Yevlaxda Ulu Öndər Heydər Əliyevin anım gününə həsr edilmiş tədbir keçirilib
Gündəm / Siyasət
Oxunub: 440
12 Ara 2023 | 19:24
Yevlaxda Ulu Öndər Heydər Əliyevin anım gününə həsr edilmiş tədbir keçirilib
Yevlax Şəhər İcra Hakimiyyətinin və YAP Yevlax rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Heydər Əliyev unudulmaz tarixi şəxsiyyətdir” mövzusunda tədbir keçirilib.

Tədbirdə YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini Elnarə Əzizova, YAP Yevlax rayon təşkilatı Aparatının əməkdaşları, YAP-ın veteran üzvləri, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri və gənclər iştirak ediblər.
Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib. Sonra Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ümummilli Lider Heydər Əliyevin mənalı ömür yolundan və müdrik siyasi fəaliyyətindən bəhs dən videoçarx nümayiş etdirilib.
Şəhər İcra Hakimiyyətinin Başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova çıxışında bildirdi ki, Ümummilli Lider Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən bəhs edərkən ilk olaraq göz önünə onun xilaskarlıq missiyasının gəldiyini deyib. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olub. Onun hakimiyyətinin birinci dövrü Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Ulu Öndərin tarixi yaddaşın bərpası istiqamətindә atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərdi, özünüdərki və soykökə qayıdışı təmin etdi, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrildi. Ümummilli lider hakimiyyətinin birinci dövründə Azərbaycanı keçmiş İttifaqın ən geridə qalmış respublikasından ən qabaqcıl diyarına çevirdi. Dahi rəhbər 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra müstəqilliyini, bir dövlət olaraq varlığını itirmək təhlükəsi ilə üz-üzə qalan Azərbaycanı həmin dövrün xaosundan, anarxiyasından, iqtisadi böhranından, torpaqlarının işğalından xilas etdi. Bir sözlə, Azərbaycanı yenidən qurdu. Ümummilli liderin ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illər xalqımızın böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir. E.Əzizova bildirib ki, Ümummilli Liderin dövlətimiz, xalqımız qarşısındakı mühüm xidmətlərindən biri 2003-cü ildə xalqa tarixi müraciətidir. Həmin müraciətdə ulu öndər namizədliyini Prezident İlham Əliyevin xeyrinə geri götürdüyünü önə çəkərək belə bir inamı ifadə etmişdi ki, axıra çatdıra bilmədiyi işləri, planları İlham Əliyev xalqın və Yeni Azərbaycan Partiyasının dəstəyi ilə axıra çatdıra biləcək. Müzəffər Ali Baş Komandan İlham Əliyev ümummilli liderin bütün arzularını reallığa çevirdi. Bu gün hər birimiz sonsuz qürur hissi keçiririk ki, Azərbaycan bayrağı Xankəndində, Xocalıda, Ağdərədə, Xocavənddə, Şuşada və digər işğaldan azad edilmiş ərazilərimizdə dalğalanır.
Tədbirdə YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev çıxış edərək bildirib ki, bəşər tarixində bir vətəndaşın öz dövlətinin timsalına çevrilməsi çox nadir hadisələrdəndir. Yer üzündə bu əlçatmaz zirvəyə yüksələn belə dahi şəxsiyyətlərdən biri məhz xalqımızın Ümummilli Lideri Heydər Əliyevdir. Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlər möhtəşəm quruculuq və tərəqqi, hərtərəfli inkişaf mərhələləri kimi şanlı tariximizə qızıl hərflərlə yazılıb. Dahi şəxsiyyət Azərbaycana həm sovet dönəmində, həm də dövlət müstəqilliyinin bərpa olunduğu dövrdə şərəflə rəhbərlik edib. Bu mərhələlərin hər biri ölkəmizin və xalqımızın taleyinin tənəzzüldən tərəqqiyə doğru dəyişdiyi dövr olmaqla bərabər, həm də Ulu Öndərimizin dövlətçilik fəlsəfəsinin əsasını təşkil edən azərbaycançılıq məfkurəsinin formalaşması ilə müşayiət olunub. Ulu Öndərin 1969-cu ildə respublika rəhbərliyinə gəlməsi ilə Azərbaycanın həyatında həlledici bir mərhələnin başlanğıcı qoyulub. Bugünkü qələbələrimizin, inkişafımızın təməli məhz Ulu Öndər Heydər Əliyevin uzaqgörənliklə və müdrikcəsinə respublikamıza rəhbərlik etdiyi 1969-1982-ci illərdə atılıb. Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə, həlledici bir məqamda xalqın təkidi ilə hakimiyyətə gəlişi ölkəmizi parçalanmaqdan, dövlətimizi yox olmaq təhlükəsindən, vətəndaş müharibəsindən xilas edib. Heydər Əliyevin siyasi müdrikliyi, mükəmməl idarəçilik qabiliyyəti sayəsində dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan keçid dövrünün çətinliklərini uğurla arxada qoyub. Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görədir ki, bu gün Ümummilli Lider Heydər Əliyev ölkəmizin hər yerində və onun hüdudlarından kənarda belə hər bir azərbaycanlı tərəfindən yüksək ehtiram və dərin minnətdarlıq hissi ilə yad olunur.Bu gün Ulu Öndərin ideyaları, siyasi kursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz Ulu Öndərin müəyyən etdiyi xətti, dahi şəxsiyyətin uzaqgörənliyini cənab İlham Əliyev öz prezidentlik fəaliyyəti ilə təsdiqlədi. 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu torpaqlarımızın 30 illik işğalına son qoydu, ölkəmizin ərazi bütövlüyü təmin edildi. Haqq savaşımız böyük Zəfər ilə başa çatdı. Şuşada, Xankəndidə, doğma torpaqlarımızda müqəddəs bayrağımız qaldırıldı. Bu parlaq Qələbəmiz məhz Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrdə dövlət müstəqilliyimizin möhkəm təməllərinin qoyulması, milli ruh, azərbaycançılıq məfkurəsinin yüksəlməyə başlaması, ordu quruculuğu sahəsində həyata keçirilən islahatlar sayəsində qazanılıb.
Daha sonra tədbirdə çıxış edənlər YAP-ın veteran üzvü Vahid Quliyev, Şəhər 4 nömrəli tam orta məktəbin direktoru Zərif Mehtiyeva, YAP fəalı Fərid Hacıbəyli vurğulayıblar Ulu Öndər Heydər Əliyev insanlığın Yer üzünə bəxş etdiyi ən böyük şəxsiyyətdir. Yer kürəsində tarix yaradan, bir ölkənin,bir xalqın taleyini dəyişən şəxsiyyətlər az olmayıb. Ancaq Ulu Öndər Heydər Əliyev şəxsiyyəti hər kəsdən, hər şeydən uca dayanır. Vətəninin, xalqının taleyinə biganə qalmayanlar, azadlığa, müstəqilliyə can atanlar tarixin burulğanlarında tək olmamışlar. Hər böyük şəxsiyyətin yanında onu dəstəkləyən, ona arxa olan silahdaşları olub. Ümummilli Liderimiz Heydər Əliyev isə ona görə bütün nəsillər üçün nəhəng şəxsiyyətdir ki, parçalanmaqda, məhv olmaqda olan Ölkəni öz qüdrətli əlləri ilə təkbaşına qoruyub, müasir güclü Azərbaycanı yaradıb.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Dialoq.az
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
Dün, 18:32
Gəncədə avtomobil iki piyadanı vurub
Dün, 18:29
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanıldı
Dün, 18:21
Lənkəranda meşədə 2 nəfərin meyiti tapıldı - Biri yeniyetmədir
10-08-2026, 04:44
Sabah 11 marşrut bu dayanacaqlarda saxlamayacaq - Siyahı
10-08-2026, 04:43
Bu yol bağlanır
9-08-2026, 20:35
Gəncədə qəza - “Kamaz” ağaca çırpıldı+Fotolar
8-08-2026, 21:39
Mingəçevir Dövlət Universiteti və Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına start verir
8-08-2026, 08:34
Ağdaş polisi qoyun oğrusunu tutub-VİDEO
8-08-2026, 08:29
“Gürcüstandakı münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik”
7-08-2026, 22:14
Ağdaşda 17 yaşlı qıza nişan keçirildi - Valideynləri polisə çağırıldı
7-08-2026, 15:28
Media və Yayım Şurası yaradıldı - Fərman
6-08-2026, 05:53
Sulutəpədə avtoservisdə yanğın baş verib Hadisə
6-08-2026, 05:50
Bakıda məşhur ticarət mərkəzində faciə
6-08-2026, 05:46
Canlı yayımda söyüş söyən daha bir tiktoker həbs edildi
6-08-2026, 05:43
Alkoqoldan imtina etdikdə beyində nə baş verir? — Araşdırmaların nəticələri
6-08-2026, 05:39
Təyyarədə baqaj yükü itən sərnişin nə etməlidir? — AÇIQLAMA
6-08-2026, 05:35
Restoranın qarşısında kütləvi dava - Bir nəfər öldü, üçü yaralandı
5-08-2026, 22:30
Bakıda məscid yanır
5-08-2026, 22:21
Gürcüstan yenidən qaranlığa qərq oldu
5-08-2026, 22:18
Tbilisi-Bakı qatarı yenə gecikdi - İşıq əngəl oldu
4-08-2026, 13:44
Mingəçevirdə bir nəfər şəxs atdan yıxılaraq xəsarət alıb
3-08-2026, 23:21
Mingəçevirdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbir keçirilib-VİDEO
3-08-2026, 22:49
Yevlaxda sürücü xəsarət aldı,bir neçə gün sonra dünyasını dəyişdi-VİDEO
3-08-2026, 14:35
Ombudsman Aparatının nümayəndələri hərbi hissədə olublar
3-08-2026, 14:29
Azərbaycan–Gürcüstan dəmir yolu daşımalarında sərhəd keçidi iki dəfə sürətləndirilir
3-08-2026, 13:01
Məkanlardan oğurluq edən 6 nəfər saxlanıldı – minlərlə manatlıq əmlak talanıb
3-08-2026, 12:50
“Vətəndaşlardan hər hansı hesaba pul köçürülməsi tələb olunmur” - Rəsmi