış üçün söz media nümayəndələrinə verilib. Milli mətbuatımızın yaranmasının 150 illiyi ilə bağlı media nümayəndələrinə göstərilən diqqət və qayğıya görə Ölkə Başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlıqlarını bildirən media nümayəndələri milli mətbuatımızın inkişafından, keçdiyi uğurlu yoldan və bu günkü vəziyyətindən danışıblar.
Çıxış edənlər arasında yazıçı, Azərbaycan Yazıçılar və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Dialoq.az" xəbər saytının rəhbəri Natiq Əlisoy 3-cü Şuşa Qlobal Media Forumunda Ölkə Rəhbərimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yerli və xarici media nümayəndələri qarşısında etdiyi çıxışları, bu günkü qlobal medianın tələblərini və yerli icra hakimiyyətləri haqqında əsasnamənin 3.14.2.-ci maddəsini rəhbər tutaraq regionlarda informasiyanın azad və keyfiyyətli dövriyyəsinin təmin olunması, innovativ düşüncə, məlumatların sürətli şəkildə axtarılması, əldə edilməsi, istehsalı və yayılması üçün media subyektləri və jurnalistlər ilə qarşılıqlı əməkdaşlıq sahələrində səmərəliliyin, media savadlılığının, informasiya təhlükəsizliyinin artırılması, vətəndaş mövqeyinin və onların problemlərinin, təklif və xahişlərinin real öyrənilməsi, sosial məsələlərin analizi, onların qanunamüvafiq qaydada həlli və bu kimi sualların müzakirəsi, sosial mühitdə baş verən müsbət və mənfi hadisələrin analiz edilməsi üçün regionlarda fəaliyyət göstərən media subyektlərinin, jurnalistlərin və eləcə də müvafiq qurumların ictimaiyyətlə əlaqələr və mətbuat katiblərinin ən azı ayda bir dəfə bir araya gəlməsinin vacibliyini diqqətə çatdırıb.
Tədbirdə iştirak edən media nümayəndələri Azərbaycan milli mətbuatının 150 illik yubleyi və 22 İyul Milli Mətbuat Günü münasibəti ilə fəxri fərmanla təltif ediliblər.
Sonda xatirə şəkilləri çəkilib.

















Dialoq.az
Dün, 23:53
Vətən Müharibəsi Qəhrəmanına - Ağır itki
Dün, 18:35
"ADY"rekord artım açıqladı: 5 ayda 4,5 milyondan çox sərnişin daşınıb
Dün, 12:58
Yevlax sakini Lökbatandakı yanacaqdoldurma məntəqəsində öldü
Dün, 12:12
Hərbidən qayıdıb əvvəlki vəzifəyə təyin oluna biləcəklər
Dün, 10:54
Prezident millimizi qələbə münasibətilə təbrik etdi
Dün, 10:50
İraqda şiə alimi vəfat etdi, üçgünlük matəm elan olundu
Dün, 09:11
Kolumbiyada yük gəmisində partlayış - Ölənlər və yaralananlar var
Dün, 09:06
Göyçay polisi əməliyyat keçirdi:Marixuana və tiryək aşkarlanıb, iki nəfər həbs olunub
Dün, 08:58
“Ulduz” jurnalının şöbə redaktoru vəfat etdi
Dün, 08:57
DTX-də kibertəhqiqat istiqaməti fəaliyyətə başladı
Dün, 08:36
DTX-də kibertəhqiqat istiqaməti fəaliyyətə başladı
4-06-2026, 15:35
Mingəçevir Dövlət Universitetində regionun ən böyük Kibertəhlükəsizlik Laboratoriyasının açılışı olub
4-06-2026, 11:57
Onlardan sürücülük vəsiqəsi tələb olunacaq
4-06-2026, 01:08
Şəhidin xanımı niyə qətlə yetirilib? Atası və anası danışdı.-VİDEO
3-06-2026, 23:58
Mingəçevir Dövlət Universitetinin tələbələri Ümumdünya Velosiped Günündə veloyürüşə qoşuldular
3-06-2026, 22:47
Cəlilabadda qadın qətlə yetirildi - Şübhəlinin 15 yaşı var
3-06-2026, 20:32
Həmin sürücü 30 sutka həbs edildi
2-06-2026, 20:06
Prezident bu xanıma yüksək vəzifə verdi
2-06-2026, 20:04
Azərbaycanda əsgərlər həftəsonu evə buraxıla bilər? — AÇIQLAMA
2-06-2026, 17:32
AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək
2-06-2026, 17:27
Bakı–Tbilisi–Qars dəmir yolu genişmiqyaslı modernləşdirmədən sonra yeni mərhələyə qədəm qoyur
2-06-2026, 16:58
Baş DYP İdarəsi küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
2-06-2026, 11:45
Gecikmiş maaş iddiaları ilə bağlı “Space” TV-dən - Açıqlama
2-06-2026, 11:38
TƏBİB-də yeni təyinat
2-06-2026, 10:57
Təhlükəli manevr və ara məsafəsinin pozulması qəzaya səbəb oldu
2-06-2026, 09:19
Kür sahilində 18 yaşlı gəncin meyiti tapıldı
1-06-2026, 22:03
Əməkdar jurnalist Əminə Yusifqızının 75 illik yubileyi qeyd olunub. FOTOLAR