General Kərəm Mustafayevin milyonlarla yeyintisi-ŞOK FAKTLAR
Gündəm / Araşdırma
Oxunub: 906
23 Tem 2024 | 11:45
General Kərəm Mustafayevin milyonlarla yeyintisi-ŞOK FAKTLAR
"Dialoq.az" "Kanal32.az"a istinadla təqdim edir:

Bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasının (MR) bəzi rayonlarında əkin sahələrini suvarmaq üçün istifadə olunan boru xətlərinin və dəmir yolu relslərinin sökülərək İrana daşındığı haqda məlumat vermişdik. Qeyd etmişdik ki, Vasif Talıbovun “xanlığı dönəmində” bir qrup şəxs bu cür qanunsuz yollarla külli miqdarda sərvət toplayıb.

Bu məsələdə yaxın günlərdə Naxçıvan Əlahiddə Ümumqoşun Ordu komandanı vəzifəsindən azad olunan Kərəm Mustafayevin qardaşı Nemət Mustafayevin də adı hallanır. İddia olunur ki, boru xəttini Nemət Mustafayevin göstərişi və hərbi hissənin vəsaiti hesabına doğrayıb daşıyıblar. Burada N.Mustafayevlə yanaşı, polkovnik Əli Əsədov və İran vətəndaşı olan Yusif adlı şəxsin də rolu olub. Məlumata əsasən, sökülən boru xətləri iranlı Yusif vasitəsilə qonşu ölkəyə – İrana aparılaraq, orada satılıb.

Bu gün isə Kərəm Mustafayevin özünün qanunsuz fəaliyyəti ilə bağlı “Hürriyyət”ə şok faktlar daxil olub. Mənbə yazır ki, o, Naxçıvan Əlahiddə Ümumqoşun Ordu komandanı vəzifəsində çalışdığı illərdə hərbçilərin ərzaq təminatı sahəsində çox böyük yeyintilər olub. Müxtəlif səbəblərdən adının açıqlanmasını istəməyən hərbçilərdən biri yazır:

“2014-cü ildən bütün bu qanunsuzluqların şahidiyəm. Məsələn, şəxsi heyətə 250 qr əvəzinə, 100 qram ət verilirdi. Zabit, gizir, müddətdən artıq həqiqi xidmət hərbi qulluqçularının ərzağı naryad heyətindən savayı, ümumiyyətlə yeməkxanalara verilmirdi. Əsasən isti aylarda səhərlər isti yemək verilmirdi. Kərə yağının yerinə ucuz əvəzedcilərdən istifadə olunurdu. Beləliklə, gün ərzində təxminən 2000 kq ət, 75 kq kərə yağı, 800 kq müxtəlif növ yarmalar, 3000 kq kartof, 500 kq soğan, 5000 ədəd yumurta və.s ərzaq məhsulları sənədlişdirilərək siyahıdan çıxarılırdı.

2015-ci ilin qışında şəxsi heyət qış geyim forması ilə təmin olunmadı. Hər kəs qış aylarında yay səhra geyimində və batinkasında xidmət apardı.

Postlara MAXE-lər tərəfindən odun yığılıb göndərilsə də, hər il bir hərbi hissənin odun təminatına ayrılan böyük məbləğdə – təxminən 3 milyon manat pul silinirdi”.

Mənbə deyir ki, hərbi şəhərciklərin təmiri üçün ayrılan pullar da “yeyilib”, əvəzində zabitlərdən pul toplanılaraq təmir işləri aparılıb:

“Hərbi şəhərciklərdə binaların blokları ildə iki dəfə zabitlərdən pul yığılaraq təmir olunurdu. Hərbi hissələrin hərbi şəhərciklərinin pəncərələri plastik pəncərələrlə əvəz olundu, pulları zabit, gizirlərdən yığıldı”.

Məlumata əsasən, K.Mustafayev öz yaxın adamlarına yüksək rütbələr verərək, onları qabağa çəkib:

“Məsələn, əmisi oğlu Xaliq Mustafayevə vaxtından əvvəl polkovnik leytenant hərbi rütbəsi verdirdi, əmr elan olunanda vaxtı çatmış kimi təqdim olundu. Qanunlara zidd olaraq Vasif Talıbovun oğlu Rza Talıbova polkovnik, Seymur Talıbova mayor hərbi rütbəsi verdirdi.

Naxçıvan Daxili Qoşunlarının sabiq komandiri İlkin Əsədovun hərbi rütbəsi iki dəfə aşağı salındı, halbuki qanunla hərbi rütbə yalnız bir pillə aşağı salına bilir. Beləliklə, Kərəm Mustafayev insanları qorxudaraq, ağlından keçən bütün qayda pozuntularını edib.

Əsgər çayxanalarında qiymətlər süni şəkildə baha olub. Tutaq ki, kənarda bir manata olan siqaret əsgər mağazasında iki manata satılıb. Zabit və gizirlərin ərzağının bir hissəsi zabit yeməkxanalarında bişirilərək, onlara baha qiymətə satılıb.

Hərbçilərin 13-cü əmək haqqı, birdəfəlik pul mükafatı verilmir, təxminən 5 milyon manat kəsilirdi. K.Mustafayevin özü də iclasda deyib ki, “5 milyon qənaət etmişik”.

Bundan əlavə, zabit, gizir MAXE heyətinə qanuni şəkildə təyin olunan məzuniyyət haqqı verilmirdi. Müdafiə nazirinin bununla bağlı müvafiq əmri vardı ki, qanuni məzuniyyəti verməyən komandir məsuliyyət daşıyır və qanunu pozan komandir məzuniyyət haqqını öz hesabına ödəməlidir”.

 Dialoq.az
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
Dün, 18:32
Gəncədə avtomobil iki piyadanı vurub
Dün, 18:29
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanıldı
Dün, 18:21
Lənkəranda meşədə 2 nəfərin meyiti tapıldı - Biri yeniyetmədir
10-08-2026, 04:44
Sabah 11 marşrut bu dayanacaqlarda saxlamayacaq - Siyahı
10-08-2026, 04:43
Bu yol bağlanır
9-08-2026, 20:35
Gəncədə qəza - “Kamaz” ağaca çırpıldı+Fotolar
8-08-2026, 21:39
Mingəçevir Dövlət Universiteti və Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına start verir
8-08-2026, 08:34
Ağdaş polisi qoyun oğrusunu tutub-VİDEO
8-08-2026, 08:29
“Gürcüstandakı münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik”
7-08-2026, 22:14
Ağdaşda 17 yaşlı qıza nişan keçirildi - Valideynləri polisə çağırıldı
7-08-2026, 15:28
Media və Yayım Şurası yaradıldı - Fərman
6-08-2026, 05:53
Sulutəpədə avtoservisdə yanğın baş verib Hadisə
6-08-2026, 05:50
Bakıda məşhur ticarət mərkəzində faciə
6-08-2026, 05:46
Canlı yayımda söyüş söyən daha bir tiktoker həbs edildi
6-08-2026, 05:43
Alkoqoldan imtina etdikdə beyində nə baş verir? — Araşdırmaların nəticələri
6-08-2026, 05:39
Təyyarədə baqaj yükü itən sərnişin nə etməlidir? — AÇIQLAMA
6-08-2026, 05:35
Restoranın qarşısında kütləvi dava - Bir nəfər öldü, üçü yaralandı
5-08-2026, 22:30
Bakıda məscid yanır
5-08-2026, 22:21
Gürcüstan yenidən qaranlığa qərq oldu
5-08-2026, 22:18
Tbilisi-Bakı qatarı yenə gecikdi - İşıq əngəl oldu
4-08-2026, 13:44
Mingəçevirdə bir nəfər şəxs atdan yıxılaraq xəsarət alıb
3-08-2026, 23:21
Mingəçevirdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbir keçirilib-VİDEO
3-08-2026, 22:49
Yevlaxda sürücü xəsarət aldı,bir neçə gün sonra dünyasını dəyişdi-VİDEO
3-08-2026, 14:35
Ombudsman Aparatının nümayəndələri hərbi hissədə olublar
3-08-2026, 14:29
Azərbaycan–Gürcüstan dəmir yolu daşımalarında sərhəd keçidi iki dəfə sürətləndirilir
3-08-2026, 13:01
Məkanlardan oğurluq edən 6 nəfər saxlanıldı – minlərlə manatlıq əmlak talanıb
3-08-2026, 12:50
“Vətəndaşlardan hər hansı hesaba pul köçürülməsi tələb olunmur” - Rəsmi