Yevlaxda 26 İyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə tədbir keçirilib. FOTOLAR
Gündəm / Siyasət
Oxunub: 431
26 Haz 2025 | 12:49
Yevlaxda 26 İyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə tədbir keçirilib. FOTOLAR
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən rayonda yerləşən Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsində 26 İyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə bayram tədbiri keçirilmişdir.Bayram tədbirində Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər iştirak etmişlər.
Əvvəlcə tədbir iştirakçıları Yevlax Şəhidlər Xiyabanında Şəhidlərimizin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyaraq, Şəhidlərimizin müqəddəs ruhlarına ehtiramlarını bildirmişlər.
Şəhər İcra Hakimiyyətinin Başçısı Şəhidlər Xiyabanını ziyarət zamanı şəhid ailələri, müharibə əlilləri və veteranlarla görüşüb, onlarla söhbət edib, qayğıları ilə maraqlanmışdır.
Daha sonar tədbir rayonda yerləşən Dövlət Sərhəd Xidmətinə məxsus “N” saylı hərbi hissədə davam etmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı, Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edildi.
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev çıxış edərək bildirib ki, hər bir dövlətin müstəqilliyinin, suverenliyinin əsas atributlarından biri də onun silahlı qüvvələridir. Azərbaycan ordusunun 1918-ci ildən başlayan keşməkeşli və şərəfli inkişaf yolu hərb tariximizin möhtəşəm səlnaməsidir. Sevindirici haldır ki, zamanın sınağından alnıaçıq, üzüağ çıxan silahlı qüvvələrimiz istənilən hücumdan qorumağa qadir bir qüvvə kimi günümüzün danılmaz reallığına çevrilib.
Azərbaycanda güclü, qüdrətli və yüksək döyüş hazırlığına malik ordu yaradılması Ulu Öndərin adı ilə bağlıdır. Dahi Şəxsiyyətin bu istiqamətdə həyata keçirdiyi siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatı yaxşılaşdırılmış, şəxsi heyətin mənəvi-psixoloji hazırlığına və döyüş ruhunun yüksəldilməsinə diqqət artırılmışdır.Nəticədə qısa müddət ərzində Azərbaycan Ordusu böyük inkişaf yolu keçərək bölgənin ən güclü ordusuna çevrilmişdir.
Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin uğurla davam etdirdiyi ordu qurulucuğu siyasəti nəticəsində ordumuzun döyüş qabiliyyəti artırılmışdır. Hazırda Azərbaycan silahlı qüvvələri Cənubi Qafqazın ən güclü ordusudur. Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Şanlı Qələbə Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə qazanılan Şanlı Qələbə təkcə Azərbaycan tarixində deyil, dünya hərb elminin tarixində də mühüm izlər qoymuşdur. 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər Azərbaycan tarixinin şanlı səhifəsidir.
Tədbirdə həmçinin hərbi hissənin komandiri polkovnik-leytenant Elvin Rzayev, şəhid Emin Kazımovun atası Fərman Kazımov çıxışlarında Silahlı Qüvvələr günü münasibəti ilə təbrik edərək bildirmişlər ki, müasir Azərbaycan Ordusunun qurulması, inkişafı və möhkəmlənməsi Ulu Öndər Heydər Əliyevin yorulmaz fəaliyyətinin, dövlətçilik təfəkkürünün, siyasi uzaqgörənliyinin və təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsidir. Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə qazanılan Şanlı Qələbə təkcə Azərbaycan tarixində deyil, dünya hərb elminin tarixində də mühüm izlər qoyub. Ölkəmizin ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərin ailələrinə, həmçinin müharibə əlilləri və qazilərə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərildiyini diqqətə çatdırıblar. Tədbir iştirakçıları hərbi hissədə əsgərlər üçün yaradılmış şəraitlə tanış oldular.
Xidmətdə fərqlənən hərbi qulluqçuların bir qrupu Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif edilib və onlara qiymətli hədiyələr verilib.
Sonda Yevlax şəhər Mədəniyyət Mərkəzinin kollektivi hərbçilər qarşısında Vətənə, orduya, qələbəyə həsr olunmuş mahnılardan ibarət konsert proqramı ilə çıxış etmişlər.

Dialoq.az
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
Dün, 04:44
Sabah 11 marşrut bu dayanacaqlarda saxlamayacaq - Siyahı
Dün, 04:43
Bu yol bağlanır
9-08-2026, 20:35
Gəncədə qəza - “Kamaz” ağaca çırpıldı+Fotolar
8-08-2026, 21:39
Mingəçevir Dövlət Universiteti və Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına start verir
8-08-2026, 08:34
Ağdaş polisi qoyun oğrusunu tutub-VİDEO
8-08-2026, 08:29
“Gürcüstandakı münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik”
7-08-2026, 22:14
Ağdaşda 17 yaşlı qıza nişan keçirildi - Valideynləri polisə çağırıldı
7-08-2026, 15:28
Media və Yayım Şurası yaradıldı - Fərman
6-08-2026, 05:53
Sulutəpədə avtoservisdə yanğın baş verib Hadisə
6-08-2026, 05:50
Bakıda məşhur ticarət mərkəzində faciə
6-08-2026, 05:46
Canlı yayımda söyüş söyən daha bir tiktoker həbs edildi
6-08-2026, 05:43
Alkoqoldan imtina etdikdə beyində nə baş verir? — Araşdırmaların nəticələri
6-08-2026, 05:39
Təyyarədə baqaj yükü itən sərnişin nə etməlidir? — AÇIQLAMA
6-08-2026, 05:35
Restoranın qarşısında kütləvi dava - Bir nəfər öldü, üçü yaralandı
5-08-2026, 22:30
Bakıda məscid yanır
5-08-2026, 22:21
Gürcüstan yenidən qaranlığa qərq oldu
5-08-2026, 22:18
Tbilisi-Bakı qatarı yenə gecikdi - İşıq əngəl oldu
4-08-2026, 13:44
Mingəçevirdə bir nəfər şəxs atdan yıxılaraq xəsarət alıb
3-08-2026, 23:21
Mingəçevirdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbir keçirilib-VİDEO
3-08-2026, 22:49
Yevlaxda sürücü xəsarət aldı,bir neçə gün sonra dünyasını dəyişdi-VİDEO
3-08-2026, 14:35
Ombudsman Aparatının nümayəndələri hərbi hissədə olublar
3-08-2026, 14:29
Azərbaycan–Gürcüstan dəmir yolu daşımalarında sərhəd keçidi iki dəfə sürətləndirilir
3-08-2026, 13:01
Məkanlardan oğurluq edən 6 nəfər saxlanıldı – minlərlə manatlıq əmlak talanıb
3-08-2026, 12:50
“Vətəndaşlardan hər hansı hesaba pul köçürülməsi tələb olunmur” - Rəsmi
3-08-2026, 12:35
Xanəndənin ürəyində 4 damar dəyişdirildi
3-08-2026, 12:31
Prezident açılışda - Fotolar
1-08-2026, 23:37
Mingəçevirdə regional medianın problemləri müzakirə olunub: “Sağlam media üçün regionlara diqqət artırılmalıdır”. -VİDEO