Yevlaxda şəhid ailələri ziyarət olundu.

Dialoq.Az xəbər verir ki, Yevlax rayonunda növbəti Şəhid ailələri ziyarət olunub. Qeyd edək ki, Yevlax rayonunda Şəhid ailələri davamlı ziyarət edilir və bu məsələ dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi daim diqqət mərkəzində saxlanılır.
YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Milli Məclisin deputatı İlham Məmmədov, Azərbaycan Respublikası Milli Qəhərmanlarını Tanıtma İctimai Birliyinin Yevlax Rayon Nümayəndəliyinin sədri, Vətən müharibəsi iştirakçısı, “Azərbaycan Bayrağı” ordenli Mədəd Süleymanov, Azərbaycan Respublikası MQTİB-nin Yevlax Nümayəndəliyinin sədrinin birinci müavini, Vətən müharibəsi iştirakçısı Bayram Hüseynov, Azərbaycan Respublikası MQTİB-nin Yevlax Nümayəndəliyinin sədr müavini, “Dialoq.Az” saytının rəhbəri, Yazıçı, Azərbaycan Jurnalistlər Birliyinin və Türk Ağsaqqalları İctimai birliyinin üzvü, hərbi ekspert Natiq Əlisoy, Qaramanlı və Rüstəmli kəndlərinin bələdiyyə sədrləri və İnzibati Ərazi Dairəsi üzrə nümayəndələri əvvəlcə rayonun Qaramanlı kəndində torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən müharibəsi Şəhidləri Quliyev Fəhmin Yunis oğlunun və İsmayılzadə Uğur Hidayət oğlunun, daha sonra rayonun Rüstəmli kəndində Ağayev İldırım Qafqaz oğlunun ailə üzvlərini ziyarət edib, qəhrəman oğullarımızın əziz xatirəsinə ehtiramlarını bildirərək, ailələrin qayğıları ilə maraqlanıblar.
Görüş çərçivəsində Azərbaycanın igid oğullarının Vətənimiz, xalqımız və dövlətimiz naminə göstərdiyi misilsiz xidmətlərdən söhbət açılıb, cəsurlarımızın keçdiyi şərəfli döyüş yolundan geniş bəhs edilib. Qeyd edilib ki, dövlətimiz öz növbəsində ölkənin müstəqilliyini, konstitusiya quruluşunu və ərazi bütövlüyünü qoruyarkən Şəhid, yaxud əlil olmuş insanlara layiqli yanaşma nümayiş etdirir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığı ilə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların ailə üzvlərinin, bu haqq savaşımızda şanlı Zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçilərinin, qazilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər bunun bariz nümunəsidir. Qızıl hərflərdən ibarət tarix yazan Azərbaycanın vətənpərvər və qəhrəman oğulları öz şücaəti ilə xalqımızın qəlbində sonsuz sevgi qazanmış, əbədi taxt qurmuşdur.
Şəhid ailəsinin nümayəndələri göstərilən bütün diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıq hissini ifadə ediblər.










Dialoq.Az
Dün, 18:32
Gəncədə avtomobil iki piyadanı vurub
Dün, 18:29
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanıldı
Dün, 18:21
Lənkəranda meşədə 2 nəfərin meyiti tapıldı - Biri yeniyetmədir
10-08-2026, 04:44
Sabah 11 marşrut bu dayanacaqlarda saxlamayacaq - Siyahı
10-08-2026, 04:43
Bu yol bağlanır
9-08-2026, 20:35
Gəncədə qəza - “Kamaz” ağaca çırpıldı+Fotolar
8-08-2026, 21:39
Mingəçevir Dövlət Universiteti və Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına start verir
8-08-2026, 08:34
Ağdaş polisi qoyun oğrusunu tutub-VİDEO
8-08-2026, 08:29
“Gürcüstandakı münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik”
7-08-2026, 22:14
Ağdaşda 17 yaşlı qıza nişan keçirildi - Valideynləri polisə çağırıldı
7-08-2026, 15:28
Media və Yayım Şurası yaradıldı - Fərman
6-08-2026, 05:53
Sulutəpədə avtoservisdə yanğın baş verib Hadisə
6-08-2026, 05:50
Bakıda məşhur ticarət mərkəzində faciə
6-08-2026, 05:46
Canlı yayımda söyüş söyən daha bir tiktoker həbs edildi
6-08-2026, 05:43
Alkoqoldan imtina etdikdə beyində nə baş verir? — Araşdırmaların nəticələri
6-08-2026, 05:39
Təyyarədə baqaj yükü itən sərnişin nə etməlidir? — AÇIQLAMA
6-08-2026, 05:35
Restoranın qarşısında kütləvi dava - Bir nəfər öldü, üçü yaralandı
5-08-2026, 22:30
Bakıda məscid yanır
5-08-2026, 22:21
Gürcüstan yenidən qaranlığa qərq oldu
5-08-2026, 22:18
Tbilisi-Bakı qatarı yenə gecikdi - İşıq əngəl oldu
4-08-2026, 13:44
Mingəçevirdə bir nəfər şəxs atdan yıxılaraq xəsarət alıb
3-08-2026, 23:21
Mingəçevirdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbir keçirilib-VİDEO
3-08-2026, 22:49
Yevlaxda sürücü xəsarət aldı,bir neçə gün sonra dünyasını dəyişdi-VİDEO
3-08-2026, 14:35
Ombudsman Aparatının nümayəndələri hərbi hissədə olublar
3-08-2026, 14:29
Azərbaycan–Gürcüstan dəmir yolu daşımalarında sərhəd keçidi iki dəfə sürətləndirilir
3-08-2026, 13:01
Məkanlardan oğurluq edən 6 nəfər saxlanıldı – minlərlə manatlıq əmlak talanıb
3-08-2026, 12:50
“Vətəndaşlardan hər hansı hesaba pul köçürülməsi tələb olunmur” - Rəsmi