Regionlarda tibb məntəqələrinin yenidən qurulması ilə bağlı müzakirələr

Milli Məclisin Səhiyyə komitəsində “İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları" mövzusunda dinləmə keçirilib. Tədbiri açan komitə sədri Əhliman Əmiraslanov əhaliyə göstərilən tibbi xidmətlərin həm keyfiyyətində, həm də kəmiyyətindəki ciddi yüksəlişdən, həmçinin icbari tibbi sığortanın tətbiqindəki uğurlardan danışıb. Komitə sədri bildirib ki, bu gün müzakirə ediləcək ilkin səhiyyə xidmətinin yaxşılaşdırılması üçün də xeyli işlər görülüb, uğurlar əldə edilib.
Səhiyyə naziri Teymur Musayev müstəqillik illərində Azərbaycanda bütün sahələrdə olduğu kimi, səhiyyə sektorunda da davamlı olaraq islahatların həyata keçirildiyini vurğulayıb.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev çıxışında bildirib ki, icbari tibbi sığortanın tətbiqinin əsas məqsədi insanların tibbi xidmətə əlçatanlığını təmin etmək, əhalinin sağlamlığını yüksəltməkdir. Qeyd olunub ki, ilkin səhiyyə xidməti əhalinin tibbi xidmətlərə əlçatanlığının təşkilində çox böyük rol oynayır. Agentliyin sədri bildirib ki, bizim üçün ən vacib məsələ yaşadığı regiondan asılı olmayaraq əhalimizin bərabər şəkildə tibbi xidmətlərə əlçatanlığının təmin olunmasıdır. İlkin səhiyyə xidmətinin insanların səhiyyə xidmətləri ilə daha keyfiyyətli şəkildə təmin olunmasında böyük əhəmiyyət daşıdığını vurğulayan Zaur Əliyev bu sahədə çalışanların bilik və bacarıqlarının qiymətləndirilməsi, inkişaf etdirilməsi və peşəkarlığının təmin olunması ilə bağlı görülən işlərdən danışıb.
Agentlik sədri ilkin səhiyyə xidmətinin keyfiyyətinin yüksəldilməsinin aktual məsələləri, o cümlədən regionlarda tibb məntəqələrinin yenidən qurulması, onların tibbi heyətlə təmin olunması ilə bağlı fikirlərini bölüşüb.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri İsa Əliyev isə təqdimatında Azərbaycanda tibbi xidmətlərin təhlili ilə bağlı məlumatları diqqətə çatdırıb. O, Azərbaycanda ilkin səhiyyə xidmətində kadr çatışmazlığının aradan qaldırılması, maddi-texniki təminatın yaxşılaşdırılması, regionlarda tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və digər istiqamətlərdə aparılan işlərdən danışıb.
Tədbirdə Agentliyin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova, Milli Məclisin deputatları, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, TƏBİB-in, ali təhsil müəssisələrinin, tibb müəssisələrinin təmsilçiləri və digər şəxslər iştirak ediblər.









Dialoq.az
Dün, 18:32
Gəncədə avtomobil iki piyadanı vurub
Dün, 18:29
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanıldı
Dün, 18:21
Lənkəranda meşədə 2 nəfərin meyiti tapıldı - Biri yeniyetmədir
10-08-2026, 04:44
Sabah 11 marşrut bu dayanacaqlarda saxlamayacaq - Siyahı
10-08-2026, 04:43
Bu yol bağlanır
9-08-2026, 20:35
Gəncədə qəza - “Kamaz” ağaca çırpıldı+Fotolar
8-08-2026, 21:39
Mingəçevir Dövlət Universiteti və Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına start verir
8-08-2026, 08:34
Ağdaş polisi qoyun oğrusunu tutub-VİDEO
8-08-2026, 08:29
“Gürcüstandakı münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik”
7-08-2026, 22:14
Ağdaşda 17 yaşlı qıza nişan keçirildi - Valideynləri polisə çağırıldı
7-08-2026, 15:28
Media və Yayım Şurası yaradıldı - Fərman
6-08-2026, 05:53
Sulutəpədə avtoservisdə yanğın baş verib Hadisə
6-08-2026, 05:50
Bakıda məşhur ticarət mərkəzində faciə
6-08-2026, 05:46
Canlı yayımda söyüş söyən daha bir tiktoker həbs edildi
6-08-2026, 05:43
Alkoqoldan imtina etdikdə beyində nə baş verir? — Araşdırmaların nəticələri
6-08-2026, 05:39
Təyyarədə baqaj yükü itən sərnişin nə etməlidir? — AÇIQLAMA
6-08-2026, 05:35
Restoranın qarşısında kütləvi dava - Bir nəfər öldü, üçü yaralandı
5-08-2026, 22:30
Bakıda məscid yanır
5-08-2026, 22:21
Gürcüstan yenidən qaranlığa qərq oldu
5-08-2026, 22:18
Tbilisi-Bakı qatarı yenə gecikdi - İşıq əngəl oldu
4-08-2026, 13:44
Mingəçevirdə bir nəfər şəxs atdan yıxılaraq xəsarət alıb
3-08-2026, 23:21
Mingəçevirdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbir keçirilib-VİDEO
3-08-2026, 22:49
Yevlaxda sürücü xəsarət aldı,bir neçə gün sonra dünyasını dəyişdi-VİDEO
3-08-2026, 14:35
Ombudsman Aparatının nümayəndələri hərbi hissədə olublar
3-08-2026, 14:29
Azərbaycan–Gürcüstan dəmir yolu daşımalarında sərhəd keçidi iki dəfə sürətləndirilir
3-08-2026, 13:01
Məkanlardan oğurluq edən 6 nəfər saxlanıldı – minlərlə manatlıq əmlak talanıb
3-08-2026, 12:50
“Vətəndaşlardan hər hansı hesaba pul köçürülməsi tələb olunmur” - Rəsmi