Düşmənin pilotsuzlarının qarşısı bu cür alınmalıdır! Bunu etməsək təxribatların sayı çoxala bilər!
Gündəm
Oxunub: 728
1 Ekm 2022 | 13:52
Düşmənin pilotsuzlarının qarşısı bu cür alınmalıdır! Bunu etməsək təxribatların sayı çoxala bilər!
Müasir döyüşlərdə düşmənin hava hücum vasitələrinin, uzaqmənzilli-yüksəksürətli reaktiv artilleriya və texniki kəşfiyyat vasitələrinin (PUA) qarşısının alınmasında (məhv edilməsi, izlənilməsi və deaktivləşdirilməsi) radio, radiolokasiya və vizual kəşfiyyatın müasir və ağıllı üsullarla aparılması ən vacib şərtlərdən biridir. Hava hədəflərinə (təyyarə, vertolyot, PUA, şar, reaktiv mərmilər) qarşı döyüş fəaliyyətlərinin effektiv idarə olunması üçün zenit-raket, qırıcı aviasiya və radioelektron mübarizə bölmələrinə kəşfiyyat və döyüş məlumatları onların məhv olunması üçün tələb olunan hədlərdə verilməlidir. Yəni sadə dildə desək kəşfiyyat məlumatları elə məsafədə verilməlidir ki, atəş və zərbə vasitələri vaxta görə çatdırıb hədəfi vura bilsin. Bunun üçün bütün dünya ordularında hava kəşfiyyat planı elə qurulur ki, dost qüvvələrin (özümüzün) aşağı, orta, yüksək hündürlük diapazonlarında hava kəşfiyyat aparma imkanları düşmənin hava hücum vasitələrinin (təyyarə, vertolyot, PUA, reaktiv mərmilər və s.) döyüş tətbiqi imkanlarından üstün olmalıdır və bu sistem Azərbaycan Ordusunda da bu cür qurulub. Yəni Azərbaycan Ordusunun hava hücumundan müdafiə sistemi bütün imkanlarına görə (atəş, kəşfiyyat, idarəetmə, koordinasiya və s.) düşməndən tam üstündür. Biz bunu ll Qarabağ müharibəsində də gördük. Ancaq, bu gün bizim qarşımızda duran ən vacib tapşırıqlardan biri düşmənin ən kiçik PUA-na qarşı dayanıqlı mübarizə məsələsidir. İzah üçün bildirim ki, bu çətinlik təkcə Azərbaycan Ordusu üçün yox, hətta ən müasir ordular üçün də xarakterikdir. Müqaisə üçün deyim ki, bu problem Ermənistan ordusunda daha yüksək səviyyədədir. Belə ki, onların radiolokasiya kəşfiyyat stansiyaları Rusiya istehsalı olan ən qoca və lazımsız vasitələrdir. Bunu Ermənistanın ötən illərdə keçirdiyi paradlarda, təlimlərdə və digər media portallarında nümayiş etdirdiyi görüntülərdən də sezmək mümkün idi. Onu da qeyd edim ki, ll Qarabağ müharibəsində həmin texnikaların 90%-i Azərbaycan Ordusu tərəfindən məhv edilib. Odur ki, hesab edirəm düşmənin ən kiçik ölçülü PUA-larını aşkar və məhv etmək üçün daha müasir radiolokasiya kəşfiyyat stansiyalarına (santimetrlik dalğa diapazonunda işləyən), radiotezlik qarışdırıcılarına (uzaqlıq və hündürlüyə görə bütün tezlik imkanlarına aktiv təsir edə bilən) ehtiyac var. Sual yarana bilər ki, bu vasitələrin alınmasına nə ehtiyac var ki? Bilmək lazımdır ki, son aylarda cəbhə xəttimiz boyunca və qoşunlarımızın dərinliyinə doğru bütün kəşfiyyat əməliyyatları həmin kiçik PUA-larla aparılır. Onu isə gözlə görmək (xüsusilə məhdud görmə şəraitində), səslə eşitmək çox çətin başa gəlir, kiçik olduğu üçün effektiv əks olunma səthinin kiçikliyinə görə metrlik və daha böyük diapazonlu stansiyalarla aşkar olunması qeyri-mümkündür. Bundan istifadə edən düşmən əraziyə görə ara boşluqlarımızı, döyüş düzülüşümüzü, gündəlik fəaliyyətimizi, xüsusi hallarımızı və s. müxtəlif saatlarda bu və ya digər formada təsbit edir və təxribat  törətmək üçün əlverişli imkana sahib olur. Düzdür, əks hücumla ordumuz düşmənin təxribatlarının qarşısını alsa da bu böyük insan itkilərinə səbəb olur.
____________________________________________
Hərbi ekspert
Natiq Əlisoy
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
Dün, 04:44
Sabah 11 marşrut bu dayanacaqlarda saxlamayacaq - Siyahı
Dün, 04:43
Bu yol bağlanır
9-08-2026, 20:35
Gəncədə qəza - “Kamaz” ağaca çırpıldı+Fotolar
8-08-2026, 21:39
Mingəçevir Dövlət Universiteti və Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına start verir
8-08-2026, 08:34
Ağdaş polisi qoyun oğrusunu tutub-VİDEO
8-08-2026, 08:29
“Gürcüstandakı münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik”
7-08-2026, 22:14
Ağdaşda 17 yaşlı qıza nişan keçirildi - Valideynləri polisə çağırıldı
7-08-2026, 15:28
Media və Yayım Şurası yaradıldı - Fərman
6-08-2026, 05:53
Sulutəpədə avtoservisdə yanğın baş verib Hadisə
6-08-2026, 05:50
Bakıda məşhur ticarət mərkəzində faciə
6-08-2026, 05:46
Canlı yayımda söyüş söyən daha bir tiktoker həbs edildi
6-08-2026, 05:43
Alkoqoldan imtina etdikdə beyində nə baş verir? — Araşdırmaların nəticələri
6-08-2026, 05:39
Təyyarədə baqaj yükü itən sərnişin nə etməlidir? — AÇIQLAMA
6-08-2026, 05:35
Restoranın qarşısında kütləvi dava - Bir nəfər öldü, üçü yaralandı
5-08-2026, 22:30
Bakıda məscid yanır
5-08-2026, 22:21
Gürcüstan yenidən qaranlığa qərq oldu
5-08-2026, 22:18
Tbilisi-Bakı qatarı yenə gecikdi - İşıq əngəl oldu
4-08-2026, 13:44
Mingəçevirdə bir nəfər şəxs atdan yıxılaraq xəsarət alıb
3-08-2026, 23:21
Mingəçevirdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbir keçirilib-VİDEO
3-08-2026, 22:49
Yevlaxda sürücü xəsarət aldı,bir neçə gün sonra dünyasını dəyişdi-VİDEO
3-08-2026, 14:35
Ombudsman Aparatının nümayəndələri hərbi hissədə olublar
3-08-2026, 14:29
Azərbaycan–Gürcüstan dəmir yolu daşımalarında sərhəd keçidi iki dəfə sürətləndirilir
3-08-2026, 13:01
Məkanlardan oğurluq edən 6 nəfər saxlanıldı – minlərlə manatlıq əmlak talanıb
3-08-2026, 12:50
“Vətəndaşlardan hər hansı hesaba pul köçürülməsi tələb olunmur” - Rəsmi
3-08-2026, 12:35
Xanəndənin ürəyində 4 damar dəyişdirildi
3-08-2026, 12:31
Prezident açılışda - Fotolar
1-08-2026, 23:37
Mingəçevirdə regional medianın problemləri müzakirə olunub: “Sağlam media üçün regionlara diqqət artırılmalıdır”. -VİDEO