Yevlax şəhərinin içməli su şəbəkəsinin yenidən qurulması işləri davam etdirilir
Gündəm / Siyasət
Oxunub: 492
9 Şub 2024 | 11:24
Yevlax şəhərinin içməli su şəbəkəsinin yenidən qurulması işləri davam etdirilir
Yevlax şəhərində mövcud olan içməli və tullantı su təchizatı sistemləri 1950-1970-ci illərdə yaradılıb. Mövcud içməli su şəbəkəsi şəhərin 60 faizini, tullantı su şəbəkəsi isə cəmi 20 faizini əhatə etməklə istismara yararsız vəziyyətə düşüb. Bu barədə Yevlax şəhər İcra Hakimiyyəti özünün Facebook şəbəkə hesabında məlumat yayıb.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin “Yevlax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrası ilə bağlı tədbirlər haqqında” 2019-cu il 13 noyabr tarixli Sərəncamına əsasən Yevlax şəhərinin içməli və tullantı su infrastrukturlarının yenidən qurulması işlərinin icrası davam etdirilir. Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən icra olunan layihənin birinci mərhələsində şəhəri dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək üçün müasir sutəmizləyici qurğu inşa edilib, şəhər ərazisində içməli su şəbəkəsinin yenidən qurulmasına başlanılıb.
Yevlax şəhərini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək üçün Kür çayının sahilində məhsuldarlığı sutkada 20 min kubmetr olan qumsüzgəc texnologiyalı sutəmizləyici qurğular kompleksi inşa edilib. Kompleksdə nasos stansiyası, 5 ədəd radial sudurulducu, 16 ədəd qumsüzgəci tikilib. Layihənin ilkin mərhələsində ümumi həcmi 2500 kubmetr olan 2 içməli anbarının və 2,6 km magistral su kəmərinin inşası başa çatdırılıb. Kür çayından nasoslar vasitəsilə götürülən su əvvəlcə xam su anbarına, daha sonra radial durulduculara ötürülür və çökdürülür. Növbəti mərhələdə qum süzgəclərdən keçən su zərərsizləşdirilərək təmiz su anbarına toplanır və yeni magistral kəmərlə şəhərin mövcud içməli su şəbəkəsinə verilir. Hazırda sutəmizləyici qurğu sınaq rejimində istismar olunur. 2023-cü ildə Yevlax şəhərinin yeni içməli su şəbəkəsinin də tikintisinə başlanılıb. Ötən müddətdə 28 km paylayıcı şəbəkə inşa edilib. Yeni şəbəkədən abonentlərə ev birləşməsi verilərək sayğaclar quraşdırılıb. Şəhərin içməli və tullantı su şəbəkələrinin tamamilə yenidən qurulması layihənin növbəti mərhələlərində həyata keçiriləcək.
Yevlax şəhərinin içməli su şəbəkəsinin yenidən qurulması işləri 2024-cü ildə də davam etdiriləcək. Ümumilikdə layihə çərçivəsində Yevlax şəhərində 135 km içməli, 115 km uzunluğunda tullantı su şəbəkəsi yaradılacaq. Şəhərdə yaranacaq tullantı sularının təmizlənib kənarlaşdırılması məqsədilə məhsuldarlığı sutkada 12500 kubmetr olan tullantı sutəmizləyici qurğunin inşası da nəzərdə tutulur. Layihənin icrasından 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla 70 min nəfər sakin faydalanacaq,-Deyə Yevlax şəhər İcra Hakimiyyətindən bildirilib.
Yevlax şəhərinin içməli su şəbəkəsinin yenidən qurulması işləri davam etdirilir
Yevlax şəhərinin içməli su şəbəkəsinin yenidən qurulması işləri davam etdirilir
Yevlax şəhərinin içməli su şəbəkəsinin yenidən qurulması işləri davam etdirilir
Yevlax şəhərinin içməli su şəbəkəsinin yenidən qurulması işləri davam etdirilir

Dialoq.az
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
Dün, 18:32
Gəncədə avtomobil iki piyadanı vurub
Dün, 18:29
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanıldı
Dün, 18:21
Lənkəranda meşədə 2 nəfərin meyiti tapıldı - Biri yeniyetmədir
10-08-2026, 04:44
Sabah 11 marşrut bu dayanacaqlarda saxlamayacaq - Siyahı
10-08-2026, 04:43
Bu yol bağlanır
9-08-2026, 20:35
Gəncədə qəza - “Kamaz” ağaca çırpıldı+Fotolar
8-08-2026, 21:39
Mingəçevir Dövlət Universiteti və Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına start verir
8-08-2026, 08:34
Ağdaş polisi qoyun oğrusunu tutub-VİDEO
8-08-2026, 08:29
“Gürcüstandakı münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik”
7-08-2026, 22:14
Ağdaşda 17 yaşlı qıza nişan keçirildi - Valideynləri polisə çağırıldı
7-08-2026, 15:28
Media və Yayım Şurası yaradıldı - Fərman
6-08-2026, 05:53
Sulutəpədə avtoservisdə yanğın baş verib Hadisə
6-08-2026, 05:50
Bakıda məşhur ticarət mərkəzində faciə
6-08-2026, 05:46
Canlı yayımda söyüş söyən daha bir tiktoker həbs edildi
6-08-2026, 05:43
Alkoqoldan imtina etdikdə beyində nə baş verir? — Araşdırmaların nəticələri
6-08-2026, 05:39
Təyyarədə baqaj yükü itən sərnişin nə etməlidir? — AÇIQLAMA
6-08-2026, 05:35
Restoranın qarşısında kütləvi dava - Bir nəfər öldü, üçü yaralandı
5-08-2026, 22:30
Bakıda məscid yanır
5-08-2026, 22:21
Gürcüstan yenidən qaranlığa qərq oldu
5-08-2026, 22:18
Tbilisi-Bakı qatarı yenə gecikdi - İşıq əngəl oldu
4-08-2026, 13:44
Mingəçevirdə bir nəfər şəxs atdan yıxılaraq xəsarət alıb
3-08-2026, 23:21
Mingəçevirdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbir keçirilib-VİDEO
3-08-2026, 22:49
Yevlaxda sürücü xəsarət aldı,bir neçə gün sonra dünyasını dəyişdi-VİDEO
3-08-2026, 14:35
Ombudsman Aparatının nümayəndələri hərbi hissədə olublar
3-08-2026, 14:29
Azərbaycan–Gürcüstan dəmir yolu daşımalarında sərhəd keçidi iki dəfə sürətləndirilir
3-08-2026, 13:01
Məkanlardan oğurluq edən 6 nəfər saxlanıldı – minlərlə manatlıq əmlak talanıb
3-08-2026, 12:50
“Vətəndaşlardan hər hansı hesaba pul köçürülməsi tələb olunmur” - Rəsmi