Bakıda yerüstü və yeraltı piyada keçidlərində eskalator və liftlər yenilənəcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Bakı şəhərində yerləşən yerüstü və yeraltı piyada keçidlərində eskalator və bəzi liftlərin yenilənməsi istiqamətində hazırlıq işlərinə başlanılır.
Dialoq.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu işlər çərçivəsində sakinlərdən daxil olan şikayətlər əsasında paytaxtın müxtəlif ərazilərində yerləşən 46 ünvandakı yerüstü və yeraltı keçiddə ümumilikdə 177 eskalatorun və 2 travelatorun (pilləsiz, gəzinti sürətini artırmaq üçün özü hərəkət edən şaquli yol) yenilənməsi nəzərdə tutulur. Eyni zamanda yerüstü piyada keçidlərində quraşdırılmış bəzi liftlərin dəyişdirilməsi və əsaslı təmiri də həyata keçiriləcək.
Qeyd olunmalıdır ki, yenilənəcək eskalatorların bəziləri texniki uyğunsuzluğla quraşdırılmış, digərləri isə artıq istismar müddətini başa vurmuş qurğulardır. Vətəndaşların təhlükəsizliyini və rahatlığını təmin etmək məqsədilə həmin avadanlıqlar tamamilə yeniləri ilə əvəz olunacaq.
Yeni, müasir eskalatorlar bu sahədə dünyanın aparıcı istehsalçılarından biri hesab olunan Finlandiyanın məşhur “KONE” şirkətinin istehsalı olacaq.
Belə ki, hər bir keçid üçün nəzərdə tutulan mexanizmlər individual ölçü və texniki göstəricilərə uyğun olaraq zavod şəraitində xüsusi sifarişlə istehsal edilir. Buna görə də, avadanlıqların istehsalı və çatdırılması üçün bir neçə ay vaxt tələb olunacaq. Bu səbəbdən də quraşdırma işlərinə bu ilin payızında mərhələli şəkildə başlanılması planlaşdırılır.
Qeyd edək ki, hazırda Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) balansında olan sözügedən eskalator və mexanizmlər Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yenilənərək balansa qəbul ediləcək.
Dialoq.az
Dün, 23:53
Vətən Müharibəsi Qəhrəmanına - Ağır itki
Dün, 18:35
"ADY"rekord artım açıqladı: 5 ayda 4,5 milyondan çox sərnişin daşınıb
Dün, 12:58
Yevlax sakini Lökbatandakı yanacaqdoldurma məntəqəsində öldü
Dün, 12:12
Hərbidən qayıdıb əvvəlki vəzifəyə təyin oluna biləcəklər
Dün, 10:54
Prezident millimizi qələbə münasibətilə təbrik etdi
Dün, 10:50
İraqda şiə alimi vəfat etdi, üçgünlük matəm elan olundu
Dün, 09:11
Kolumbiyada yük gəmisində partlayış - Ölənlər və yaralananlar var
Dün, 09:06
Göyçay polisi əməliyyat keçirdi:Marixuana və tiryək aşkarlanıb, iki nəfər həbs olunub
Dün, 08:58
“Ulduz” jurnalının şöbə redaktoru vəfat etdi
Dün, 08:57
DTX-də kibertəhqiqat istiqaməti fəaliyyətə başladı
Dün, 08:36
DTX-də kibertəhqiqat istiqaməti fəaliyyətə başladı
4-06-2026, 15:35
Mingəçevir Dövlət Universitetində regionun ən böyük Kibertəhlükəsizlik Laboratoriyasının açılışı olub
4-06-2026, 11:57
Onlardan sürücülük vəsiqəsi tələb olunacaq
4-06-2026, 01:08
Şəhidin xanımı niyə qətlə yetirilib? Atası və anası danışdı.-VİDEO
3-06-2026, 23:58
Mingəçevir Dövlət Universitetinin tələbələri Ümumdünya Velosiped Günündə veloyürüşə qoşuldular
3-06-2026, 22:47
Cəlilabadda qadın qətlə yetirildi - Şübhəlinin 15 yaşı var
3-06-2026, 20:32
Həmin sürücü 30 sutka həbs edildi
2-06-2026, 20:06
Prezident bu xanıma yüksək vəzifə verdi
2-06-2026, 20:04
Azərbaycanda əsgərlər həftəsonu evə buraxıla bilər? — AÇIQLAMA
2-06-2026, 17:32
AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək
2-06-2026, 17:27
Bakı–Tbilisi–Qars dəmir yolu genişmiqyaslı modernləşdirmədən sonra yeni mərhələyə qədəm qoyur
2-06-2026, 16:58
Baş DYP İdarəsi küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
2-06-2026, 11:45
Gecikmiş maaş iddiaları ilə bağlı “Space” TV-dən - Açıqlama
2-06-2026, 11:38
TƏBİB-də yeni təyinat
2-06-2026, 10:57
Təhlükəli manevr və ara məsafəsinin pozulması qəzaya səbəb oldu
2-06-2026, 09:19
Kür sahilində 18 yaşlı gəncin meyiti tapıldı
1-06-2026, 22:03
Əməkdar jurnalist Əminə Yusifqızının 75 illik yubileyi qeyd olunub. FOTOLAR