Yevlaxda görkəmli elm xadimi Zərifə xanım Əliyevanın əziz xatirəsi anılıb

Yevlax Şəhər İcra Hakimiyyəti və “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir keçirilib. Bu barədə Yevlax Şəhər İcra Hakimiyyəti özünün rəsmi Facebook sosial şəbəkə hesabında paylaşım edib.
Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Milli Məclisin deputatı İlham Məmmədov, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin direktoru Fazil İsmayılov, rayonun hüquq-mühafizə orqanlarının, rayon Ağsaqqalar Şurasının, Qərbi Azərbaycan İcmasının Yevlax rayonu üzrə nümayəndəliyinin, rayonda yerləşən regional idarələrin, təhsil, mədəniyyət, səhiyyə müəssisələrinin rəhbərləri və əməkdaşları iştirak ediblər.
Əvvəlcə Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Akademik Zərifə xanım Əliyevanın, vətənimizin azadlığı və ərazi bütövlüyümüz uğrunda canlarını qurban vermiş şəhidlərimizin ruhları bir dəqiqəlik sükutla yad edilib.
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev tədbirdəki çıxışında müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu - Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin anası Zərifə хanımın gözəl tədqiqatçı, övladlarına qayğıkеş valideyn, zəngin mənəviyyata sahib əsl ziyalı kimi keçdiyi ömür yolunun gənclərimizə parlaq nümunə olduğunu vurğulayıb. Bildirib ki, Zərifə xanım özündə əsl Azərbaycan qadınının ideal obrazını cəmləşdirib. Zərifə xanım Əliyeva peşəkar həkim olmaqla yanaşı, həm də fəal ictimai xadim olub. O, işlədiyi bütün dövrlərdə həkim peşəsini vicdanla yerinə yetirərək oftolmoloq alim kimi həmişə insanların sağlamlığının qayğısına qalmışdır. Şəhər İcra Hakimiyyətinin Başçısı qeyd edib ki, Zərifə xanımın nəcib fəaliyyəti, insanlara göstərdiyi diqqət və qayğı ona qəlblərdə könüllərdə əbədiyaşarlıq qazandırmışdır.
Milli Məclisin deputatı İlham Məmmədov, “Yevlax rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin direktoru Fazil İsmayılov çıxışlarında görkəmli alim, akademik Zərifə xanım Əliyevanın keçdiyi şərəfli ömür yolunun hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbi olduğunu vurğularaq, akademikin Azərbaycan səhiyyəsinə verdiyi töhfələrdən və böyük alimin xalqımız qarşısında əvəzsiz xidmətlərindən geniş danışıblar.
Tədbirin sonunda Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının musiqiçilərinin ifasında musiqi nömrələri səsləndirilib.








Dialoq.az
Dün, 04:44
Sabah 11 marşrut bu dayanacaqlarda saxlamayacaq - Siyahı
Dün, 04:43
Bu yol bağlanır
9-08-2026, 20:35
Gəncədə qəza - “Kamaz” ağaca çırpıldı+Fotolar
8-08-2026, 21:39
Mingəçevir Dövlət Universiteti və Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına start verir
8-08-2026, 08:34
Ağdaş polisi qoyun oğrusunu tutub-VİDEO
8-08-2026, 08:29
“Gürcüstandakı münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik”
7-08-2026, 22:14
Ağdaşda 17 yaşlı qıza nişan keçirildi - Valideynləri polisə çağırıldı
7-08-2026, 15:28
Media və Yayım Şurası yaradıldı - Fərman
6-08-2026, 05:53
Sulutəpədə avtoservisdə yanğın baş verib Hadisə
6-08-2026, 05:50
Bakıda məşhur ticarət mərkəzində faciə
6-08-2026, 05:46
Canlı yayımda söyüş söyən daha bir tiktoker həbs edildi
6-08-2026, 05:43
Alkoqoldan imtina etdikdə beyində nə baş verir? — Araşdırmaların nəticələri
6-08-2026, 05:39
Təyyarədə baqaj yükü itən sərnişin nə etməlidir? — AÇIQLAMA
6-08-2026, 05:35
Restoranın qarşısında kütləvi dava - Bir nəfər öldü, üçü yaralandı
5-08-2026, 22:30
Bakıda məscid yanır
5-08-2026, 22:21
Gürcüstan yenidən qaranlığa qərq oldu
5-08-2026, 22:18
Tbilisi-Bakı qatarı yenə gecikdi - İşıq əngəl oldu
4-08-2026, 13:44
Mingəçevirdə bir nəfər şəxs atdan yıxılaraq xəsarət alıb
3-08-2026, 23:21
Mingəçevirdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbir keçirilib-VİDEO
3-08-2026, 22:49
Yevlaxda sürücü xəsarət aldı,bir neçə gün sonra dünyasını dəyişdi-VİDEO
3-08-2026, 14:35
Ombudsman Aparatının nümayəndələri hərbi hissədə olublar
3-08-2026, 14:29
Azərbaycan–Gürcüstan dəmir yolu daşımalarında sərhəd keçidi iki dəfə sürətləndirilir
3-08-2026, 13:01
Məkanlardan oğurluq edən 6 nəfər saxlanıldı – minlərlə manatlıq əmlak talanıb
3-08-2026, 12:50
“Vətəndaşlardan hər hansı hesaba pul köçürülməsi tələb olunmur” - Rəsmi
3-08-2026, 12:35
Xanəndənin ürəyində 4 damar dəyişdirildi
3-08-2026, 12:31
Prezident açılışda - Fotolar
1-08-2026, 23:37
Mingəçevirdə regional medianın problemləri müzakirə olunub: “Sağlam media üçün regionlara diqqət artırılmalıdır”. -VİDEO