Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin bir qrup heyəti Yevlax şəhərində Şəhid Emin Rüstəmovun ailəsini ziyarət edib.
Gündəm
Oxunub: 741
1 Ekm 2023 | 12:48
Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin bir qrup heyəti Yevlax şəhərində Şəhid Emin Rüstəmovun ailəsini ziyarət edib.
Dialoq.az xəbər verir ki, 1 oktyabr 2023-cü il tarixdə Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin bir qrup heyəti torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhadətə ucalmış Emin Rüstəmovun ailəsi ziyarət edilib.

Ziyarət zamanı Şəhid Emin Rüstəmovun keçdiyi şərəfli həyat yolundan bəhs olunub, onun əziz xatirəsi ehtiramla yad edilib. Qeyd edək ki, Şəhid Emin Rüstəmov 2 may 1992-ci ildə Yevlax şəhərində anadan olub, 1999-cu ildə Yevlax şəhər S.Vurğun adına 5 saylı tam orta məktəbin 1-ci sinfinə, 2009-cu ildə isə hərbi xidmətə gedib. O, 2011-ci ildə hərbi xidməti başa vurduqdan sonra bir müddət Yevlax şəhərində yerləşən Ağdam Musiqi Məktəbində tar sinfində musiqi təhsili alıb. Bir müddət sonra həmin məktəbdə, sonra isə beton zavodunda, daha sonra isə bir neçə yerlərdə çalışıb.
Həyatın bütün çətinliklərinə sinə gərən qəhrəman Şəhidimiz Emin Rüstəmov 2019-cu ilin iyun ayından "N" saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə başlayıb. Nəhayət, Emin Rüstəmov 2020-ci il sentyabrın 27-də düşmənin törətdiyi növbəti təxribatların qarşısının alınması məqsədi ilə Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin imzaladığı sərəncamla əks-hücum əməliyyatı planına uyğun bütün qeyrətli Vətən oğulları kimi əlinə silah alıb qəhrəmancasına yağı düşmənin üzərinə gedib və 1 oktyabr 2020-ci il tarixdə döyüş meydanında, döyüşərək qəhrəmancasına Şəhadətə ucalıb.
Şəhid Emin Rüstəmov ailəli olub. O, 5 yaşlı oğlu Vəliyəddini və 2 yaşlı qızı mələk üzlü Nərmini özündən sonra bizlərə əbədi olaraq əmanət qoyub.
Ruhun şad olsun Şəhidim. Müqəddəs məzarın əbədi and yerimiz, böyüdüyün ocaq isə bizim üçün ziyarətkahdır. Biz nə səni, nə sənin ailəni, nə də övladlarını unutmayacağıq!

Yazıçı, şair, hərbi ekspert Natiq Əlisoy

Dialoq.az
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
Dün, 04:44
Sabah 11 marşrut bu dayanacaqlarda saxlamayacaq - Siyahı
Dün, 04:43
Bu yol bağlanır
9-08-2026, 20:35
Gəncədə qəza - “Kamaz” ağaca çırpıldı+Fotolar
8-08-2026, 21:39
Mingəçevir Dövlət Universiteti və Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına start verir
8-08-2026, 08:34
Ağdaş polisi qoyun oğrusunu tutub-VİDEO
8-08-2026, 08:29
“Gürcüstandakı münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik”
7-08-2026, 22:14
Ağdaşda 17 yaşlı qıza nişan keçirildi - Valideynləri polisə çağırıldı
7-08-2026, 15:28
Media və Yayım Şurası yaradıldı - Fərman
6-08-2026, 05:53
Sulutəpədə avtoservisdə yanğın baş verib Hadisə
6-08-2026, 05:50
Bakıda məşhur ticarət mərkəzində faciə
6-08-2026, 05:46
Canlı yayımda söyüş söyən daha bir tiktoker həbs edildi
6-08-2026, 05:43
Alkoqoldan imtina etdikdə beyində nə baş verir? — Araşdırmaların nəticələri
6-08-2026, 05:39
Təyyarədə baqaj yükü itən sərnişin nə etməlidir? — AÇIQLAMA
6-08-2026, 05:35
Restoranın qarşısında kütləvi dava - Bir nəfər öldü, üçü yaralandı
5-08-2026, 22:30
Bakıda məscid yanır
5-08-2026, 22:21
Gürcüstan yenidən qaranlığa qərq oldu
5-08-2026, 22:18
Tbilisi-Bakı qatarı yenə gecikdi - İşıq əngəl oldu
4-08-2026, 13:44
Mingəçevirdə bir nəfər şəxs atdan yıxılaraq xəsarət alıb
3-08-2026, 23:21
Mingəçevirdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbir keçirilib-VİDEO
3-08-2026, 22:49
Yevlaxda sürücü xəsarət aldı,bir neçə gün sonra dünyasını dəyişdi-VİDEO
3-08-2026, 14:35
Ombudsman Aparatının nümayəndələri hərbi hissədə olublar
3-08-2026, 14:29
Azərbaycan–Gürcüstan dəmir yolu daşımalarında sərhəd keçidi iki dəfə sürətləndirilir
3-08-2026, 13:01
Məkanlardan oğurluq edən 6 nəfər saxlanıldı – minlərlə manatlıq əmlak talanıb
3-08-2026, 12:50
“Vətəndaşlardan hər hansı hesaba pul köçürülməsi tələb olunmur” - Rəsmi
3-08-2026, 12:35
Xanəndənin ürəyində 4 damar dəyişdirildi
3-08-2026, 12:31
Prezident açılışda - Fotolar
1-08-2026, 23:37
Mingəçevirdə regional medianın problemləri müzakirə olunub: “Sağlam media üçün regionlara diqqət artırılmalıdır”. -VİDEO