Dizayner ata şəhid oğlunun doğum gününə bulaq hazırladı… - Video
Gündəm
Oxunub: 737
19 Ock 2021 | 23:44
Dizayner ata şəhid oğlunun doğum gününə bulaq hazırladı… - Video



Bu gün Vətən müharibəsində şəhid olan Səbuhi Əsədovun 22 yaşı tamam olur. Ailəsi ilk dəfədir ki, doğum gününü onsuz, özündən sonra qoyub getdiyi saysız-hesabsız xatirələrlə birgə qarşılayır.

“Qafqazinfo” xəbər verir ki, ailənin sonbeşiyi, üç bacının tək qardaşı olan Səbuhi 1999-cu ildə dünyaya göz açıb. 2019-cu ildə hərbi xidmətə çağırılıb və müharibə başlanan zaman Mingəçevir rayonunda xidmətdə olub. Bacısı Məlahət Babayevanın sözlərinə görə, ailəsi Səbuhinin döyüşlərdə iştirakından şəhid olandan sonra xəbər tutub:

“Çox sakit, tərbiyəli idi, heç kəslə işi olmazdı. Özü də idmançı idi, idmanda nailiyyətləri, diplomları var. Hərbi xidmətdə kəşfiyyat bölüyündə xidmət edib. Bizim heç xəbərimiz olmayıb ki, o döyüşdədir. Fikirləşirik ki, yəqin anama görə deməyib. Çünki qardaşım əsgər gedəndə anam reanimasiyaya düşmüşdü, uzun müddət ürəyindən müalicə aldı. Müharibə başlanandan isə cəmi iki dəfə - oktyabrın 3-ü və 4-də evlə əlaqə saxlayıb. Birinci dəfə danışanda o qədər gülə-gülə danışıb ki, heç döyüşdə olduğundan şübhələnməyiblər. Növbəti dəfə zəng edəndə atam neçə dəfə harada olduğunu soruşub, ona da deməyib. Ta ki şəhid olana qədər döyüşdə iştirak etdiyindən xəbərimiz olmayıb...”





Dizayner ata şəhid oğlunun doğum gününə bulaq hazırladı… - Video



Bacısı deyir ki, Səbuhi cəbhə yoldaşları ilə birgə sentyabrın 27-dən Tərtər istiqamətində vətəni müdafiəyə başlayıb. Əvvəlcə Talış kəndi uğrunda döyüşlərdə iştirak edib, Ağdərə istiqamətində vuruşub. Komandiri və əsgər yoldaşları onun necə əzmlə, qəhrəmancasına döyüşdüyünü bildiriblər. Ailə də indi bu xatirələrlə təsəlli tapır:


“Komandiri Orxan Cəlilov qardaşımın qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə yüksəldiyini deyir. Onun sözlərinə görə, döyüş vaxtı nə kömək lazım olubsa, Səbuhi irəli çıxıb. Hətta bir dəfə komandirlə birgə neytral zonada qalan şəhid və yaralımızı çıxarmaq üçün də gedib. Komandiri deyir ki, Səbuhi yoldaşlıqda yoldaş, qardaşlıqda qardaş idi. Oktyabrın 8-i Suqovuşanda düşmən hücuma keçib, ağır döyüş başlayıb. Səbuhi komandirə deyib, birimiz qalxıb qumbara atmalıyıq ki, düşmən sakitləşsin, biz hücuma keçək. Həmin vaxt Səbuhinin dostu Xəyal İdrisovu snayperlə vurublar, şəhid olub. Bu, qardaşıma çox pis təsir edib və qumbaranı əlinə alaraq ayağa qalxıb, onu düşmənin mövqeyinə atıb. Ondan sonra ordumuz hücuma keçib. Komandiri deyir ki, o, qumbaranı atmaq üçün heç əmri də gözləməyib. Amma istədiyinə nail olub, düşmən mövqeyini partladıb, qəhrəmancasına şəhid olub"
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
Bugün, 04:44
Sabah 11 marşrut bu dayanacaqlarda saxlamayacaq - Siyahı
Bugün, 04:43
Bu yol bağlanır
Dün, 20:35
Gəncədə qəza - “Kamaz” ağaca çırpıldı+Fotolar
8-08-2026, 21:39
Mingəçevir Dövlət Universiteti və Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına start verir
8-08-2026, 08:34
Ağdaş polisi qoyun oğrusunu tutub-VİDEO
8-08-2026, 08:29
“Gürcüstandakı münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik”
7-08-2026, 22:14
Ağdaşda 17 yaşlı qıza nişan keçirildi - Valideynləri polisə çağırıldı
7-08-2026, 15:28
Media və Yayım Şurası yaradıldı - Fərman
6-08-2026, 05:53
Sulutəpədə avtoservisdə yanğın baş verib Hadisə
6-08-2026, 05:50
Bakıda məşhur ticarət mərkəzində faciə
6-08-2026, 05:46
Canlı yayımda söyüş söyən daha bir tiktoker həbs edildi
6-08-2026, 05:43
Alkoqoldan imtina etdikdə beyində nə baş verir? — Araşdırmaların nəticələri
6-08-2026, 05:39
Təyyarədə baqaj yükü itən sərnişin nə etməlidir? — AÇIQLAMA
6-08-2026, 05:35
Restoranın qarşısında kütləvi dava - Bir nəfər öldü, üçü yaralandı
5-08-2026, 22:30
Bakıda məscid yanır
5-08-2026, 22:21
Gürcüstan yenidən qaranlığa qərq oldu
5-08-2026, 22:18
Tbilisi-Bakı qatarı yenə gecikdi - İşıq əngəl oldu
4-08-2026, 13:44
Mingəçevirdə bir nəfər şəxs atdan yıxılaraq xəsarət alıb
3-08-2026, 23:21
Mingəçevirdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbir keçirilib-VİDEO
3-08-2026, 22:49
Yevlaxda sürücü xəsarət aldı,bir neçə gün sonra dünyasını dəyişdi-VİDEO
3-08-2026, 14:35
Ombudsman Aparatının nümayəndələri hərbi hissədə olublar
3-08-2026, 14:29
Azərbaycan–Gürcüstan dəmir yolu daşımalarında sərhəd keçidi iki dəfə sürətləndirilir
3-08-2026, 13:01
Məkanlardan oğurluq edən 6 nəfər saxlanıldı – minlərlə manatlıq əmlak talanıb
3-08-2026, 12:50
“Vətəndaşlardan hər hansı hesaba pul köçürülməsi tələb olunmur” - Rəsmi
3-08-2026, 12:35
Xanəndənin ürəyində 4 damar dəyişdirildi
3-08-2026, 12:31
Prezident açılışda - Fotolar
1-08-2026, 23:37
Mingəçevirdə regional medianın problemləri müzakirə olunub: “Sağlam media üçün regionlara diqqət artırılmalıdır”. -VİDEO