Yevlaxda “Heydər Əliyev İli” çərçivəsində növbəti “Əbədiyaşar Lider” adlı tədbir keçirilib

“Heydər Əliyev İli” çərçivəsində Yevlax Şəhər İcra Hakimiyyətinin, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Yevlax rayon təhsil sektorunun, R.Rzayev adına Qoyunbinəsi kənd tam orta məktəbinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Əbədiyaşar Lider” adlı tədbir keçirilib. Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Yevlax rayonu üzrə Təhsil sektorunun müdiri Namidə Abbasova,GİKM-in Mərkəzi Aran Regional nümayəndəliyinin rəhbəri Elvin Əjdərli, Şəhid ailələrinin üzvləri,təhsil, mədəniyyət işçiləri və məktəbin kollektivi iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə məktəbin həyətində Qoyunbinəsi kəndindən olan şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək, önünə gül dəstələri düzüb, Şəhidlərin müqəddəs xatirələrinə öz ehtiramlarını bildiriblər. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Müasir, müstəqil Azərbaycanın qurucusu, dünyanın ən böyük Azərbaycanlısı, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev Ümummilli Lider Heydər Əliyevin Azərbaycan naminə olan misilsiz xidmətlərindən geniş söhbət açaraq,qeyd ediblər ki, Ulu Öndər xalqımızın xilaskarı kimi öz adını tariximizə qızıl hərflərlə yazdırmış şəxsiyyətdir. Bu gün Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Ulu Öndərimizin siyasi ideyalarına sadiq qalaraq Azərbaycanın hərtərəfli inkişafını və ərazi bütövlüyünü tam şəkildə bərpa edib.
Sonra Ümummilli Lider Heydər Əliyevin müdrik siyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib. Tədbirdə Qoyunbinəsi kənd tam orta məktəbinin şagirdləri tərəfindən Xalqımızın Ümumilli Lideri Heydər Əliyevə həmçinin milli və vətənpərvərliyə həsr olunmuş şeirlər səsləndirilib, bədii kompozisiyalar təqdim olunub, şagirdlərin və mədəniyyət işçilərinin təqdimatında musiqi və rəqs nömrələri, eləcə də idmançı gənclərin müxtəlif idman növlərinə aid çoxsaylı hərəkətləri nümayiş etdirilib.
Tədbir çərçivəsində Yevlax Şəhər İcra Hakimiyyətinin və Yevlax rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə “Ulu Öndərin izləri ilə” mövzusunda keçirilmiş inşa-yazı müsabiqəsində ilk dörd yerin qalibi olmuş məktəblilərə Şəhər İcra Hakimiyyətinin fəxri fərmanları təqdim olunub.
Tədbirin sonunda iştirakçılar məktəblilərin hazırladığı rəsm və əl işlərindən ibarət ibarət olan sərgiyə baxış keçiriblər.


Dialoq.az
Dün, 18:32
Gəncədə avtomobil iki piyadanı vurub
Dün, 18:29
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanıldı
Dün, 18:21
Lənkəranda meşədə 2 nəfərin meyiti tapıldı - Biri yeniyetmədir
10-08-2026, 04:44
Sabah 11 marşrut bu dayanacaqlarda saxlamayacaq - Siyahı
10-08-2026, 04:43
Bu yol bağlanır
9-08-2026, 20:35
Gəncədə qəza - “Kamaz” ağaca çırpıldı+Fotolar
8-08-2026, 21:39
Mingəçevir Dövlət Universiteti və Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına start verir
8-08-2026, 08:34
Ağdaş polisi qoyun oğrusunu tutub-VİDEO
8-08-2026, 08:29
“Gürcüstandakı münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik”
7-08-2026, 22:14
Ağdaşda 17 yaşlı qıza nişan keçirildi - Valideynləri polisə çağırıldı
7-08-2026, 15:28
Media və Yayım Şurası yaradıldı - Fərman
6-08-2026, 05:53
Sulutəpədə avtoservisdə yanğın baş verib Hadisə
6-08-2026, 05:50
Bakıda məşhur ticarət mərkəzində faciə
6-08-2026, 05:46
Canlı yayımda söyüş söyən daha bir tiktoker həbs edildi
6-08-2026, 05:43
Alkoqoldan imtina etdikdə beyində nə baş verir? — Araşdırmaların nəticələri
6-08-2026, 05:39
Təyyarədə baqaj yükü itən sərnişin nə etməlidir? — AÇIQLAMA
6-08-2026, 05:35
Restoranın qarşısında kütləvi dava - Bir nəfər öldü, üçü yaralandı
5-08-2026, 22:30
Bakıda məscid yanır
5-08-2026, 22:21
Gürcüstan yenidən qaranlığa qərq oldu
5-08-2026, 22:18
Tbilisi-Bakı qatarı yenə gecikdi - İşıq əngəl oldu
4-08-2026, 13:44
Mingəçevirdə bir nəfər şəxs atdan yıxılaraq xəsarət alıb
3-08-2026, 23:21
Mingəçevirdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbir keçirilib-VİDEO
3-08-2026, 22:49
Yevlaxda sürücü xəsarət aldı,bir neçə gün sonra dünyasını dəyişdi-VİDEO
3-08-2026, 14:35
Ombudsman Aparatının nümayəndələri hərbi hissədə olublar
3-08-2026, 14:29
Azərbaycan–Gürcüstan dəmir yolu daşımalarında sərhəd keçidi iki dəfə sürətləndirilir
3-08-2026, 13:01
Məkanlardan oğurluq edən 6 nəfər saxlanıldı – minlərlə manatlıq əmlak talanıb
3-08-2026, 12:50
“Vətəndaşlardan hər hansı hesaba pul köçürülməsi tələb olunmur” - Rəsmi