Müəllimlərin ən böyük arzusu nədir? Sertifikasiya imtahanı nə üçün lazımdır?
Gündəm / Siyasət
Oxunub: 1 026
6 Haz 2024 | 22:37
Müəllimlərin ən böyük arzusu nədir? Sertifikasiya imtahanı nə üçün lazımdır?
Təhsilimiz həddindən artıq bərbad haldadır. Demək olar ki, müəllimlərin 90%-i sertifikasiya imtahanlarından keçməyə çalışır. Heç kim elmlər doktoru, fəlsəfə doktoru olmaq istəmir. Bu isə o deməkdir ki, gələcəyimiz get-gedə məhv olur. Bu gün az qala məktəblərdə süpürgəçini də sertifikasiyadan keçirsinlər... Bu barədə yazıçı, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü Natiq Əlisoy "Dialoq.az" xəbər saytına açıqlamasında bildirib:

"Hər birimiz yaxşı bilirik ki, Azərbaycanda təhsil sisteminin pillələri ibtidai təhsil-birinci-dördüncü sinifləri, ümumi orta təhsil-beşinci-doqquzuncu sinifləri, tam orta təhsil-orta məktəb təhsilinin sonuncu pilləsi olaraq onuncu-on birinci sinifləri əhatə edir. Bundan sonra təhsilin növbəti pillələri ilk və orta peşə-ixtisas təhsili, ilk peşə, orta peşə, üç pilləli ali təhsil-birinci pillə-bakalavr, ikinci pillə-magistratura, üçüncü pillə isə-doktoranturadır. Düşünürəm ki, bu pillələri bir çoxlarımız bilirik. Qeyd etməliyik ki, Azərbaycan Respublikasında ümumi orta təhsil icbaridir, yəni 9-cu sinfə qədər təhsil almaq məcburidir. Ümumi orta təhsil pilləsində yekun qiymətləndirmə aparılır və təhsili başa vuran şagirdlərə müvafiq dövlət sənədi şəhadətnamə verilir.

Bundan sonra tam orta təhsil ümumi orta məktəb təhsilinin sonuncu pilləsi olaraq onuncu-on birinci sinifləri əhatə edir və bu pillədə şagirdlərin biliyinin qiymətləndirilməsinin yekun dövlət attestasiyası həyata keçirilir. Attestasiyanın nəticəsinə görə məzunlara müvafiq qaydada dövlət nümunəli sənəd - attestat verilir və tam orta təhsil haqqında sənəd təhsilin növbəti pillədə davam etdirilməsi üçün əsas sayılır, eyni zamanda buna imkanlar yaradır. Yəni sadə dildə desək orta təhsil haqqında attestat alan hər kəs ali məktəbə daxil olmaq üçün namizəd olur. Bundan sonra orta təhsil almış şəxslər ali məktəbə sənədlərini verir və hər hansı ali məktəbə daxil olur. Dörd il ali təhsil ocağında müxtəlif ixtisas üzrə təhsil alır və nəticədə bakalavr ali peşə-ixtisas dərəcəsi alır. Bu da o deməkdir ki, bakalavriat təhsil pilləsini bitirmiş məzunların əmək fəaliyyəti sahəsi elmi-tədqiqat və ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyət istisna olmaqla bütün digər sahələrdə çalışmağa imkan verir. Necə deyərlər həmən şəxs ali təhsilli, öz ixtisasına sahiblənmiş bir şəxs olur.

Məsələnin ən ağrılı və başa düşülməyən tərəfi ondan ibarətdir ki, bakalavr ali peşə-ixtisas dərəcəsi almış müəllim növbəti mərhələdə magistr ali elmi-ixtisas dərəcəsi və daha sonra ali təhsilin ən yüksək pilləsi olaraq doktoranturanı oxuyub fəlsəfə doktoru, elmlər doktoru olmaq əvəzinə bütün günü test əzbərləyib sertifikasiya imtahanlarından keçməyə hazırlaşır.
Ona görə ki, elm qalıb kənarda müəllimləri sertifikatlaşdırma ilə məşğuluq. Bu bir biabırçılıqdır! Ali təhsil almış müəllimi sertifikasiya etməyə nə ehtiyac var? Nəzərə alsaq ki, misal üçün bir ildə 10000 müəllim sertifikasiya imtahanına cəlb olunursa, onlardan misal üçün 3000 min müəllim imtahandan kəsilərsə bu yenə də təhsilin nöqsanıdır. Demək ki, Elm və Təhsil Nazirliyi il ərzində 3000 min saxta diplom verir. Bundan əlavə bu gün məktəbin fəaliyyəti ancaq saxta sənədlər üzərində aparılmış şişirtmə rəqəmlərdən ibarətdir. Elm və Təhsil Nazirliyi dərindən analiz və araşdırma aparsa görər ki, bu gün ali təhsil almış əsl savadlı mütəxəssislər məktəbdən yox, ayrı-ayrı evlərdən-yəni hazırlıqlardan, kurslardan çıxmış şəxslərdir. Bu gün təhsilimizdə yeni bir termin ortaya çıxıb-təhsil verən. Müəllim-müəllimdir, müəllimə təhsil verən, təhsil satan və s. adlar qoymaqla təhsilimizi bazara çevirmək olmaz.

Sertifikasiya, monitorinq və s. kimi lazımsız işlərdənsə müəllimləri ali təhsilin növbəti pillələrinə cəlb etmək lazımdır. Müəllim yazıq bilmir ki, şagirdi öyrətsin, sertifikat imtahanlarına, monitorinqlərə hazırlaşsın, yoxsa hazırlıqda uşaq öyrətsin. Deməkdən ki, misal üçün bu gün filan məktəbimizdə 5 elmlər doktoru, 10 fəlsəfə doktoru var, deyirlər ki, bu qədər müəllimimiz 50 bal toplayıb test imtahanından keçib. Ayıbdır, müəllim ali təhsillidirsə onsuz da o imtahandan keçməlidir. Bu bir növü müəllim adını aşağılamaqdır. Test imtahanı müəllimə nə verir ki? Bir halda ki, müəllim o imtahana narazı halda məcburiyyətdən gedir. Ondansa açıq dərslər edib müəllimin fəaliyyətini sinifdə praktiki yoxlamaq lazımdır ki, görək müəllim dərsi necə tədris edir. Praktikada görsənir ki, sertifikasiya imtahanından keçən müəllimlər var ki, (hər kəsə şamil edilmir) müəllim sözünün "m" hərfindən xəbəri yoxdur. Bu gün məktəblərdə sertifikasiya imtahanlarından keçmiş müəllimlərin yox, elmi dərəcələri olan müəllimlərin rəqabətini, hesabatını aparmaq lazımdır. Müəllim həyatını test imtshanına həsr etməməlidir. Bu gün təqaüdə çıxan müəllimlərin 99 faizinin elmi dərəcəsi yoxdur. Bir müəllim 40 il pedeqoji fəaliyyətlə məşğul olur, sonda sual verirsən ki, pedeqoji fəaliyyətiniz dövründə hansı elmi dərəcələr almısınız? Cavab verir ki, elmi dərəcəm yoxdur. Çünki müəllim 500-600 manata görə 40 il test əzbərləyir, onun magistr və ya doktorant olmaq həvəsi və vaxtı demək olar ki, olmur. Bir sözlə müəllimin hədəfi elmə dərindən sahib olmaq yox, test imtahanından keçib işini itirməməkdir. Hansı ki, qeyd etdiyimiz kimi müəllim bakalvır pilləsindən sonra, magistraturanı və daha sonra doktoranturanı bitirməlidir ki, sahib olduğu ixtisasın üst pilləsinə çıxa bilsin,-Deyə yazıçı bildirib".

Dialoq.az
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
Bugün, 17:41
Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 360-dan çox saxlanılan var
Bugün, 17:38
Ölkənin bir sıra rayonlarında intensiv yağış yağır – FAKTİKİ HAVA
Dün, 23:53
Vətən Müharibəsi Qəhrəmanına - Ağır itki
Dün, 18:35
"ADY"rekord artım açıqladı: 5 ayda 4,5 milyondan çox sərnişin daşınıb
Dün, 12:58
Yevlax sakini Lökbatandakı yanacaqdoldurma məntəqəsində öldü
Dün, 12:12
Hərbidən qayıdıb əvvəlki vəzifəyə təyin oluna biləcəklər
Dün, 10:54
Prezident millimizi qələbə münasibətilə təbrik etdi
Dün, 10:50
İraqda şiə alimi vəfat etdi, üçgünlük matəm elan olundu
Dün, 09:11
Kolumbiyada yük gəmisində partlayış - Ölənlər və yaralananlar var
Dün, 09:06
Göyçay polisi əməliyyat keçirdi:Marixuana və tiryək aşkarlanıb, iki nəfər həbs olunub
Dün, 08:58
“Ulduz” jurnalının şöbə redaktoru vəfat etdi
Dün, 08:57
DTX-də kibertəhqiqat istiqaməti fəaliyyətə başladı
Dün, 08:36
DTX-də kibertəhqiqat istiqaməti fəaliyyətə başladı
4-06-2026, 15:35
Mingəçevir Dövlət Universitetində regionun ən böyük Kibertəhlükəsizlik Laboratoriyasının açılışı olub
4-06-2026, 11:57
Onlardan sürücülük vəsiqəsi tələb olunacaq
4-06-2026, 01:08
Şəhidin xanımı niyə qətlə yetirilib? Atası və anası danışdı.-VİDEO
3-06-2026, 23:58
Mingəçevir Dövlət Universitetinin tələbələri Ümumdünya Velosiped Günündə veloyürüşə qoşuldular
3-06-2026, 22:47
Cəlilabadda qadın qətlə yetirildi - Şübhəlinin 15 yaşı var
3-06-2026, 20:32
Həmin sürücü 30 sutka həbs edildi
2-06-2026, 20:06
Prezident bu xanıma yüksək vəzifə verdi
2-06-2026, 20:04
Azərbaycanda əsgərlər həftəsonu evə buraxıla bilər? — AÇIQLAMA
2-06-2026, 17:32
AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək
2-06-2026, 17:27
Bakı–Tbilisi–Qars dəmir yolu genişmiqyaslı modernləşdirmədən sonra yeni mərhələyə qədəm qoyur
2-06-2026, 16:58
Baş DYP İdarəsi küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
2-06-2026, 11:45
Gecikmiş maaş iddiaları ilə bağlı “Space” TV-dən - Açıqlama
2-06-2026, 11:38
TƏBİB-də yeni təyinat
2-06-2026, 10:57
Təhlükəli manevr və ara məsafəsinin pozulması qəzaya səbəb oldu