Yevlaxda 3 Dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə tədbir keçirilib
Gündəm / Siyasət
Oxunub: 401
3 Ara 2024 | 16:36
Yevlaxda 3 Dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə tədbir keçirilib
Yevlaxda 3 Dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə tədbir keçirilib. Bu barədə Yevlax Şəhər İcra Hamkimiyyəti özünün Facebook sosial şəbəkə hesabında paylaşım edib.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Yevlax Reabilitasiya Mərkəzində keçirilən tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Yevlax Reabilitasiya Mərkəzinin direktoru Habil Vəliyev, B.Səfəroğlu adına Xalq Teatrının direktoru Zöhrə Adgözəlova, Birinci Qarabağ və Vətən müharibəsi əlilləri, Yevlax Reabilitasiya Mərkəzində müalicə alan fiziki sağlamlığı məhdud şəxslər və mədəniyyət işçiləri iştirak etmişlər.
Yevlax Şəhər İcra Hakimiyyətinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Yevlax Reabilitasiya Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbiri açıq elan edən Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova bildirmişdir ki, 1992-ci ildən Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə təsis olunmuş Beynəlxalq Əlillər gününün ölkəmizdə qeyd olunması Ulu Öndər Heydər Əliyevin əlillərə göstərilən yüksək qayğısının nəticəsidir. Beynəlxalq Əlillər gününün qeyd olunmasında əsas məqsəd ictimaiyyətin diqqətini əlillərin problemlərinə yönəltməklə onların ehtiyaclarını, tələblərini yerinə yetirmək, onlara maddi və mənəvi dəstək göstərməkdir. Bu gün əlillər üçün tikilən yaşayış kompleksləri, sağlamlıq mərkəzləri və həmçinin sosial müavinət məbləğlərinin artırılması Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin əlillərə olan diqqətinin bariz nümunəsidir.
Həmçinin E.Əzizova qeyd edib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı azad etdi, bu möhtəşəm qələbə şəhidlərimizin qanı, canı bahasına əldə edildi. Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanmış hərbi qulluqçulara yüksək səviyyədə tibbi xidmət göstərildi. Əlilliyi olan şəxslər üçün cənab Prezidentin tapşırığına əsasən hər cür şərait yaradılmış, onların qaldırdığı problemlərin həllinə daim diqqət göstərilmişdir.
Daha sonra çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Yevlax Reabilitasiya Mərkəzinin direktoru Habil Vəliyev dövlətimizin və şəxsən ölkə başçısı cənab İlham Əliyevin əlil vətəndaşlara göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə Yevlax rayonunda həyata keçirilən işlərdən danışmışdır. Habil Vəliyev bildirmişdir ki, əlil vətəndaşlara və xüsusilə də əlil uşaqlara diqqət və qayğı cəmiyyətimizin hər bir üzvünün borcudur. Bununla əlaqədar əlillərlə bağlı müxtəlif tədbirlərin həyata keçirilməsi dövlət tərəfindən hər zaman diqqət mərkəzində saxlanılır.
Yevlaxda 3 Dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə tədbir keçirilib
Yevlaxda 3 Dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə tədbir keçirilib
Yevlaxda 3 Dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə tədbir keçirilib
Yevlaxda 3 Dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə tədbir keçirilib
Yevlaxda 3 Dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə tədbir keçirilib
Yevlaxda 3 Dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə tədbir keçirilib
Dialoq.az
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
Dün, 18:32
Gəncədə avtomobil iki piyadanı vurub
Dün, 18:29
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanıldı
Dün, 18:21
Lənkəranda meşədə 2 nəfərin meyiti tapıldı - Biri yeniyetmədir
10-08-2026, 04:44
Sabah 11 marşrut bu dayanacaqlarda saxlamayacaq - Siyahı
10-08-2026, 04:43
Bu yol bağlanır
9-08-2026, 20:35
Gəncədə qəza - “Kamaz” ağaca çırpıldı+Fotolar
8-08-2026, 21:39
Mingəçevir Dövlət Universiteti və Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına start verir
8-08-2026, 08:34
Ağdaş polisi qoyun oğrusunu tutub-VİDEO
8-08-2026, 08:29
“Gürcüstandakı münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik”
7-08-2026, 22:14
Ağdaşda 17 yaşlı qıza nişan keçirildi - Valideynləri polisə çağırıldı
7-08-2026, 15:28
Media və Yayım Şurası yaradıldı - Fərman
6-08-2026, 05:53
Sulutəpədə avtoservisdə yanğın baş verib Hadisə
6-08-2026, 05:50
Bakıda məşhur ticarət mərkəzində faciə
6-08-2026, 05:46
Canlı yayımda söyüş söyən daha bir tiktoker həbs edildi
6-08-2026, 05:43
Alkoqoldan imtina etdikdə beyində nə baş verir? — Araşdırmaların nəticələri
6-08-2026, 05:39
Təyyarədə baqaj yükü itən sərnişin nə etməlidir? — AÇIQLAMA
6-08-2026, 05:35
Restoranın qarşısında kütləvi dava - Bir nəfər öldü, üçü yaralandı
5-08-2026, 22:30
Bakıda məscid yanır
5-08-2026, 22:21
Gürcüstan yenidən qaranlığa qərq oldu
5-08-2026, 22:18
Tbilisi-Bakı qatarı yenə gecikdi - İşıq əngəl oldu
4-08-2026, 13:44
Mingəçevirdə bir nəfər şəxs atdan yıxılaraq xəsarət alıb
3-08-2026, 23:21
Mingəçevirdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbir keçirilib-VİDEO
3-08-2026, 22:49
Yevlaxda sürücü xəsarət aldı,bir neçə gün sonra dünyasını dəyişdi-VİDEO
3-08-2026, 14:35
Ombudsman Aparatının nümayəndələri hərbi hissədə olublar
3-08-2026, 14:29
Azərbaycan–Gürcüstan dəmir yolu daşımalarında sərhəd keçidi iki dəfə sürətləndirilir
3-08-2026, 13:01
Məkanlardan oğurluq edən 6 nəfər saxlanıldı – minlərlə manatlıq əmlak talanıb
3-08-2026, 12:50
“Vətəndaşlardan hər hansı hesaba pul köçürülməsi tələb olunmur” - Rəsmi