Münasibətlər düzgün qurulsa problemlər də azalar. Nəticədə rəhbərlər günahkar çıxır...
Gündəm / Siyasət
Oxunub: 315
13 Ock 2025 | 21:59
Münasibətlər düzgün qurulsa problemlər də azalar. Nəticədə rəhbərlər günahkar çıxır...

Dövlət qurumları ilə ictimaiyyət arasında sağlam münasibətlərin qurulmasında medianın rolu və təsiri əvəzsizdir. Belə ki, bütün media subyektlərinin əsas fəaliyyət istiqamətlərindən biri də dövlət qurumları ilə ictimaiyyət (vətəndaş) arasında informasiya mübadiləsinin təmin edilməsində, maarifləndirmə, təbliğat və problemlərin həlli istiqamətində daima öndə olmaqla qarşılıqlı sağlam münasibətlərin qurulmasında müsbət rol oynamaqdan ibarətdir.

Məhz bu münasibətlərin ümumi formada tənzimlənməsi və daim işlək vəziyyətdə saxlanılması üçün müxtəlif dövlət qurumlarında mətbuat xidmətləri və ictimaiyyətlə əlaqələr şöbələri yaradılır. Sözügedən xidmətlər və şöbələr ona görə yaradılır ki, müvafiq qurumlar həmin xidmətlərin və şöbələrin vasitəsi ilə ictimaiyyətlə əlaqələri və media ilə münasibətləri düzgün, sistemli və operativ şəkildə tənzimləyə bilsin. Lakin bu gün bu istiqamətdə həddindən artıq problemlər və boşluqlar var. Belə ki, bəzən qurumların mətbuat xidmətlərini və ya ictimaiyyətlə əlaqələr şöbəsini yuxudan oyatmaq üçün məcazi mənada gərək günlərlə onların qulaqlarının dibində top-tüfəng atasan. Əlbəttə bu hər kəsə aid deyil... Bu və bu kimi halların olması da bir çox problemlərə və narazılıqlara gətirib çıxardır.

Düşünürəm ki, qurumların mətbuat xidmətləri və ya ictimaiyyətlə əlaqələr şöbələri cəmiyyətlə, eyni zamanda media subyektləri ilə isti və sağlam münasibətlər yarada bilsələr problemlərin sayı və faiz göstəriciləri də aşağı düşər. Çünki, bir çox hallarda bir qurumla bağlı, onun fəaliyyət və ya fəaliyyətsizliyi ilə bağlı hər hansı məlumatı əldə etmək, dəqiqləşdirmək üçün günlərlə sözün əsil mənasında müharibə gedir. Məlumatlar gizlədilir, uzadılır, təhrif olunur, yalan danışılır və s. Nəticədə dəyən zərbələr, olunan tənqidlər, baş verən narazılıqlar, günahlar həmin müəssisənin, dövlət qurumunun rəhbərinin adına yazılır. Hansı ki, bu belə olmalı deyil. Mətbuat xidmətləri və ya ictimaiyyətlə əlaqələr şöbələri daima məlumat axtarışında olmalıdırlar, onlar problemləri hər kəsdən birinci hiss etməli, görməli, eşitməlidirlər. Çünki bütün böyük problemlər hər zaman ilkin məlumatlardan və kiçik hadisələrdən başlayır.

Onların gündəlik tədbirlər planı hər günün xüsusiyyətlərinə uyğun tərtib olunmalı və bütün fəaliyyətlər ən sürətli formada yerinə yetirilməlidir. Ancaq təəssüflər olsun ki, bəzən elə olur ki, hər hansı hadisəni, faktı onların qarşısına qoymasan qış yuxusundan oyanmaq istəmirlər. Onlar ancaq öyrəşiblər ki, formal, hazır mətnlərlə ictimaiyyəti aldatsınlar. Bir daha qeyd etmək istəyirəm ki, bu hər kəsə şamil edilmir. Doğurdan da öz işinə məsuliyyətlə yanaşan mətbuat xidmətləri və ictimaiyyətlə əlaqələr şöbələrinin əməkdaşları da var.

Odur ki, qeyd olunan neqativ hallar üzrə işinə məsuliyyətsiz yanaşan qurumların mətbuat xidmətlərini və ictimaiyyətlə əlaqələr şöbəsini yuxudan oyatmaq üçün gərək ancaq onları tənqid edəsən, onlarla pisləşəsən, mütləq münasibətləri gərginləşdirəsən və s. Bu da qeyd etdiyim kimi ona gətirib çıxardır ki, sözügedən bəzi mətbuat xidmətləri və ictimaiyyətlə əlaqələr şöbəsi öz fəaliyyətsizliyi ilə çalışdığı qurumun rəhbərliyini ictimaiyyət və media qarşısında çıxılmaz, çətin durumlara salırlar. Özləri isə bəzi hallarda qaçıb gizlənirlər. Düşünürəm ki, bu istiqamətdə ciddi dönüş olmalıdır. Formallıqdan, yalandan uzaqlaşmaq lazımdır. Tənqidlərdən müsbət nəticə çıxartmaq lazımdır. Elə etmək lazımdır ki, nə qurumların rəhbərliyi, nə vətəndaş, nə də media əziyyət çəkməsin. Görülən işlər, aşkar olunan nöqsanlar, yeniliklər və s. haqda ictimaiyyətə doğru, düzgün məlumat vermək lazımdır. Bir sözlə hər bir qurumun mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsi həmin qurumun cəmiyyətə açılan üzüdür, o üzü qara etmək lazım deyil.

Natiq Əlisoy
Yazıçı, şair, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
Dün, 18:32
Gəncədə avtomobil iki piyadanı vurub
Dün, 18:29
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanıldı
Dün, 18:21
Lənkəranda meşədə 2 nəfərin meyiti tapıldı - Biri yeniyetmədir
10-08-2026, 04:44
Sabah 11 marşrut bu dayanacaqlarda saxlamayacaq - Siyahı
10-08-2026, 04:43
Bu yol bağlanır
9-08-2026, 20:35
Gəncədə qəza - “Kamaz” ağaca çırpıldı+Fotolar
8-08-2026, 21:39
Mingəçevir Dövlət Universiteti və Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına start verir
8-08-2026, 08:34
Ağdaş polisi qoyun oğrusunu tutub-VİDEO
8-08-2026, 08:29
“Gürcüstandakı münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik”
7-08-2026, 22:14
Ağdaşda 17 yaşlı qıza nişan keçirildi - Valideynləri polisə çağırıldı
7-08-2026, 15:28
Media və Yayım Şurası yaradıldı - Fərman
6-08-2026, 05:53
Sulutəpədə avtoservisdə yanğın baş verib Hadisə
6-08-2026, 05:50
Bakıda məşhur ticarət mərkəzində faciə
6-08-2026, 05:46
Canlı yayımda söyüş söyən daha bir tiktoker həbs edildi
6-08-2026, 05:43
Alkoqoldan imtina etdikdə beyində nə baş verir? — Araşdırmaların nəticələri
6-08-2026, 05:39
Təyyarədə baqaj yükü itən sərnişin nə etməlidir? — AÇIQLAMA
6-08-2026, 05:35
Restoranın qarşısında kütləvi dava - Bir nəfər öldü, üçü yaralandı
5-08-2026, 22:30
Bakıda məscid yanır
5-08-2026, 22:21
Gürcüstan yenidən qaranlığa qərq oldu
5-08-2026, 22:18
Tbilisi-Bakı qatarı yenə gecikdi - İşıq əngəl oldu
4-08-2026, 13:44
Mingəçevirdə bir nəfər şəxs atdan yıxılaraq xəsarət alıb
3-08-2026, 23:21
Mingəçevirdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbir keçirilib-VİDEO
3-08-2026, 22:49
Yevlaxda sürücü xəsarət aldı,bir neçə gün sonra dünyasını dəyişdi-VİDEO
3-08-2026, 14:35
Ombudsman Aparatının nümayəndələri hərbi hissədə olublar
3-08-2026, 14:29
Azərbaycan–Gürcüstan dəmir yolu daşımalarında sərhəd keçidi iki dəfə sürətləndirilir
3-08-2026, 13:01
Məkanlardan oğurluq edən 6 nəfər saxlanıldı – minlərlə manatlıq əmlak talanıb
3-08-2026, 12:50
“Vətəndaşlardan hər hansı hesaba pul köçürülməsi tələb olunmur” - Rəsmi