Hərbi ekspert əsir düşən əsgərimizlə bağlı xüsusi məqamlara aydınlıq gətirib.

Bildiyiniz kimi 2024-cü il fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb və nəticədə düşmən tərəfə keçib. Bu barədə Dialoq.az saytına fikirlərini bildirən ehtiyatda olan zabit, hərbi ekspert Natiq Əlisoy sözügedən hadisəni belə şərh edib:
Bildirmək istəyirəm ki, bu kimi hallar nəinki Azərbaycan-Ermənistan şərti sərhəddində, o cümlədən bütün ordularda baş verə bilər. Məhdud görmə şəraitində nəinki əsgər, hətta zabit də istiqamətini itirə bilər. Əlbəttə onu da qeyd etməliyəm ki, bütün hərbi qulluqçulara ordu sıralarında xidmət zamanı dağlıq və düzənlik ərazilərində, müxtəlif hava şəraitlərində xidmətin bütün xüsusiyyətlərinə dair dərslər və təlimlər keçirilir. Ancaq buna baxmayaraq elə hallar olur ki, mülkü həyatda olduğu kimi ordu həyatında da əsgər dumana düşüb istiqamətini itirə bilər. Məsələ onda deyil, məsələ ondadır ki, düşmən olsa belə bir ölkənin əsgəri digər ölkənin ərazisinə bu kimi hallarda istiqamətini itirib keçirsə onun saxlanılması, onunla beynəlxalq hüquqa uyğun davranış və onun sağ-salamat öz ölkəsinə təhvil verilməsi məsələsidir. Ancaq təəssüflə qeyd etməliyəm ki, hər zaman olduğu kimi Ermənistan tərəfi heç vaxt beynəlxalq hüquqa, ordu, əsgər mədəniyyətinə əməl etməyib. Hər zaman təxribatlar törədib, şantaj edib və ağıla sığmayan vəhşiliklər ediblər. Biz bu kimi halları çox yaşamışıq. Çox uzağa getməyək, 2023-cü ilin aprelin 13-də Naxçıvanda əlverişsiz hava şəraiti ilə əlaqədar azaraq sərhədi keçən iki Azərbaycan əsgəri 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən saxlanılmışdı. Bütün dünya ictimaiyyəti aşkar şəkildə gördü ki, Ermənistan tərəfi əsgərlərimizlə hansı cür davranırdı, onlara nə cürə işgəncələr verirdi. Hansı ki, onlar nə terrorçu idi, nə kəşfiyyat-diversiya qrupu idi və s., onlar siravi Azərbaycan əsgəri idilər. Düzdür, hər iki əsgərimiz cənab Prezidentimizin qətiyyəti sayəsində vətənə gətirildi, ancaq biz hamımız onların danışdıqlarından gördük ki, onlara əsirlik zamanı hansı işgəncələr veriblər. Mən inanıram ki, bu gün Ermənistana əsir düşən əsgərimiz də tezliklə vətənə gətiriləcək, o da öz ailəsinə qovuşacaq. Elə məsələlər var ki, orada nə qədər tələssən də faydası olmur, xüsusilə iki düşmən ölkə arasında. Müəyyən prosedur qaydalar var, əsgərimiz mütləq düşmən xüsusi xidmət orqanları tərəfindən dindiriləcək, bu proses başa çatdıqdan sonra əsgərimiz öz doğma vətəninə, ailəsinin yanına qayıdacaqdır, buna heç kimin şübhəsi olmasın. Onu da əlavə edim ki, əsir düşmüş əsgərimizə qarşı Ermənistan tərəfindən altı ağır ittihamla cinayət işinin başlanması məsələsi də düşmənin növbəti çirkin addımıdır və burada müəyyən məqsədlər var. Belə ki, yəqin ki, Ermənistan tərəfinin əsgərimizin ölkəmizə qaytarılması məsələsində hansısa tələbləri olacaq. Ermənistan tərəfi yaxşı bilir ki, biz Azərbaycanlıyıq, nəinki əsgərimizi, hətta əsgərimizin kəsilib atılan dırnağını da düşməndə qoymarıq. Onlar bilirlər ki, biz əsgərimizin dəyərini bilirik. Ona görə də Ermənistan tərəfi əsgərimizə qarşı tez-tələsik qanunsuz cinayət işi başlayıb ki, əsgərimizin vətənə qaytarılması üçün aparılacaq danışıqlarda böyük tələblər irəli sürə bilsinlər. Düşünürəm ki, Azərbaycan hökuməti bütün məsələlərə həssaslıqla yanaşacaq və lazımi zəruri addımlar atacaqdır,-Deyə Natiq Əlisoy bildirib.
Dialoq.az
Dün, 04:44
Sabah 11 marşrut bu dayanacaqlarda saxlamayacaq - Siyahı
Dün, 04:43
Bu yol bağlanır
9-08-2026, 20:35
Gəncədə qəza - “Kamaz” ağaca çırpıldı+Fotolar
8-08-2026, 21:39
Mingəçevir Dövlət Universiteti və Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına start verir
8-08-2026, 08:34
Ağdaş polisi qoyun oğrusunu tutub-VİDEO
8-08-2026, 08:29
“Gürcüstandakı münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik”
7-08-2026, 22:14
Ağdaşda 17 yaşlı qıza nişan keçirildi - Valideynləri polisə çağırıldı
7-08-2026, 15:28
Media və Yayım Şurası yaradıldı - Fərman
6-08-2026, 05:53
Sulutəpədə avtoservisdə yanğın baş verib Hadisə
6-08-2026, 05:50
Bakıda məşhur ticarət mərkəzində faciə
6-08-2026, 05:46
Canlı yayımda söyüş söyən daha bir tiktoker həbs edildi
6-08-2026, 05:43
Alkoqoldan imtina etdikdə beyində nə baş verir? — Araşdırmaların nəticələri
6-08-2026, 05:39
Təyyarədə baqaj yükü itən sərnişin nə etməlidir? — AÇIQLAMA
6-08-2026, 05:35
Restoranın qarşısında kütləvi dava - Bir nəfər öldü, üçü yaralandı
5-08-2026, 22:30
Bakıda məscid yanır
5-08-2026, 22:21
Gürcüstan yenidən qaranlığa qərq oldu
5-08-2026, 22:18
Tbilisi-Bakı qatarı yenə gecikdi - İşıq əngəl oldu
4-08-2026, 13:44
Mingəçevirdə bir nəfər şəxs atdan yıxılaraq xəsarət alıb
3-08-2026, 23:21
Mingəçevirdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbir keçirilib-VİDEO
3-08-2026, 22:49
Yevlaxda sürücü xəsarət aldı,bir neçə gün sonra dünyasını dəyişdi-VİDEO
3-08-2026, 14:35
Ombudsman Aparatının nümayəndələri hərbi hissədə olublar
3-08-2026, 14:29
Azərbaycan–Gürcüstan dəmir yolu daşımalarında sərhəd keçidi iki dəfə sürətləndirilir
3-08-2026, 13:01
Məkanlardan oğurluq edən 6 nəfər saxlanıldı – minlərlə manatlıq əmlak talanıb
3-08-2026, 12:50
“Vətəndaşlardan hər hansı hesaba pul köçürülməsi tələb olunmur” - Rəsmi
3-08-2026, 12:35
Xanəndənin ürəyində 4 damar dəyişdirildi
3-08-2026, 12:31
Prezident açılışda - Fotolar
1-08-2026, 23:37
Mingəçevirdə regional medianın problemləri müzakirə olunub: “Sağlam media üçün regionlara diqqət artırılmalıdır”. -VİDEO