Dövlət orqanları jurnalistlərə məlumat verməkdən nə üçün qorxurlar? Bəs qanun nə tələb edir?
Gündəm / Siyasət / Sosial / Araşdırma
Oxunub: 452
25 Mrt 2024 | 00:04
Dövlət orqanları jurnalistlərə məlumat verməkdən nə üçün qorxurlar? Bəs qanun nə tələb edir?
Bu gün dövlət orqanlarından (qurumlarından), bələdiyyələrdən, müəssisə və təşkilatlardan fəaliyyətləri haqqında məlumat almaq qeyri-mümkün həddə çatıb. Bu barədə Dialoq.az saytına yazıçı, Azərbaycan Jurnalistlər və Azərbaycan Yazıçılar Birliyinin üzvü, ictimai xadim Natiq Əlisoy tənqidi fikirlərini bildirib:

İstənilən məsələ ilə bağlı hər hansı dövlət orqanı ilə əlaqə yaradıb məlumat almaq istəyirsən, dərhal telefonlar susur, səslər batır və sanki belə də olmalıdır. Ancaq bəzi dövlət orqanları və qurumları anlamırlar ki, media subyektləri və jurnalistlər qanunsuz heçnə tələb etmirlər, onların tələbləri elə qanunun tələbləridir. Başa düşmək olmur ki, onlar nə üçün qorxurlar. Əgər bir qurum qanuni fəaliyyət göstərirsə nə üçün mediadan qorxmalıdır. Düşünürəm ki, bu kimi halların baş verməsi yalnız onunla əlaqədar ola bilər ki, bəzi dövlət orqanları qanunsuz işlərini gizlətmək üçün mediadan necə deyərlər qaçırlar.

Media Haqqında Azərbaycan Respublikasının Qanunu:

Maddə 17. Məlumat almaq hüququ


17.1. Media subyektləri və jurnalistlər cəmiyyətdəki ictimai, siyasi, sosial və iqtisadi vəziyyət haqqında, dövlət orqanlarının (qurumlarının), bələdiyyələrin, müəssisə və təşkilatların, qeyri-hökumət təşkilatlarının, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə düzgün informasiya almaq hüququna malikdirlər. Bu hüquq qanunla müəyyənləşdirilmiş hallardan başqa məhdudlaşdırıla bilməz.

17.2. Dövlət orqanları (qurumları), bələdiyyələr, müəssisə və təşkilatlar, qeyri-hökumət təşkilatları, siyasi partiyalar, vəzifəli şəxslər öz fəaliyyətləri haqqında informasiyanı media subyektlərinin və jurnalistlərin yazılı və şifahi sorğusu əsasında, habelə mətbuat konfransları və ya brifinqlər keçirmək yolu ilə yaxud başqa formalarda verirlər.

17.4. Media subyektləri və jurnalistlər məlumatı verməkdən imtina edən dövlət orqanlarından (qurumlarından), bələdiyyələrdən, müəssisə və təşkilatlardan, qeyri-hökumət təşkilatlarından, siyasi partiyalardan və ya vəzifəli şəxslərdən qanunla müəyyənləşdirilmiş qaydada şikayət etmək hüququna malikdir.

Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, hər hansı dövlət orqanından görülən işlər, problemlər, ictimaiyyəti maraqlandıran məsələlərlə bağlı məlumat almaq istəyirsən onlar məlumatı verməkdən boyun qaçırırlar və sonra məcbur qalıb həmin məlumatı müxtəlif yollarla əldə edib işıqlandırırsan, sonra həmin qurumlar başlayırlar sənə xahişlər etməyə. Odur ki, ən doğrusu hər kəs qanunun tələblərinə əməl etməlidir ki, media subyektləri ilə dövlət orqanları arasında ziddiyyətlər yaranmasın.
Hesab edirəm ki, bu çox ciddi məsələdir, bu sahədə ciddi işlər aparılmalıdır və dövlət orqanları bununla bağlı ciddi maarifləndirilməlidir,-Deyə Natiq Əlisoy bildirib.

Dialoq.az
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
Dün, 18:32
Gəncədə avtomobil iki piyadanı vurub
Dün, 18:29
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanıldı
Dün, 18:21
Lənkəranda meşədə 2 nəfərin meyiti tapıldı - Biri yeniyetmədir
10-08-2026, 04:44
Sabah 11 marşrut bu dayanacaqlarda saxlamayacaq - Siyahı
10-08-2026, 04:43
Bu yol bağlanır
9-08-2026, 20:35
Gəncədə qəza - “Kamaz” ağaca çırpıldı+Fotolar
8-08-2026, 21:39
Mingəçevir Dövlət Universiteti və Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına start verir
8-08-2026, 08:34
Ağdaş polisi qoyun oğrusunu tutub-VİDEO
8-08-2026, 08:29
“Gürcüstandakı münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik”
7-08-2026, 22:14
Ağdaşda 17 yaşlı qıza nişan keçirildi - Valideynləri polisə çağırıldı
7-08-2026, 15:28
Media və Yayım Şurası yaradıldı - Fərman
6-08-2026, 05:53
Sulutəpədə avtoservisdə yanğın baş verib Hadisə
6-08-2026, 05:50
Bakıda məşhur ticarət mərkəzində faciə
6-08-2026, 05:46
Canlı yayımda söyüş söyən daha bir tiktoker həbs edildi
6-08-2026, 05:43
Alkoqoldan imtina etdikdə beyində nə baş verir? — Araşdırmaların nəticələri
6-08-2026, 05:39
Təyyarədə baqaj yükü itən sərnişin nə etməlidir? — AÇIQLAMA
6-08-2026, 05:35
Restoranın qarşısında kütləvi dava - Bir nəfər öldü, üçü yaralandı
5-08-2026, 22:30
Bakıda məscid yanır
5-08-2026, 22:21
Gürcüstan yenidən qaranlığa qərq oldu
5-08-2026, 22:18
Tbilisi-Bakı qatarı yenə gecikdi - İşıq əngəl oldu
4-08-2026, 13:44
Mingəçevirdə bir nəfər şəxs atdan yıxılaraq xəsarət alıb
3-08-2026, 23:21
Mingəçevirdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbir keçirilib-VİDEO
3-08-2026, 22:49
Yevlaxda sürücü xəsarət aldı,bir neçə gün sonra dünyasını dəyişdi-VİDEO
3-08-2026, 14:35
Ombudsman Aparatının nümayəndələri hərbi hissədə olublar
3-08-2026, 14:29
Azərbaycan–Gürcüstan dəmir yolu daşımalarında sərhəd keçidi iki dəfə sürətləndirilir
3-08-2026, 13:01
Məkanlardan oğurluq edən 6 nəfər saxlanıldı – minlərlə manatlıq əmlak talanıb
3-08-2026, 12:50
“Vətəndaşlardan hər hansı hesaba pul köçürülməsi tələb olunmur” - Rəsmi