Prezidentdən amnistiya təşəbbüsü - 20 mindən çox şəxsə şamil olunacaq
Gündəm
Oxunub: 106
15 Ara 2025 | 15:45
Prezidentdən amnistiya təşəbbüsü - 20 mindən çox şəxsə şamil olunacaq
Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi və xilaskarlıq missiyası sayəsində müstəqil Azərbaycan dövləti qurulub möhkəmlənib, Ulu Öndərin rəhbərliyi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlətçiliyimizin hüquqi təməlini yaradıb.

Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və uzaqgörən strategiyası, sarsılmaz liderliyi və Silahlı Qüvvələrimizin misilsiz qəhrəmanlığı sayəsində Vətən müharibəsində qazandığımız Zəfər və lokal xarakterli antiterror əməliyyatı nəticəsində suverenliyimiz və ərazi bütövlüyümüz tam bərpa edilib.

“Dialoq.az ” AZƏRTAC-a istinadən xəbər verir ki, suverenliyimizin bərpasının, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi qələbəsi olduğunu nəzərə alaraq, humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, cəzadan azad olunacaq şəxslərin qanunlara dönmədən əməl edəcəklərinə və dövlətimizin inkişafına öz töhfələrini verəcəklərinə ümid edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb.

Amnistiya aktının layihəsinə əsasən, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistan Respublikasının mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur.

Bununla yanaşı, layihəyə əsasən, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaq.

Azərbaycan Prezidenti tərəfindən Azərbaycan Milli Məclisinə təqdim olunan Amnistiya aktının tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacağı ehtimal edilir. Belə ki, amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır.
Dialoq.az
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
Dün, 23:53
Vətən Müharibəsi Qəhrəmanına - Ağır itki
Dün, 18:35
"ADY"rekord artım açıqladı: 5 ayda 4,5 milyondan çox sərnişin daşınıb
Dün, 12:58
Yevlax sakini Lökbatandakı yanacaqdoldurma məntəqəsində öldü
Dün, 12:12
Hərbidən qayıdıb əvvəlki vəzifəyə təyin oluna biləcəklər
Dün, 10:54
Prezident millimizi qələbə münasibətilə təbrik etdi
Dün, 10:50
İraqda şiə alimi vəfat etdi, üçgünlük matəm elan olundu
Dün, 09:11
Kolumbiyada yük gəmisində partlayış - Ölənlər və yaralananlar var
Dün, 09:06
Göyçay polisi əməliyyat keçirdi:Marixuana və tiryək aşkarlanıb, iki nəfər həbs olunub
Dün, 08:58
“Ulduz” jurnalının şöbə redaktoru vəfat etdi
Dün, 08:57
DTX-də kibertəhqiqat istiqaməti fəaliyyətə başladı
Dün, 08:36
DTX-də kibertəhqiqat istiqaməti fəaliyyətə başladı
4-06-2026, 15:35
Mingəçevir Dövlət Universitetində regionun ən böyük Kibertəhlükəsizlik Laboratoriyasının açılışı olub
4-06-2026, 11:57
Onlardan sürücülük vəsiqəsi tələb olunacaq
4-06-2026, 01:08
Şəhidin xanımı niyə qətlə yetirilib? Atası və anası danışdı.-VİDEO
3-06-2026, 23:58
Mingəçevir Dövlət Universitetinin tələbələri Ümumdünya Velosiped Günündə veloyürüşə qoşuldular
3-06-2026, 22:47
Cəlilabadda qadın qətlə yetirildi - Şübhəlinin 15 yaşı var
3-06-2026, 20:32
Həmin sürücü 30 sutka həbs edildi
2-06-2026, 20:06
Prezident bu xanıma yüksək vəzifə verdi
2-06-2026, 20:04
Azərbaycanda əsgərlər həftəsonu evə buraxıla bilər? — AÇIQLAMA
2-06-2026, 17:32
AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək
2-06-2026, 17:27
Bakı–Tbilisi–Qars dəmir yolu genişmiqyaslı modernləşdirmədən sonra yeni mərhələyə qədəm qoyur
2-06-2026, 16:58
Baş DYP İdarəsi küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
2-06-2026, 11:45
Gecikmiş maaş iddiaları ilə bağlı “Space” TV-dən - Açıqlama
2-06-2026, 11:38
TƏBİB-də yeni təyinat
2-06-2026, 10:57
Təhlükəli manevr və ara məsafəsinin pozulması qəzaya səbəb oldu
2-06-2026, 09:19
Kür sahilində 18 yaşlı gəncin meyiti tapıldı
1-06-2026, 22:03
Əməkdar jurnalist Əminə Yusifqızının 75 illik yubileyi qeyd olunub. FOTOLAR