Yevlaxda Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
Gündəm / Siyasət
Oxunub: 314
25 Şub 2025 | 15:21
Yevlaxda Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
Yevlax Şəhər İcra Hakimiyyətinin və Mərkəzi Aran Regional Təhsil İdarəsinin Yevlax rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə Şəhər 1 nömrəli tam orta məktəbin akt zalında keçirilən tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, Yevlax rayonu üzrə Təhsil sektorunun nümayəndələri, məktəbin rəhbərliyi və kollektivi iştirak etmişdir.
Azərbaycan Respublikasının dövlət himni səslənmiş, Ulu Öndər Heydər Əliyevin və Xocalı faciəsində, eləcə də torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova bildirdi ki, 1988-ci ildən başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biri Xocalıda baş vermiş soyqırım olmuşdur. Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə eyni səviyyədə durur. 1992-ci ilin fevralın 25-dən 26-a keçən gecə cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin — qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyil.Bu əsl soyqırım idi. Xocalıda öldürülmüş 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qocadır. Faciə zamanı 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir.
Xocalı soyqırımına ilk siyasi qiymət də məhz Ulu Öndərimiz Heydər Əliyev tərəfindən verilmişdir. Dahi Şəxsiyyət Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasından sonra Xocalı hadisəsi barədə dünya ictimaiyyətinə əsl həqiqətləri çatdırılmağa başlamışdır. Belə ki, Milli Məclisin Qərarı ilə 26 fevral "Xocalı soyqırımı və milli matəm günü" elan olunmuş, Ulu Öndər Heydər Əliyev tərəfindən "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" Sərəncam imzalanmışdır.
Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın böyük xidmətləri olmuşdur. Məhz Leyla xanımın təşəbbüsü ilə yaradılmış "Xocalıya ədalət" kampaniyası Xocalıda ermənilərin törətdikləri vəhşilikləri bütün dünyaya olduğu kimi çatdırdı. Bundan sonra bir neçə Avropa və Cənubi Amerika dövlətləri, o cümlədən ABŞ-ın 10-dan çox ştatı Xocalı hadisəsini soyqırım kimi tanıdı. Lakin hələ də əksər dünya dövlətləri bu faciəni soyqırım kimi tanımır. Bu dövlətlər 10 illiklərdir orada fəaliyyət göstərən erməni lobbisinin milyarderlərinin əlində oyuncağa çevriliblər.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrda başlayan və 44 gün davam edən Vətən müharibəsində düşmən sonadək bütün torpaqlarımızdan qovuldu,Qarabağın, xüsusən də xalqımızın ləyaqət və qürur simvolu Şuşanın işğaldan tam azad edildi, uzun illər düyünə düşmüş və region üçün təhlükə mənbəyi olan Dağlıq Qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsi, həm də yaşadığımız bölgədə sülhə və təhlükəsizliyə əvəzsiz töhfədir. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında Şanlı Ordumuz düşmən tapdağında olan torpaqlarımızı azad etdi, ərazi bütövlüyümüz bərpa olundu. Artıq Xocalı sakinləri öz yurd-yuvalarına qayıdırlar.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev fevralın 19-da Xocalıya səfəri zamanı rayonunun Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olmuş, kəndə köçən bir qrup sakinlə görüşündəki çıxışında qeyd etmişdir ki, “Vaxtilə işğal altında olmuş bütün şəhər və kəndlərimizi indi bərpa edirik. Ballıca kəndi 10-cu yaşayış məntəqəsidir ki, işğaldan sonra biz artıq bu kəndi də bərpa etdik. Mənə verilən məlumata görə, artıq 460 keçmiş köçkün burada yerləşib, 137 ev bərpa edilib və əlavə təqribən 60-a yaxın ev də bərpa olunacaq. İndi 460 insan artıq bu kənddə yerləşib, şərait də yaxşıdır.” Möhtərəm Prezidentimizin bütün çıxışlarında qeyd etdiyi kimi bütün işğaldan azad olunan torpaqlarımız, o cümlədən Xocalı da abad olacaq. Bütün sakinlər öz dədə-baba yurdlarına qayıdacaqlar.
Tədbir çərçivəsində Şəhər 1 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında Xocalı faciəsinə həsr olunmuş əbəd-bədii kompozisiya nümayiş etdirilmişdir.
Yevlaxda Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
Yevlaxda Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
Yevlaxda Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
Yevlaxda Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
Yevlaxda Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
Dialoq.az
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
Dün, 04:44
Sabah 11 marşrut bu dayanacaqlarda saxlamayacaq - Siyahı
Dün, 04:43
Bu yol bağlanır
9-08-2026, 20:35
Gəncədə qəza - “Kamaz” ağaca çırpıldı+Fotolar
8-08-2026, 21:39
Mingəçevir Dövlət Universiteti və Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına start verir
8-08-2026, 08:34
Ağdaş polisi qoyun oğrusunu tutub-VİDEO
8-08-2026, 08:29
“Gürcüstandakı münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik”
7-08-2026, 22:14
Ağdaşda 17 yaşlı qıza nişan keçirildi - Valideynləri polisə çağırıldı
7-08-2026, 15:28
Media və Yayım Şurası yaradıldı - Fərman
6-08-2026, 05:53
Sulutəpədə avtoservisdə yanğın baş verib Hadisə
6-08-2026, 05:50
Bakıda məşhur ticarət mərkəzində faciə
6-08-2026, 05:46
Canlı yayımda söyüş söyən daha bir tiktoker həbs edildi
6-08-2026, 05:43
Alkoqoldan imtina etdikdə beyində nə baş verir? — Araşdırmaların nəticələri
6-08-2026, 05:39
Təyyarədə baqaj yükü itən sərnişin nə etməlidir? — AÇIQLAMA
6-08-2026, 05:35
Restoranın qarşısında kütləvi dava - Bir nəfər öldü, üçü yaralandı
5-08-2026, 22:30
Bakıda məscid yanır
5-08-2026, 22:21
Gürcüstan yenidən qaranlığa qərq oldu
5-08-2026, 22:18
Tbilisi-Bakı qatarı yenə gecikdi - İşıq əngəl oldu
4-08-2026, 13:44
Mingəçevirdə bir nəfər şəxs atdan yıxılaraq xəsarət alıb
3-08-2026, 23:21
Mingəçevirdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbir keçirilib-VİDEO
3-08-2026, 22:49
Yevlaxda sürücü xəsarət aldı,bir neçə gün sonra dünyasını dəyişdi-VİDEO
3-08-2026, 14:35
Ombudsman Aparatının nümayəndələri hərbi hissədə olublar
3-08-2026, 14:29
Azərbaycan–Gürcüstan dəmir yolu daşımalarında sərhəd keçidi iki dəfə sürətləndirilir
3-08-2026, 13:01
Məkanlardan oğurluq edən 6 nəfər saxlanıldı – minlərlə manatlıq əmlak talanıb
3-08-2026, 12:50
“Vətəndaşlardan hər hansı hesaba pul köçürülməsi tələb olunmur” - Rəsmi
3-08-2026, 12:35
Xanəndənin ürəyində 4 damar dəyişdirildi
3-08-2026, 12:31
Prezident açılışda - Fotolar
1-08-2026, 23:37
Mingəçevirdə regional medianın problemləri müzakirə olunub: “Sağlam media üçün regionlara diqqət artırılmalıdır”. -VİDEO