Yevlaxda “Heydər Əliyev: Böyük Azərbaycanlı” adlı mövzuda konfrans keçirilib
Gündəm / Siyasət
Oxunub: 429
28 Nis 2025 | 15:16
Yevlaxda “Heydər Əliyev: Böyük Azərbaycanlı” adlı mövzuda konfrans keçirilib
YAP Yevlax rayon təşkilatının inzibati binasında YAP Yevlax rayon təşkilatının və Qarabağ Suvarma Kanalı İstismarı İdarəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev: Böyük Azərbaycanlı” adlı mövzuda konfrans keçirilib.
Konfransda YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Qarabağ Suvarma Kanalı İstismarı İdarəsinin rəisi Ariz Mikayılov, rayon təşkilatı Aparatının əməkdaşları, meliorasiya sahəsində çalışan əməkdaşlar və gənclər iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə tədbir açıq elan olunub.
Əvvəlcə müasir müstəqil Azərbaycan Respublikasının və Yeni Azərbaycan Partiyasının qurucusu Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ulu Öndər Heydər Əliyevin müdrik siyasi fəaliyyətindən və mənalı ömür yolundan bəhs edən videoçarx nümayiş etdirilib.
Giriş nitqi ilə çıxış edən yerli təşkilatın sədri Rafiq Əliyev vurğulayıb ki, xalqımızın dahi şəxsiyəti, bütün türk dünyasının fəxri Heydər Əliyev ölkəmizin xilaskarı olan böyük azərbaycanlıdır. Ümummilli Lider Heydər Əliyev 40 ili əhatə edən bir dövrdə Azərbaycan uğrunda öz əməli fəaliyyəti ilə, düzgün və məqsədyönlü şəkildə mübarizə və mücadilə aparmışdır. Bu gün sərbəst yaşaya bildiyimiz məmləkətimizin – müstəqil Azərbaycanın təməl daşı məhz dahi Heydər Əliyevin ideya müəllifliyi və birbaşa başçılığı ilə qoyulmuşdur.
Qeyd edilib ki, bu gün Azərbaycana Ulu Öndərimiz Heydər Əliyev yolunun layiqli davamçısı Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev başçılıq edir. Bu gün Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Azərbaycan böyük inkişaf yolu keçir və firavan gələcəyə doğru uğurla addımlayır.

Konfransda çıxış edən Qarabağ Suvarma Kanalı İstismarı İdarəsinin rəisi Ariz Mikayılov bildirib ki, tarix göstərir ki, hər bir xalqın vahid məqsədlər uğrunda birləşməsi üçün zəruri olan milli ideologiya böyük siyasi liderlərin dövlətçilik konsepsiyasında reallaşır. Azərbaycan xalqı ilə bağlı bu şərəfli missiyanı məhz ümummilli lider Heydər Əliyev həyata keçirmişdir. Ulu öndər Heydər Əliyev həyatının bütün dövrlərində, xüsusilə geniş səlahiyyətlər sahibi olduğu vaxtlarda tarixi ənənə və soykökünün təməl prinsipləri üzərində milli ideologiyanın formalaşması və möhkəmlənməsi naminə müstəsna xidmətlər göstərmiş, milli şüurun düzgün məcrada inkişafına nail olmuş, xalqa məxsus adət-ənənə və dəyərlər sistemini qloballaşmanın sərt təsirlərindən qorumağı bacarmış, azərbaycançılığı milli ideologiyaya çevirməyə nail olmuşdur. Qədirbilən xalqımız dahi Liderin əziz xatirəsini daim ehtiramla yad edir, bu güclü və müstəqil Azərbaycan üçün milli Liderə minnətdarlıq hissini çatdırır.
Sonda Yeni Azərbaycan Partiyasının ictimai-siyasi həyatındakı səmərəli fəaliyyətinə görə bir qrup partiya fəalı YAP Yevlax rayon təşkilatının fəxri fərmanları ilə təltif olunub, həmçinin partiya sıralarına yeni qoşulan üzvlərə partiya vəsiqələri təqdim edilib.

Dialoq.az
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
Dün, 18:32
Gəncədə avtomobil iki piyadanı vurub
Dün, 18:29
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanıldı
Dün, 18:21
Lənkəranda meşədə 2 nəfərin meyiti tapıldı - Biri yeniyetmədir
10-08-2026, 04:44
Sabah 11 marşrut bu dayanacaqlarda saxlamayacaq - Siyahı
10-08-2026, 04:43
Bu yol bağlanır
9-08-2026, 20:35
Gəncədə qəza - “Kamaz” ağaca çırpıldı+Fotolar
8-08-2026, 21:39
Mingəçevir Dövlət Universiteti və Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına start verir
8-08-2026, 08:34
Ağdaş polisi qoyun oğrusunu tutub-VİDEO
8-08-2026, 08:29
“Gürcüstandakı münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik”
7-08-2026, 22:14
Ağdaşda 17 yaşlı qıza nişan keçirildi - Valideynləri polisə çağırıldı
7-08-2026, 15:28
Media və Yayım Şurası yaradıldı - Fərman
6-08-2026, 05:53
Sulutəpədə avtoservisdə yanğın baş verib Hadisə
6-08-2026, 05:50
Bakıda məşhur ticarət mərkəzində faciə
6-08-2026, 05:46
Canlı yayımda söyüş söyən daha bir tiktoker həbs edildi
6-08-2026, 05:43
Alkoqoldan imtina etdikdə beyində nə baş verir? — Araşdırmaların nəticələri
6-08-2026, 05:39
Təyyarədə baqaj yükü itən sərnişin nə etməlidir? — AÇIQLAMA
6-08-2026, 05:35
Restoranın qarşısında kütləvi dava - Bir nəfər öldü, üçü yaralandı
5-08-2026, 22:30
Bakıda məscid yanır
5-08-2026, 22:21
Gürcüstan yenidən qaranlığa qərq oldu
5-08-2026, 22:18
Tbilisi-Bakı qatarı yenə gecikdi - İşıq əngəl oldu
4-08-2026, 13:44
Mingəçevirdə bir nəfər şəxs atdan yıxılaraq xəsarət alıb
3-08-2026, 23:21
Mingəçevirdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbir keçirilib-VİDEO
3-08-2026, 22:49
Yevlaxda sürücü xəsarət aldı,bir neçə gün sonra dünyasını dəyişdi-VİDEO
3-08-2026, 14:35
Ombudsman Aparatının nümayəndələri hərbi hissədə olublar
3-08-2026, 14:29
Azərbaycan–Gürcüstan dəmir yolu daşımalarında sərhəd keçidi iki dəfə sürətləndirilir
3-08-2026, 13:01
Məkanlardan oğurluq edən 6 nəfər saxlanıldı – minlərlə manatlıq əmlak talanıb
3-08-2026, 12:50
“Vətəndaşlardan hər hansı hesaba pul köçürülməsi tələb olunmur” - Rəsmi