YAP Yevlax rayon təşkilatı bu kəndlərdə seçicilərlə görüş keçirdi

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin Yevlax rayonu, Xaldan bələdiyyəsi üzrə Xaldan, Quşçu, Yuxarı Salamabad kəndlərinin və Qaraməmmədli bələdiyyəsi üzrə Qaraməmmədli və Rüstəmli kəndlərinin ərazisində yaşayan seçicilərlə görüşü keçirilib. Bu barədə YAP Yevlax rayon təşkilatı paylaşım edib.
Görüşlərdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşlərdə çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev qeyd edib ki, Yeni Azərbaycan Partiyası digər seçkilərdə olduğu kimi, bələdiyyə seçkilərində də fəal iştirakı ilə fərqlənib. Bu dəfəki seçkilərin də favoriti YAP-dır.
Seçki qərargahının üzvləri Bayram Yusifov, Tofiq Həsənov və bələdiyyə üzvlüyünə namizədlər Röyal Cəfərov, Telli Məmmədova, Suca Əliyeva, Əhliman Quliyev, İkram Məmmədov, Dünyamin Göygözov, Mehri Əlizadə və Xalidə Kərimova vurğulayıblar ki, ölkədəki inkişaf, dünyada baş verən hadisələr, demokratik dəyişikliklər bələdiyyələri yeni məqsədlərə, səmərəli fəaliyyətə istiqamətləndirir. Namizədlər, xüsusilə bildiriblər ki, Yeni Azərbaycan Partiyası qələbələr partiyası kimi hər zaman Azərbaycanın hərtərəfli inkişafı naminə misilsiz xidmətlər göstərib.
Görüşlərdə çıxış edən seçicilər ölkəmizdəki xalq-iqtidar birliyinin sarsılmaz olduğunu qeyd edərək keçmişdə olduğu kimi gələcəkdə də güclü Yeni Azərbaycan Partiyasını dəstəkləməyə davam edəcəklərini bildiriblər.
Qeyd edək ki, rayonun Rüstəmli kəndində Vətən müharibəsi şəhidi İldırım Qafqaz oğlu Ağayevin məzarı, həmçinin qəhrəman şəhidimizin ailə üzvləri ziyarət edilib.













Dialoq.az
Dün, 18:32
Gəncədə avtomobil iki piyadanı vurub
Dün, 18:29
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanıldı
Dün, 18:21
Lənkəranda meşədə 2 nəfərin meyiti tapıldı - Biri yeniyetmədir
10-08-2026, 04:44
Sabah 11 marşrut bu dayanacaqlarda saxlamayacaq - Siyahı
10-08-2026, 04:43
Bu yol bağlanır
9-08-2026, 20:35
Gəncədə qəza - “Kamaz” ağaca çırpıldı+Fotolar
8-08-2026, 21:39
Mingəçevir Dövlət Universiteti və Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına start verir
8-08-2026, 08:34
Ağdaş polisi qoyun oğrusunu tutub-VİDEO
8-08-2026, 08:29
“Gürcüstandakı münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik”
7-08-2026, 22:14
Ağdaşda 17 yaşlı qıza nişan keçirildi - Valideynləri polisə çağırıldı
7-08-2026, 15:28
Media və Yayım Şurası yaradıldı - Fərman
6-08-2026, 05:53
Sulutəpədə avtoservisdə yanğın baş verib Hadisə
6-08-2026, 05:50
Bakıda məşhur ticarət mərkəzində faciə
6-08-2026, 05:46
Canlı yayımda söyüş söyən daha bir tiktoker həbs edildi
6-08-2026, 05:43
Alkoqoldan imtina etdikdə beyində nə baş verir? — Araşdırmaların nəticələri
6-08-2026, 05:39
Təyyarədə baqaj yükü itən sərnişin nə etməlidir? — AÇIQLAMA
6-08-2026, 05:35
Restoranın qarşısında kütləvi dava - Bir nəfər öldü, üçü yaralandı
5-08-2026, 22:30
Bakıda məscid yanır
5-08-2026, 22:21
Gürcüstan yenidən qaranlığa qərq oldu
5-08-2026, 22:18
Tbilisi-Bakı qatarı yenə gecikdi - İşıq əngəl oldu
4-08-2026, 13:44
Mingəçevirdə bir nəfər şəxs atdan yıxılaraq xəsarət alıb
3-08-2026, 23:21
Mingəçevirdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbir keçirilib-VİDEO
3-08-2026, 22:49
Yevlaxda sürücü xəsarət aldı,bir neçə gün sonra dünyasını dəyişdi-VİDEO
3-08-2026, 14:35
Ombudsman Aparatının nümayəndələri hərbi hissədə olublar
3-08-2026, 14:29
Azərbaycan–Gürcüstan dəmir yolu daşımalarında sərhəd keçidi iki dəfə sürətləndirilir
3-08-2026, 13:01
Məkanlardan oğurluq edən 6 nəfər saxlanıldı – minlərlə manatlıq əmlak talanıb
3-08-2026, 12:50
“Vətəndaşlardan hər hansı hesaba pul köçürülməsi tələb olunmur” - Rəsmi