Yevlaxda şəhid ailələri ziyarət olundu.

Milli Məclisin deputatı İlham Məmmədov, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Azərbaycan Respublikası Milli Qəhərmanlarını Tanıtma İctimai Birliyinin Yevlax Rayon Nümayəndəliyinin sədri, Vətən müharibəsi iştirakçısı, “Azərbaycan Bayrağı” ordenli Mədəd Süleymanov, Azərbaycan Respublikası MQTİB-nin Yevlax Nümayəndəliyinin sədrinin birinci müavini, Vətən müharibəsi iştirakçısı Bayram Hüseynov, Azərbaycan Respublikası MQTİB-nin Yevlax Nümayəndəliyinin sədr müavini, "Dialoq.Az" saytının rəhbəri, Yazıçı, Azərbaycan Jurnalistlər Birliyinin və Türk Ağsaqqalları İctimai birliyinin üzvü, hərbi ekspert Natiq Əlisoy əvvəlcə rayonun Kövər kəndində torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş Şəhidlərimizin xatirəsinə ucaldılmış Abidə kompleksini ziyarət edib, önünə gül dəstələri düzərək qəhrəman oğullarımızın əziz xatirəsini ehtiramla yad ediblər. Sonra rayonun Kolanlı kəndində yaşayan Birinci Qarabağ müharibəsi şəhidi Tatanov Cəlil Xəlil oğlunun və İkinci Qarabağ müharibəsi şəhidi Səmədli Sənan Fikrət oğlunun ailə üzvlərini ziyarət edib, onların qayğıları ilə maraqlanıblar. Görüşdə qəhrəman oğulların Vətənimiz və dövlətimiz naminə göstərdiyi şücaətdən söhbət açılıb, onların keçdiyi şərəfli döyüş yolundan geniş bəhs edilib. Eyni zamanda vurğulanıb ki, bu gün ölkəmiz Prezident,Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçir. Vətəndaşların rifah halının yaxşılaşdırılması, Şəhid ailələrinə və müharibə əlillərinə xüsusi qayğının göstərilməsi, insanların və vətəndaşların hüquq və azadlıqlarının qanunlar çərçivəsində layiqincə təmin edilməsi aparılan güclü dövlət siyasətinin əsas tərkib hissəsidir. Azərbaycan xalqı öz qəhrəmanlarını heç zaman unutmur, şəhid olan igidlərimizin xatirəsini əziz tutur, bu isə məhz mənəviyyatı və milli ruhu yüksək olan bir xalq olduğumuzun əyani sübutudur.
Daha sonra rayonun Xanabad kəndində İkinci Qarabağ müharibəsi şəhidi İsmayılov Kənan Mənsur oğlunun dünyasını dəyişmiş atası Mənsur İsmayılovun ailə üzvləri ziyarət olunub, bu kədərli hadisə ilə əlaqədar onlara dərin hüznlə başsağlığı verilib, Şəhid atasının ruhuna dualar oxunub.
Görüşlər çərçivəsində Şəhid ailəsinin nümayəndələri göstərilən bütün diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıq hissini ifadə ediblər.
Dialoq.Az
Dün, 04:44
Sabah 11 marşrut bu dayanacaqlarda saxlamayacaq - Siyahı
Dün, 04:43
Bu yol bağlanır
9-08-2026, 20:35
Gəncədə qəza - “Kamaz” ağaca çırpıldı+Fotolar
8-08-2026, 21:39
Mingəçevir Dövlət Universiteti və Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına start verir
8-08-2026, 08:34
Ağdaş polisi qoyun oğrusunu tutub-VİDEO
8-08-2026, 08:29
“Gürcüstandakı münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik”
7-08-2026, 22:14
Ağdaşda 17 yaşlı qıza nişan keçirildi - Valideynləri polisə çağırıldı
7-08-2026, 15:28
Media və Yayım Şurası yaradıldı - Fərman
6-08-2026, 05:53
Sulutəpədə avtoservisdə yanğın baş verib Hadisə
6-08-2026, 05:50
Bakıda məşhur ticarət mərkəzində faciə
6-08-2026, 05:46
Canlı yayımda söyüş söyən daha bir tiktoker həbs edildi
6-08-2026, 05:43
Alkoqoldan imtina etdikdə beyində nə baş verir? — Araşdırmaların nəticələri
6-08-2026, 05:39
Təyyarədə baqaj yükü itən sərnişin nə etməlidir? — AÇIQLAMA
6-08-2026, 05:35
Restoranın qarşısında kütləvi dava - Bir nəfər öldü, üçü yaralandı
5-08-2026, 22:30
Bakıda məscid yanır
5-08-2026, 22:21
Gürcüstan yenidən qaranlığa qərq oldu
5-08-2026, 22:18
Tbilisi-Bakı qatarı yenə gecikdi - İşıq əngəl oldu
4-08-2026, 13:44
Mingəçevirdə bir nəfər şəxs atdan yıxılaraq xəsarət alıb
3-08-2026, 23:21
Mingəçevirdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbir keçirilib-VİDEO
3-08-2026, 22:49
Yevlaxda sürücü xəsarət aldı,bir neçə gün sonra dünyasını dəyişdi-VİDEO
3-08-2026, 14:35
Ombudsman Aparatının nümayəndələri hərbi hissədə olublar
3-08-2026, 14:29
Azərbaycan–Gürcüstan dəmir yolu daşımalarında sərhəd keçidi iki dəfə sürətləndirilir
3-08-2026, 13:01
Məkanlardan oğurluq edən 6 nəfər saxlanıldı – minlərlə manatlıq əmlak talanıb
3-08-2026, 12:50
“Vətəndaşlardan hər hansı hesaba pul köçürülməsi tələb olunmur” - Rəsmi
3-08-2026, 12:35
Xanəndənin ürəyində 4 damar dəyişdirildi
3-08-2026, 12:31
Prezident açılışda - Fotolar
1-08-2026, 23:37
Mingəçevirdə regional medianın problemləri müzakirə olunub: “Sağlam media üçün regionlara diqqət artırılmalıdır”. -VİDEO









