Mingəçevirdə regional medianın problemləri müzakirə olunub: “Sağlam media üçün regionlara diqqət artırılmalıdır”. -VİDEO
Gündəm / Bölgə
Oxunub: 312
1 Ağu 2026 | 23:37
Mingəçevirdə regional medianın problemləri müzakirə olunub: “Sağlam media üçün regionlara diqqət artırılmalıdır”. -VİDEO
1 avqust 2026-cı il tarixində Mingəçevir şəhər Gənclər Evində Azərbaycan Jurnalistlər Birliyinin rəhbərliyi, EL TV-nin təşkilatçılığı ilə Mərkəzi Aran regionunda fəaliyyət göstərən media nümayəndələri ilə görüş keçirilib.
Görüşdə Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, Birliyin İdarə Heyətinin üzvləri və Mərkəzi Aran regionunda fəaliyyət göstərən media subyektlərinin nümayəndələri iştirak ediblər. Görüşün əsas məqsədi region mediasının mövcud vəziyyətini, onun qarşılaşdığı problemləri, media nümayəndələrinin üzləşdiyi çətinlikləri müzakirə etmək, onların təklif və təşəbbüslərini dinləmək olub.

Mingəçevirdə regional medianın problemləri müzakirə olunub: “Sağlam media üçün regionlara diqqət artırılmalıdır”. -VİDEO
Tədbirdə çıxış edən Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı müasir medianın qarşısında dayanan əsas problemlərdən danışıb. O, medianın bugünkü vəziyyətinə toxunaraq dezinformasiyanın yayılması, qeyri-peşəkar yanaşmalar, reket jurnalistika və digər mənfi tendensiyaların media mühitinə təsirlərindən bəhs edib. Elçin Şıxlı bildirib ki, sağlam media mühitinin formalaşdırılması üçün peşəkar jurnalistikanın inkişafına, jurnalistlərin maarifləndirilməsinə və media subyektlərinin fəaliyyətinə daha ciddi diqqət göstərilməsinə ehtiyac var. Görüş zamanı region mediasının problemləri geniş müzakirə olunub. Mərkəzi Aran regionunda fəaliyyət göstərən jurnalistlər onları narahat edən məsələləri səsləndirib, təklif və xahişlərini Azərbaycan Jurnalistlər Birliyinin rəhbərliyinin diqqətinə çatdırıblar.
Mingəçevirdə regional medianın problemləri müzakirə olunub: “Sağlam media üçün regionlara diqqət artırılmalıdır”. -VİDEO
Görüşdə çıxış edən media nümayəndələri regionlarda fəaliyyət göstərən media subyektlərinə diqqətin artırılmasının vacibliyini vurğulayıblar. Qeyd olunub ki, regionlarda sağlam və peşəkar medianın formalaşması yalnız jurnalistlərin öz fəaliyyətindən deyil, həm də onların çalışdığı informasiya mühitindən, dövlət qurumları ilə media arasındakı münasibətlərdən və ictimaiyyətin mediaya yanaşmasından asılıdır. Bu baxımdan region mediasının inkişafına dəstək verilməsi, jurnalistlərin peşəkarlığının və media savadlılığının artırılması istiqamətində müxtəlif təlimlərin, seminarların və maarifləndirici tədbirlərin keçirilməsi təklif olunub. Eyni zamanda dövlət qurumları ilə media arasında informasiya mübadiləsinin daha sağlam və operativ qurulmasının vacibliyi diqqətə çatdırılıb.
Mingəçevirdə regional medianın problemləri müzakirə olunub: “Sağlam media üçün regionlara diqqət artırılmalıdır”. -VİDEO
Görüşdə çıxış edən yazıçı, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Dialoq.az xəbər saytının təsisçisi və baş redaktoru Natiq Əlisoy regional medianın qarşılaşdığı problemlərdən danışaraq Azərbaycan Jurnalistlər Birliyinin regional bölmələrinin yaradılmasının vacibliyini qeyd edib. Natiq Əlisoy qeyd edib ki, Azərbaycan Jurnalistlər Birliyinin regional bölmələrinin yaradılması region mediasının problemlərinin vahid platformada müzakirə olunmasına imkan verə bilər. O bildirib ki, həmin bölmələr vasitəsilə region jurnalistlərinin qarşılaşdıqları problemlər sistemləşdirilə, aidiyyəti qurumların diqqətinə çatdırıla və onların həlli istiqamətində ardıcıl fəaliyyət həyata keçirilə bilər.

Görüşdə regionlarda fəaliyyət göstərən media subyektlərinin stimullaşdırılması, onların maddi və mənəvi baxımdan dəstəklənməsi məsələsi də gündəmə gətirilib. Bildirilib ki, region mediasının yaşaması və inkişaf etməsi üçün yalnız peşəkar jurnalistlərin olması kifayət deyil. Eyni zamanda onların fəaliyyət göstərməsi üçün normal iqtisadi və informasiya mühiti də yaradılmalıdır. Media nümayəndələri regionlarda jurnalistikanın nüfuzunun artırılması, media savadlılığının yüksəldilməsi, peşəkar jurnalistikanın təşviqi və sağlam media mühitinin formalaşdırılması istiqamətində daha çox layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

Dialoq.az
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
Bugün, 04:44
Sabah 11 marşrut bu dayanacaqlarda saxlamayacaq - Siyahı
Bugün, 04:43
Bu yol bağlanır
Dün, 20:35
Gəncədə qəza - “Kamaz” ağaca çırpıldı+Fotolar
8-08-2026, 21:39
Mingəçevir Dövlət Universiteti və Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına start verir
8-08-2026, 08:34
Ağdaş polisi qoyun oğrusunu tutub-VİDEO
8-08-2026, 08:29
“Gürcüstandakı münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik”
7-08-2026, 22:14
Ağdaşda 17 yaşlı qıza nişan keçirildi - Valideynləri polisə çağırıldı
7-08-2026, 15:28
Media və Yayım Şurası yaradıldı - Fərman
6-08-2026, 05:53
Sulutəpədə avtoservisdə yanğın baş verib Hadisə
6-08-2026, 05:50
Bakıda məşhur ticarət mərkəzində faciə
6-08-2026, 05:46
Canlı yayımda söyüş söyən daha bir tiktoker həbs edildi
6-08-2026, 05:43
Alkoqoldan imtina etdikdə beyində nə baş verir? — Araşdırmaların nəticələri
6-08-2026, 05:39
Təyyarədə baqaj yükü itən sərnişin nə etməlidir? — AÇIQLAMA
6-08-2026, 05:35
Restoranın qarşısında kütləvi dava - Bir nəfər öldü, üçü yaralandı
5-08-2026, 22:30
Bakıda məscid yanır
5-08-2026, 22:21
Gürcüstan yenidən qaranlığa qərq oldu
5-08-2026, 22:18
Tbilisi-Bakı qatarı yenə gecikdi - İşıq əngəl oldu
4-08-2026, 13:44
Mingəçevirdə bir nəfər şəxs atdan yıxılaraq xəsarət alıb
3-08-2026, 23:21
Mingəçevirdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbir keçirilib-VİDEO
3-08-2026, 22:49
Yevlaxda sürücü xəsarət aldı,bir neçə gün sonra dünyasını dəyişdi-VİDEO
3-08-2026, 14:35
Ombudsman Aparatının nümayəndələri hərbi hissədə olublar
3-08-2026, 14:29
Azərbaycan–Gürcüstan dəmir yolu daşımalarında sərhəd keçidi iki dəfə sürətləndirilir
3-08-2026, 13:01
Məkanlardan oğurluq edən 6 nəfər saxlanıldı – minlərlə manatlıq əmlak talanıb
3-08-2026, 12:50
“Vətəndaşlardan hər hansı hesaba pul köçürülməsi tələb olunmur” - Rəsmi
3-08-2026, 12:35
Xanəndənin ürəyində 4 damar dəyişdirildi
3-08-2026, 12:31
Prezident açılışda - Fotolar
1-08-2026, 23:37
Mingəçevirdə regional medianın problemləri müzakirə olunub: “Sağlam media üçün regionlara diqqət artırılmalıdır”. -VİDEO