Mingəçevirdə bu məktəbdə şagirdlər məktəbə niyə getmək istəmirlər...?
Gündəm / Sosial
Oxunub: 999
14 Ock 2025 | 21:49
Mingəçevirdə bu məktəbdə şagirdlər məktəbə niyə getmək istəmirlər...?
Mingəçevir şəhərindən Eminov Toğrul Əsabəli oğlu saytımızın qaynar xəttinə yazır. Müraciəti olduğu kimi Sizlərə təqdim edirik:

"Salam, mən "44 günlük Vətən müharibəsi" qazisi Eminov Toğrul Əsabəli oğlu Mingəçevir şəhər 19 nömrəli tam orta məktəbdə yaranmış problemi sizlere bildirmek istəyirəm ve bu məlumatı medianızda işıqlandırmağınızı xahiş edirəm. İki aydan çoxdur ki, Mingəçevir şəhər 19 nömrəli tam orta məktəbin nə işıq sistemi var, nə də istilik sistemi. Bunla bağlı valideynlər dəfələrlə müraciət etsələr də sonuç olaraq vəziyyət dəyişməyərək qalır ve uşaqlar siniflərdə soyuq bir yerde oturaraq təhsil alırlar, əgər ona təhsil demek olarsa... O məktəblinin fikri ancaq isinmək, üşüməmək olduqda orada heç bir təhsildən, keçilən dərsdən, nə də başa düşməkdən söz gedə bilmez.
Mən özüm şəxsən Mingəçevir Təhsil Şöbəsinin müdirəsi Sevinc xanıma bu barədə məlumat vermişəm, məsələdən xəbəri olduğunu, ancaq həllinin, aradan qaldırılması barədə bir söz deyə bilmədi. Sadəcə gözləyin dedi və gözlədim, 10 gün keçdi nəticə olmadı.
Daha sonra Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Cavad Cavadovla telfonla danışıb mövzu barəsində yaranan problemi söylədim. Cavad müəllim də yenə məlumatının olduğunu və bu məsələni Elm və Təhsil Nazirliyinə bildirdiyini söylədi. Nəticəni soruşduqda isə Cavad müəllim öz cavabında digər qurum rəhbərləri kimi gözləyin, əlimizdən heç bir şey gəlmir dedi. Səbrləri tükənən valideynlər "Xəzər TV" nümayəndələrinin qarşısına çıxıb problemi televiziya vasitəsiylə də işıqandırdılar.

Ancaq nəticədə işıq bir gün düzəldi sora yenidən köhnə hamam, köhnə tas, necə deyərlər...
Artıq bir çox valideyn öz uşaqlarını məktəbə yola salmırlar, soyuq divarlar arasında xəstələnib sağlamlıqlarına ziyan dəyməkdənsə, uşaqlarının evdə oturmağını məsləhət bilirlər. Sizdən artıq dərəcədə xahiş edirəm bu mövzunu işıqlandırın və aidiyyəti qurumlar öz üzərlərinə düşən öhdəlikləri yerinə yetirsinlər. Əvvəlcədən sizə öz təşəkkürümü bildirirəm".

Sözügedən məsələ ilə bağlı qarşı tərəfin münasibətini dinləməyə və işıqlandırmağa hazırıq.
Dialoq.az
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
Bugün, 04:44
Sabah 11 marşrut bu dayanacaqlarda saxlamayacaq - Siyahı
Bugün, 04:43
Bu yol bağlanır
Dün, 20:35
Gəncədə qəza - “Kamaz” ağaca çırpıldı+Fotolar
8-08-2026, 21:39
Mingəçevir Dövlət Universiteti və Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına start verir
8-08-2026, 08:34
Ağdaş polisi qoyun oğrusunu tutub-VİDEO
8-08-2026, 08:29
“Gürcüstandakı münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik”
7-08-2026, 22:14
Ağdaşda 17 yaşlı qıza nişan keçirildi - Valideynləri polisə çağırıldı
7-08-2026, 15:28
Media və Yayım Şurası yaradıldı - Fərman
6-08-2026, 05:53
Sulutəpədə avtoservisdə yanğın baş verib Hadisə
6-08-2026, 05:50
Bakıda məşhur ticarət mərkəzində faciə
6-08-2026, 05:46
Canlı yayımda söyüş söyən daha bir tiktoker həbs edildi
6-08-2026, 05:43
Alkoqoldan imtina etdikdə beyində nə baş verir? — Araşdırmaların nəticələri
6-08-2026, 05:39
Təyyarədə baqaj yükü itən sərnişin nə etməlidir? — AÇIQLAMA
6-08-2026, 05:35
Restoranın qarşısında kütləvi dava - Bir nəfər öldü, üçü yaralandı
5-08-2026, 22:30
Bakıda məscid yanır
5-08-2026, 22:21
Gürcüstan yenidən qaranlığa qərq oldu
5-08-2026, 22:18
Tbilisi-Bakı qatarı yenə gecikdi - İşıq əngəl oldu
4-08-2026, 13:44
Mingəçevirdə bir nəfər şəxs atdan yıxılaraq xəsarət alıb
3-08-2026, 23:21
Mingəçevirdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbir keçirilib-VİDEO
3-08-2026, 22:49
Yevlaxda sürücü xəsarət aldı,bir neçə gün sonra dünyasını dəyişdi-VİDEO
3-08-2026, 14:35
Ombudsman Aparatının nümayəndələri hərbi hissədə olublar
3-08-2026, 14:29
Azərbaycan–Gürcüstan dəmir yolu daşımalarında sərhəd keçidi iki dəfə sürətləndirilir
3-08-2026, 13:01
Məkanlardan oğurluq edən 6 nəfər saxlanıldı – minlərlə manatlıq əmlak talanıb
3-08-2026, 12:50
“Vətəndaşlardan hər hansı hesaba pul köçürülməsi tələb olunmur” - Rəsmi
3-08-2026, 12:35
Xanəndənin ürəyində 4 damar dəyişdirildi
3-08-2026, 12:31
Prezident açılışda - Fotolar
1-08-2026, 23:37
Mingəçevirdə regional medianın problemləri müzakirə olunub: “Sağlam media üçün regionlara diqqət artırılmalıdır”. -VİDEO