Azərbaycan-Gürcüstan münasibətləri yüksək səviyyədədir.
Gündəm / Siyasət / Araşdırma / Bölgə
Oxunub: 428
22 Mrt 2024 | 11:35
Azərbaycan-Gürcüstan münasibətləri yüksək səviyyədədir.
Azərbaycan xarici siyasətində dostluq, qardaşlıq və humanizm prinsiplərinə əsaslanır. Bu mükəmməl siyasət Azərbaycanı son zamanlar dünyanın diqqət mərkəzində saxlamışdır. Bu gün Azərbaycanla dostluq və tərəfdaşlıq etmək istəyən ölkələrin sayı artmaqdadır. Eyni zamanda xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətidir. Bizim qonşu dövlətlərlə də münasibətlərimizin dərin tarixi kökləri vardır. Baxmayaraq ki, Ermənistan uzun illər işğalçılıq siyasəti apararaq, doğma torpaqlarımızı 30 ilə yaxın müddət ərzində zəbt etmişdi, ancaq bu gün tarixi ədalət bərpa olunub, ata-baba yurdumuz mənfurlardan təmizlənib. Ermənistandan fərqli olaraq, qonşu Gürcüstan dövləti ilə möhkəm dostluq əlaqələrimiz vardır. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il noyabrın 18-də qurulub.Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var və bu iki ölkə təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır. 1996-cı il martın 8-də imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə” ölkələrimiz arasında strateji tərəfdaşlığın təməlini qoyan sənəddir. 2022-ci ildə münasibətlərimizin 30-cu ildönümü qeyd olunub. Ümummilli Lider Heydər Əliyevin və Prezident Eduard Şevardnadzenin dostluq münasibətləri bu əlaqələri inkişaf etdirməyə əhəmiyyətli təkan verib. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında aparılan güclü və müdrik siyasət nəticəsində hazırda Azərbaycan-Gürcüstan əlaqələri yüksək səviyyədə qərarlaşıb. Məlum olduğu kimi bir neçə gün öncə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycanda səfərdə olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Gürcüstanın Baş naziri cənab İrakli Kobaxidze martın 16-da mətbuata bəyanatlarla çıxış ediblər. Möhtərəm Prezident İlham Əliyev geniş və məzmunlu çıxışı ilə hər iki ölkə arasında inkişaf etməkdə və güclənməkdə olan əlaqələrimizin tarixindən söhbət açıb, bir sıra tarixi faktları ictimaiyyətin diqqətinə çatdırıb. Bu gün hər iki ölkə birgə səylərlə nəinki öz iqtisadi inkişafını təmin edir, eyni zamanda, bölgə üçün və böyük mənada Avrasiya üçün də önəmli ölkələrə çevrilib. Birgə həyata keçirdiyimiz infrastruktur layihələri - nəqliyyat, enerji layihələri bir çox ölkələr üçün böyük əhəmiyyət kəsb edir və bundan sonra da bu istiqamətdə əlavə addımlar atılacaq. Bizim ticarət dövriyyəmiz də artmaqdadır. Artıq 900 milyon dollara yaxındır və keçən il təxminən 15 faiz artıb. Gürcüstan Hökumətinin düşünülmüş islahat siyasəti nəticəsində ölkədə çox gözəl sərmayə iqlimi yaradılmışdır. Azərbaycan investorları Gürcüstan iqtisadiyyatına 3,4 milyard dollar sərmayə qoymuşlar. Təbii ki, bunun əsas səbəbi gözəl investisiya iqliminin mövcudluğudur. Təbii ki,qeyd edilən fikirlər dövlətlərimizin qarşılıqlı fəaliyyətini göstərən faktlardır. Xüsusilə söyləmək lazımdır ki, Azərbaycan və Gürcüstan beynəlxalq müstəvidə qarşılıqlı şəkildə bir-birinin ərazi bütövülüyünü və suverenliyini tanıyır, dəstək olurlar. Eyni zamanda, cənab Prezident bu məsələyə toxunaraq bildirib ki, biz bütün dövrlərdə bir-birimizin suverenliyini, ərazi bütövlüyünü, sərhədlərin toxunulmazlığını dəstəkləyən açıqlamalar vermişik, müvafiq beynəlxalq təşkilatlarda səsvermə zamanı bir-birimizi dəstəkləmişik, bundan sonra da bu dəstək davam edəcək.
Bununla yanaşı Gürcüstan Baş nazirinin bəyanat zamanı səsləndiriyi fikirlərdən də belə bir nəticəyə gəlmək olar ki, yaxın gələcəkdə dövlətlərimiz daha geniş formatda əlaqələr quracaq, dostluq və müttəfiqlik münasibətləri daha da güclənəcəkdir. Əlbəttə ki, baş verən proseslərə nəzər salaraq, əminliklə söyləyə bilərik ki, Azərbaycan Prezidenti, Partiyamızın Sədri cənab İlham Əliyevin yürütdüyü düzgün və məqsədyönlü siyasət nəinki ölkəmizi beynəlxalq müstəvidə gücləndirir, hətta bizim xarici dövlətlərlə olan münasibətlərimizi də ən yüksək səviyyədə təmin edir.

Rafiq Əliyev
YAP Yevlax rayon təşkilatının sədri

Dialoq.az
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
Bugün, 18:32
Gəncədə avtomobil iki piyadanı vurub
Bugün, 18:29
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanıldı
Bugün, 18:21
Lənkəranda meşədə 2 nəfərin meyiti tapıldı - Biri yeniyetmədir
Dün, 04:44
Sabah 11 marşrut bu dayanacaqlarda saxlamayacaq - Siyahı
Dün, 04:43
Bu yol bağlanır
9-08-2026, 20:35
Gəncədə qəza - “Kamaz” ağaca çırpıldı+Fotolar
8-08-2026, 21:39
Mingəçevir Dövlət Universiteti və Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına start verir
8-08-2026, 08:34
Ağdaş polisi qoyun oğrusunu tutub-VİDEO
8-08-2026, 08:29
“Gürcüstandakı münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik”
7-08-2026, 22:14
Ağdaşda 17 yaşlı qıza nişan keçirildi - Valideynləri polisə çağırıldı
7-08-2026, 15:28
Media və Yayım Şurası yaradıldı - Fərman
6-08-2026, 05:53
Sulutəpədə avtoservisdə yanğın baş verib Hadisə
6-08-2026, 05:50
Bakıda məşhur ticarət mərkəzində faciə
6-08-2026, 05:46
Canlı yayımda söyüş söyən daha bir tiktoker həbs edildi
6-08-2026, 05:43
Alkoqoldan imtina etdikdə beyində nə baş verir? — Araşdırmaların nəticələri
6-08-2026, 05:39
Təyyarədə baqaj yükü itən sərnişin nə etməlidir? — AÇIQLAMA
6-08-2026, 05:35
Restoranın qarşısında kütləvi dava - Bir nəfər öldü, üçü yaralandı
5-08-2026, 22:30
Bakıda məscid yanır
5-08-2026, 22:21
Gürcüstan yenidən qaranlığa qərq oldu
5-08-2026, 22:18
Tbilisi-Bakı qatarı yenə gecikdi - İşıq əngəl oldu
4-08-2026, 13:44
Mingəçevirdə bir nəfər şəxs atdan yıxılaraq xəsarət alıb
3-08-2026, 23:21
Mingəçevirdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbir keçirilib-VİDEO
3-08-2026, 22:49
Yevlaxda sürücü xəsarət aldı,bir neçə gün sonra dünyasını dəyişdi-VİDEO
3-08-2026, 14:35
Ombudsman Aparatının nümayəndələri hərbi hissədə olublar
3-08-2026, 14:29
Azərbaycan–Gürcüstan dəmir yolu daşımalarında sərhəd keçidi iki dəfə sürətləndirilir
3-08-2026, 13:01
Məkanlardan oğurluq edən 6 nəfər saxlanıldı – minlərlə manatlıq əmlak talanıb
3-08-2026, 12:50
“Vətəndaşlardan hər hansı hesaba pul köçürülməsi tələb olunmur” - Rəsmi