Yevlaxda Şəhidin xatirəsinə həsr olunmuş Abidə-bulaq kompleksinin açılış mərasimi keçirilib.

Dialoq.Az xəbər verir ki, Yevlax rayonunun Gülövşə kəndində Şəhid Rəhimov Təbriz Rəhim oğlunun xatirəsinə həsr olunmuş Abidə-bulaq kompleksinin açılış mərasimi keçirilib. Tədbirdə iştirak edən rəsmilər şəhidin ailə üzvlərinə başsağlığı verib, abidə-bulaq kompleksinin üzərinə gül dəstələri qoyaraq, əziz xatirəsini ehtiramla yad ediblər.
Açılış mərasimində YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev,Yevlax şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Xaliq Əliyev, Milli Məclisin deputatı İlham Məmmədov, YAP Yevlax rayon təşkilatı Aparatının və ŞİHB Aparatının məsul şəxsləri, “Azərbaycan Respublikasının Milli Qəhrəmanlarını Tanıtma”İctimai Birliyinin Yevlax rayon nümayəndəliyinin sədri,Vətən müharibəsi iştirakçısı, “Azərbaycan Bayrağı” ordenli Mədəd Süleymanov, Azərbaycan Respublikası MQTİB-in Yevlax nümayəndəliyinin sədrinin birinci müavini, Vətən müharibəsi iştirakçısı Bayram Hüseynov, Azərbaycan Respublikası MQTİB-in Yevlax nümayəndəliyinin sədr müavini, Vətən müharibəsi iştirakçısı, yazıçı, jurnalist Natiq Əlisoy, Şəhidin ailə üzvləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, qazilər və şəhidin döyüş yoldaşları, kənd sakinləri iştirak ediblər.
Tədbirdə YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev şəhid ailəsinin nümayəndələrinə dərin hüznlə başsağlığı verərək, qeyd etdi ki, 30 illik işğala son qoyan haqq savaşımızda-Vətən müharibəsində Ölkə Prezidenti, Möhtərəm Sədr, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin peşəkar rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu düşmənləri məhv etməklə dünyanın hərb tarixinə qızıl hərflərlə yazılan parlaq Qələbəyə imza atmışdır. Dövlətimizin həyata keçirdiyi güclü siyasət başda olmaqla ailədə verilmiş yüksək səviyyəli tərbiyə,orta və ali təhsil dövründə müəllimlər tərəfindən vətənpərvərlik mövzusunda biliklərin, məlumatların gənclərimiz arasında yetərincə düzgün aşılanması ötən bu müddət ərzində məhz igid və cəsur Azərbaycan əsgərini formalaşdırdı. Mütləq əksəriyyəti gənclərimizdən ibarət olan Vətən müharibəsi iştirakçıları Zəfər Zirvəsini fəth etdi. Əldə etdiyimiz böyük Qələbə nəticəsində bugünədək günahsızca öldürülmüş həmvətənlərimizin qisası alındı. Şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına göstərilən isti münasibət, onların sosial rifah halının yaxşılaşdırılması, evlərlə, avtomobillərlə təmin edilməsi, Ölkə Başçısı tərəfindən bu istiqamətdə verilən Sərəncam və Fərmanlar ümumilikdə dövlətimizin öz vətəndaşına olan sevgisinin və xüsusi diqqətinin bariz nümunəsidir. Qeyd edilib ki, Azərbaycan xalqı və dövləti var olduqca igid oğullarımızın da xatirəsi qəlbimizdə əbədi olaraq yaşayacaq və daim əziz tutulacaqdır.
Tədbirdə çıxış edənlər Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Xaliq Əliyev, Milli Məclisin deputatı İlham Məmmədov, “Azərbaycan Respublikasının Milli Qəhrəmanlarının Tanıtma” İctimai Birliyinin Yevlax rayon nümayəndəliyinin sədr müavini Vətən müharibəsi iştirakçısı, yazıçı, jurnalist Natiq Əlisoy Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində erməni ordusunu darmadağın edərək, qazandığımız Qələbənin tarixi əhəmiyyətindən danışıblar.
Bu tarixi Qələbənin əldə olunmasında yevlaxlı gənclərin də həmvətənləri ilə çiyin-çiyinə vuruşduqlarını və Vətən torpaqlarının düşmən işğalından azad olunması naminə canlarından keçdiklərini qeyd ediblər. Bu qəhrəmanlığın nəsillərə əbədi örnək olduğunu söyləməklə hər bir gənci bu nümunəyə layiq olmaq üçün Vətəninə, xalqına və dövlətinə sədaqətlə xidmət etməyin vacibliyini qeyd ediblər.
Daha sonra çıxış edən Şəhidin hərbiçi yoldaşları Təbriz Rəhimovun nümunəvi xidmətlərindən bəhs edərək, onun cəsur və öz vətəninə böyük sevgisi olan igid olduğunu diqqətə çatdırıblar. Şəhidlərimizin hər birinin nümayiş etdirdiyi qəhrəmanlıqlardan danışaraq, onların həyatının gənc nəslin vətənpərvərlik ruhunda böyüməsi üçün böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıblar.
Sonda çıxış edən Şəhidin ailə üzvləri Azərbaycan oğullarının Vətənə sədaqətindən, torpaqlarımızın azad edilməsi uğrundakı mübarizəyə necə ürəklə yollanmalarından, onların qısa, lakin şərəfli ömür yolundan danışmış, Şəhidlərin xatirəsinin əziz tutulması, şəhid ailələrinə göstərilən diqqət və qayğıkeşliyə görə Ölkə Prezidenti cənab İlham Əliyevə minnətdar olduqlarını bildiriblər.














Dialoq.Az
Dün, 18:32
Gəncədə avtomobil iki piyadanı vurub
Dün, 18:29
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanıldı
Dün, 18:21
Lənkəranda meşədə 2 nəfərin meyiti tapıldı - Biri yeniyetmədir
10-08-2026, 04:44
Sabah 11 marşrut bu dayanacaqlarda saxlamayacaq - Siyahı
10-08-2026, 04:43
Bu yol bağlanır
9-08-2026, 20:35
Gəncədə qəza - “Kamaz” ağaca çırpıldı+Fotolar
8-08-2026, 21:39
Mingəçevir Dövlət Universiteti və Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına start verir
8-08-2026, 08:34
Ağdaş polisi qoyun oğrusunu tutub-VİDEO
8-08-2026, 08:29
“Gürcüstandakı münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik”
7-08-2026, 22:14
Ağdaşda 17 yaşlı qıza nişan keçirildi - Valideynləri polisə çağırıldı
7-08-2026, 15:28
Media və Yayım Şurası yaradıldı - Fərman
6-08-2026, 05:53
Sulutəpədə avtoservisdə yanğın baş verib Hadisə
6-08-2026, 05:50
Bakıda məşhur ticarət mərkəzində faciə
6-08-2026, 05:46
Canlı yayımda söyüş söyən daha bir tiktoker həbs edildi
6-08-2026, 05:43
Alkoqoldan imtina etdikdə beyində nə baş verir? — Araşdırmaların nəticələri
6-08-2026, 05:39
Təyyarədə baqaj yükü itən sərnişin nə etməlidir? — AÇIQLAMA
6-08-2026, 05:35
Restoranın qarşısında kütləvi dava - Bir nəfər öldü, üçü yaralandı
5-08-2026, 22:30
Bakıda məscid yanır
5-08-2026, 22:21
Gürcüstan yenidən qaranlığa qərq oldu
5-08-2026, 22:18
Tbilisi-Bakı qatarı yenə gecikdi - İşıq əngəl oldu
4-08-2026, 13:44
Mingəçevirdə bir nəfər şəxs atdan yıxılaraq xəsarət alıb
3-08-2026, 23:21
Mingəçevirdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbir keçirilib-VİDEO
3-08-2026, 22:49
Yevlaxda sürücü xəsarət aldı,bir neçə gün sonra dünyasını dəyişdi-VİDEO
3-08-2026, 14:35
Ombudsman Aparatının nümayəndələri hərbi hissədə olublar
3-08-2026, 14:29
Azərbaycan–Gürcüstan dəmir yolu daşımalarında sərhəd keçidi iki dəfə sürətləndirilir
3-08-2026, 13:01
Məkanlardan oğurluq edən 6 nəfər saxlanıldı – minlərlə manatlıq əmlak talanıb
3-08-2026, 12:50
“Vətəndaşlardan hər hansı hesaba pul köçürülməsi tələb olunmur” - Rəsmi
