Yevlaxda Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının peşə bayramı günü qeyd olunub
Gündəm / Siyasət
Oxunub: 414
16 Ara 2024 | 20:26
Yevlaxda Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının peşə bayramı günü qeyd olunub
Yevlaxda 16 dekabr Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının peşə bayramı günü qeyd olunub. Bu barədə Yevlax Şəhər İcra Hakimiyyəti özünün Facebook sosial şəbəkə hesabında paylaşım edib.

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzində keçirilən tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Xaliq Əliyev, Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin rəis müavini Ruhan Nəsibov və rayonda fəaliyyət göstərən Fövqəladə Hallar Nazirliyi strukturuna daxil olan qurumların rəhbərləri, əməkdaşları iştirak ediblər.
Yevlaxda Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının peşə bayramı günü qeyd olunub
Tədbir iştirakçıları əvvəlcə Mərkəzin həyətində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzmüş, Dahi Şəxsiyyətin müqəddəs xatirəsinə öz ehtiramlarını bildiriblər.
Daha sonra Mərkəzin akt zalında davam edən tədbirdə çıxış edən Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Xaliq Əliyev əməkdaşları peşə bayramları münasibətilə təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.
Həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 dekabr tarixli sərəncamı ilə Fövqəladə Hallar Nazirliyi yaradılmışdır. Fövqəladə Hallar Nazirliyi adından da göründüyü kimi ölkədə əhalinin təbii fəlakətlərdən, texnogen xarakterli qəzalardan və yanğından qorunması, belə hadisələrin nəticələrinin aradan qaldırılması məsələlərini həll edən, həmçinin mülki müdafiə sahəsində dövlət siyasətini həyata keçirən, xilasetmə və bərpa işləri üzrə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, digər müəssisə və təşkilatların fəaliyyətinin əlaqələndirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Möhtərəm Prezidentimizin 2006-cı il 8 dekabr tarixli Sərəncamı ilə 16 dekabr – Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günü elan olunmuşdur.
Cənab Prezidentimizin növbəti Sərəncamı ilə (2 iyun 2008) Fövqəladə Hallar Nazirliyinin Akademiyası yaradılmışdır.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları bu gün möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ağır, məsuliyyətli və həm də şərəfli vəzifələrinin öhdəsindən bacarıqla gəlir, dövlət başçısının onlara göstərdiyi qayğı və etimadı vicdanlı və layiqli xidmətləri ilə doğruldurlar.
Yevlax rayonu ərazisində fəaliyyət göstərən Fövqəladə Hallar Nazirliyinin strukturlarında çalışan əməkdaşlar çıxışlarında onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.
Tədbirin gedişində həmçinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin fəaliyyətindən bəhs edən video çarx nümayiş etdirilib.
Yevlaxda Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının peşə bayramı günü qeyd olunub
Yevlaxda Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının peşə bayramı günü qeyd olunub
Yevlaxda Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının peşə bayramı günü qeyd olunub
Yevlaxda Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının peşə bayramı günü qeyd olunub
Dialoq.az
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
Dün, 18:32
Gəncədə avtomobil iki piyadanı vurub
Dün, 18:29
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanıldı
Dün, 18:21
Lənkəranda meşədə 2 nəfərin meyiti tapıldı - Biri yeniyetmədir
10-08-2026, 04:44
Sabah 11 marşrut bu dayanacaqlarda saxlamayacaq - Siyahı
10-08-2026, 04:43
Bu yol bağlanır
9-08-2026, 20:35
Gəncədə qəza - “Kamaz” ağaca çırpıldı+Fotolar
8-08-2026, 21:39
Mingəçevir Dövlət Universiteti və Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına start verir
8-08-2026, 08:34
Ağdaş polisi qoyun oğrusunu tutub-VİDEO
8-08-2026, 08:29
“Gürcüstandakı münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik”
7-08-2026, 22:14
Ağdaşda 17 yaşlı qıza nişan keçirildi - Valideynləri polisə çağırıldı
7-08-2026, 15:28
Media və Yayım Şurası yaradıldı - Fərman
6-08-2026, 05:53
Sulutəpədə avtoservisdə yanğın baş verib Hadisə
6-08-2026, 05:50
Bakıda məşhur ticarət mərkəzində faciə
6-08-2026, 05:46
Canlı yayımda söyüş söyən daha bir tiktoker həbs edildi
6-08-2026, 05:43
Alkoqoldan imtina etdikdə beyində nə baş verir? — Araşdırmaların nəticələri
6-08-2026, 05:39
Təyyarədə baqaj yükü itən sərnişin nə etməlidir? — AÇIQLAMA
6-08-2026, 05:35
Restoranın qarşısında kütləvi dava - Bir nəfər öldü, üçü yaralandı
5-08-2026, 22:30
Bakıda məscid yanır
5-08-2026, 22:21
Gürcüstan yenidən qaranlığa qərq oldu
5-08-2026, 22:18
Tbilisi-Bakı qatarı yenə gecikdi - İşıq əngəl oldu
4-08-2026, 13:44
Mingəçevirdə bir nəfər şəxs atdan yıxılaraq xəsarət alıb
3-08-2026, 23:21
Mingəçevirdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbir keçirilib-VİDEO
3-08-2026, 22:49
Yevlaxda sürücü xəsarət aldı,bir neçə gün sonra dünyasını dəyişdi-VİDEO
3-08-2026, 14:35
Ombudsman Aparatının nümayəndələri hərbi hissədə olublar
3-08-2026, 14:29
Azərbaycan–Gürcüstan dəmir yolu daşımalarında sərhəd keçidi iki dəfə sürətləndirilir
3-08-2026, 13:01
Məkanlardan oğurluq edən 6 nəfər saxlanıldı – minlərlə manatlıq əmlak talanıb
3-08-2026, 12:50
“Vətəndaşlardan hər hansı hesaba pul köçürülməsi tələb olunmur” - Rəsmi