Heydər Əliyev: Böyük azərbaycanlı, müdrik şəxsiyyət.

Azərbaycanın xilaskar oğlu Ulu Öndər Heydər Əliyevin gərgin əməyi nəticəsində, Azərbaycan onun hakimiyyətinin birinci erasında-1969-1982-ci illərdə respublikada güclü iqtisadiyyatın təməlinin qoyulması sayəsində qısa müddət ərzində yüksək səviyyəli inkişafa nail olub. Bu, Milli Liderimiz Heydər Əliyevin görkəmli dövlət xadimi, peşəkar siyasətçi olmaqla yanaşı, həm də respublikanın xalq təsərrüfatına dərindən bələd olan ölkə başçısı olduğu barədə fikirləri təsdiqləyir. Çünki 1969-1982-ci illərdə dahi Heydər Əliyevin rəhbərliyi ilə yürüdülən iqtisadi və sosial siyasət sayəsində respublika iqtisadiyyatının bütün sahələrinin, elmin və mədəniyyətin inkişaf etməsi, xalqın həyat səviyyəsinin yüksəldilməsinə yalnız xalq təsərrüfatının dərin bilicisi olmaqla müvəffəq olmaq mümkün idi. Məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən islahatların sayəsində Azərbaycan aqrar-sənaye respublikasından sənaye-aqrar respublikasına çevrildi. Respublikada aparılan geniş miqyaslı quruculuq işləri nəticəsində Azərbaycanda bir neçə il ərzində yeni yaşayış massivləri, binalar, məktəblər, sənaye müəssisələri tikildi, yollar salındı. Azərbaycan gənclərinin elmin və təhsilin dərinliklərinə yiyələnməsi və ölkənin sabahı üçün peşəkar kadr olması üçün Heydər Əliyevin gərgin səyi nəticəsində on minlərlə azərbaycanlının keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almaları üçün şərait yaradıldı. Ulu Öndər 1982-ci ildən sonra fəaliyyətini Sovet İttifaqı KP-nin Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi davam etdirməli olsa da, qanı, canı ilə bağlı olduğu respublikanı unutmadı. 1982-1987-ci illərdə respublikamızın sosial-iqtisadi, mədəni inkişafı üçün əlindən gələni əsirgəmədi. SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olanda keçmiş ittifaq məkanında sosial məsələlərin həlli, genişmiqyaslı layihələr onun kurasiyasında idi. Heydər Əliyev hər fürsətdə Azərbaycana yardımları artırırdı. Ölkəmizin kənd və qəsəbələrində sosial infrastrukturun inkişafına dəstək verirdi. Onun vəzifədən uzaqlaşdırılmasının əsas səbəbi də milli maraqları ittifaqın siyasi mənafeyindən üstün tutması idi. Başda M.S.Qorbaçov olmaqla sovet rəhbərliyi Dağlıq Qarabağı Ermənistanın tərkibində görmək istəyirdi. Buna qarşı ən böyük maneə isə məhz Heydər Əliyev idi.Heydər Əliyev siyasi rəhbərliyin bütün maneələrinə, hətta sui-qəsd təhlükələrinə baxmayaraq 1990-cı ilin iyulunda əvvəl Bakıya, sonra anadan olduğu qədim Naxçıvan torpağına döndü. Və Azərbaycanın qurtuluş missiyasına Naxçıvandan başladı.Ulu Öndərin qayıdışı yenicə müstəqillik qazanmış Azərbaycanın az qala siyasi xəritədən silinmək ərəfəsində olduğu bir dövrə təsadüf etdi. Ermənistan silahlı birləşmələri Azərbaycan ərazilərinin böyük bir hissəsini işğal etmiş, iqtisadiyyat iflasa uğramış, silahlı qruplaşmalar arasındakı çəkişmələr vətəndaş müharibəsi həddinə çatmışdı. Xalqın son ümid yeri Heydər Əliyev idi.Dünyanın siyasi axarını, nəhəng dövlətlərin maraqlarının çarpazlaşan nöqtələrini çox gözəl bilən Heydər Əliyev dərin zəkası, siyasi uzaqgörənliyi və polad məntiqi ilə hər şeyi yerinə qoya bildi. Təcrübəli dövlət xadiminin böyük səyləri nəticəsində ölkədə ictimai-siyasi sabitlik bərpa olundu, bədnam qonşularımız tərəfindən torpaqların işğalının qarşısı alındı, Azərbaycanın yaxın gələcəkdə dünya siyasətində geosiyasi mövqeyini müəyyən edəcək siyasi-iqtisadi konsepsiya işlənib hazırlandı. Heydər Əliyev müstəqil Azərbaycanı siyasi fırtınaların cəngindən alıb, onun strateji mövqelərini bərpa etdi. Ona sabit ölkə imici qazandırdı.Qeyd etmək lazımdır ki, 1992-ci ildə Yeni Azərbaycan Partiyasının yaradılması tarixi hadisə idi. Çünki hamımız yaxşı xatırlayırıq ki, müstəqilliyimizin ilk illəri ölkəmiz üçün çox ağır keçmişdir. O vaxtkı iqtidar ölkəni uçuruma aparırdı. Səriştəsiz, bacarıqsız, biliksiz insanlar demək olar ki, Azərbaycanın dövlət müstəqilliyinə böyük zərbə vurmuşlar. Ona görə Heydər Əliyevin ətrafında birləşən insanlar, ilk növbədə, çox böyük cəsarət göstərmişlər. Ümummilli Liderin Azərbaycan tarixinə bəxş etdiyi əzəmətli bayram günlərindən biri də məhz 15 iyun Qurtuluş Günüdür. Bu gün haqqında qürurla danışdığımız tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü xalqımız üçün yeni bir başlanğıc, ictimai tərəqqidə keyfiyyətcə yeni bir mərhələdir. 15 iyun əsl qurtuluş tarixi olmaqla yanaşı, Azərbaycanda xaosdan, böhrandan, anarxiyadan inkişafa, sabitliyə doğru gedən yolun başlanğıcıdır. Bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa olan insan– çoxminillik dövlətçilik tariximizdə ilk dəfə ümummilli lider səviyyəsinə yüksəlmiş Heydər Əliyev idi. Azərbaycan cəmiyyəti Heydər Əliyevin zəngin dövlətçilik irsini ölkənin milli təhlükəsizliyinin, iqtisadi maraqlarının və siyasi sistemin sabitliyinin təmin edilməsinə yönələn təkmil konsepsiya kimi qəbul edir. Bu siyasəti yeni dövrün tələblərinə uyğun təkmilləşdirən Prezident, Partiyamızın Sədri cənab İlham Əliyev lider əzmi ilə xalq qarşısında verdiyi vədləri əməli işi ilə doğruldaraq daim insanların sevgisini və etimadını qazanıb. Bütün prezident seçkilərinin nəticələri bunu təsdiq edir. Azərbaycanın ərazi bütövlüyü tam şəkildə təmin edilib, ölkəmiz hərtərəfli inkişaf edib. Bu isə onu deməyə əsas verir ki, dahi Heydər Əliyevin vəsiyyətini möhtərəm Prezidentimiz cənab İlham Əliyev layiqincə yerinə yetirib.
Müasir müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyev ömrünün 81-ci ilində müdriklik zirvəsində bizi tərk etsə də, O sadəcə cismən bizdən ayrılıb.Ona görə ki, Dahi Heydər Əliyevin ideyaları hər zaman yaşayır və qalib gəlir. Milli Liderimizi böyük ehtiram hissi ilə anır, Ona Allahdan rəhmət diləyirik.
Rafiq Əliyev
YAP Yevlax rayon təşkilatının sədri
Dialoq.az
Dün, 18:32
Gəncədə avtomobil iki piyadanı vurub
Dün, 18:29
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanıldı
Dün, 18:21
Lənkəranda meşədə 2 nəfərin meyiti tapıldı - Biri yeniyetmədir
10-08-2026, 04:44
Sabah 11 marşrut bu dayanacaqlarda saxlamayacaq - Siyahı
10-08-2026, 04:43
Bu yol bağlanır
9-08-2026, 20:35
Gəncədə qəza - “Kamaz” ağaca çırpıldı+Fotolar
8-08-2026, 21:39
Mingəçevir Dövlət Universiteti və Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına start verir
8-08-2026, 08:34
Ağdaş polisi qoyun oğrusunu tutub-VİDEO
8-08-2026, 08:29
“Gürcüstandakı münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik”
7-08-2026, 22:14
Ağdaşda 17 yaşlı qıza nişan keçirildi - Valideynləri polisə çağırıldı
7-08-2026, 15:28
Media və Yayım Şurası yaradıldı - Fərman
6-08-2026, 05:53
Sulutəpədə avtoservisdə yanğın baş verib Hadisə
6-08-2026, 05:50
Bakıda məşhur ticarət mərkəzində faciə
6-08-2026, 05:46
Canlı yayımda söyüş söyən daha bir tiktoker həbs edildi
6-08-2026, 05:43
Alkoqoldan imtina etdikdə beyində nə baş verir? — Araşdırmaların nəticələri
6-08-2026, 05:39
Təyyarədə baqaj yükü itən sərnişin nə etməlidir? — AÇIQLAMA
6-08-2026, 05:35
Restoranın qarşısında kütləvi dava - Bir nəfər öldü, üçü yaralandı
5-08-2026, 22:30
Bakıda məscid yanır
5-08-2026, 22:21
Gürcüstan yenidən qaranlığa qərq oldu
5-08-2026, 22:18
Tbilisi-Bakı qatarı yenə gecikdi - İşıq əngəl oldu
4-08-2026, 13:44
Mingəçevirdə bir nəfər şəxs atdan yıxılaraq xəsarət alıb
3-08-2026, 23:21
Mingəçevirdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbir keçirilib-VİDEO
3-08-2026, 22:49
Yevlaxda sürücü xəsarət aldı,bir neçə gün sonra dünyasını dəyişdi-VİDEO
3-08-2026, 14:35
Ombudsman Aparatının nümayəndələri hərbi hissədə olublar
3-08-2026, 14:29
Azərbaycan–Gürcüstan dəmir yolu daşımalarında sərhəd keçidi iki dəfə sürətləndirilir
3-08-2026, 13:01
Məkanlardan oğurluq edən 6 nəfər saxlanıldı – minlərlə manatlıq əmlak talanıb
3-08-2026, 12:50
“Vətəndaşlardan hər hansı hesaba pul köçürülməsi tələb olunmur” - Rəsmi