Direktor 70-ci maddə ilə çıxarılmışdı - Məhkəmə işə bərpa etdi

Şərur rayonunun Muğancıq Mehrab kənd məktəbinə yenidən direktor təyin olunan Sinduz Cəfərovanın bütün müəllim kollektivini hüquq-mühafizə orqanlarına şikayət etdiyi deyilir.
"Dialoq.az"“Qafqazinfo”ya istinadən xəbər verir ki, iddialarına görə, buna səbəb müəllimlərin onu kütləvi şəkildə boykot etməsi və narazılığı mətbuatda ictimailəşdirmələridir. Onlar deyir ki, Sinduz Cəfərova iki il əvvəl eyni məktəbdə direktor işləyərkən rüşvət və korrupsiya ittihamları ilə işdən çıxarılıb. Buna baxmayaraq, 24 noyabrda yenidən vəzifəyə qaytarılıb.
Müəllimlərin sözlərinə görə, narazılıqlarını ictimailəşdirəndən sonra həm yerli nazirlik, həm də rayon Təhsil Şöbəsi tərəfindən təzyiqlər olub: “Bizi maddə ilə işdən çıxarmaqla, şiddətli töhmət verməklə hədələyirlər. Bu təzyiqlər şəxsən nazirin göstərişidir. Biz Sinduz Cəfərova ilə işləmişik, onu yaxşı tanıyırıq. Biz rüşvətxor, müəllim, şagird və valideynləri hər addımda aşağılayan və təhqir edən şəxsin yenidən bizə rəhbərlik etməsini istəmirik”.
Müəllimlər Təhsil Nazirliyinə müraciət edərək, etirazlarının nəzərə alınmasını tələb ediblər.
Məsələ ilə bağlı Naxçıvan Təhsil Nazirliyindən sorğumuza cavab olaraq bildirildi ki, bəzi informasiya saytlarında və sosial şəbəkə səhifələrində Şərur rayonunun Muğancıq-Mehrab kənd tam orta məktəbi ilə bağlı təhrif edilmiş, dezinformasiya tipli məlumatlar yayılıb: “Şərur rayonu Muğancıq-Mehrab kənd tam orta məktəbində 2023-2024-cü tədris ili üçün məktəb idarəçiliyi sahəsinin yoxlanılması məqsədilə Şərur Rayon Təhsil Şöbəsi tərəfindən monitorinq komissiyası yaradılaraq yoxlama aparılıb, nəticədə Təhsil Şöbəsinin təqdimatı əsasında yol verdiyi ciddi nöqsanlara görə məktəbin direktoru Sinduz Cəfərova 15 mart 2024-cü ildə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq tutduğu vəzifədən azad edilib.
Qeyd olunan qərarla razılaşmayan Sinduz Cəfərova Naxçıvan Şəhər Məhkəməsinə müraciət edib. Naxçıvan Şəhər Məhkəməsi tərəfindən müvafiq əmrin ləğvi, eləcə də Sinduz Cəfərovanın Şərur rayon Muğancıq-Mehrab kənd tam orta məktəbinin direktoru vəzifəsinə bərpası barədə Qətnamə qəbul edilib.
Məhkəmənin Qətnaməsinə əsasən, 24 noyabr 2025-ci ildə Sinduz Cəfərova Muğancıq-Mehrab kənd tam orta məktəbinə direktor vəzifəsinə bərpa edilib. Sinduz Cəfərovanın məktəbə direktor vəzifəsinə bərpa olunmasına etiraz olaraq məktəbin bir qrup müəllimi məktəbdə tədris prosesi zamanı etiraz videosu çəkib. Həmin video bəzi internet kanallarında və sosial şəbəkələrdə paylaşılıb.
Baş vermiş bu neqativ hadisə Təhsil Nazirliyi tərəfindən araşdırılıb. “Təhsilverənlərin etik davranış qaydaları”nı pozaraq tədris müddətində təhsilalanların təhsil hüquqlarını məhdudlaşdırmaqla çəkiliş aparılmasına, o cümlədən məktəb və müəllim nüfuzuna xələl gətirən hərəkətlərinə görə çəkilişi təşkil edən pedaqoji heyət barəsində intizam tənbehi tədbirləri görülüb.
Əlavə olaraq bildiririk ki, Təhsil Nazirliyi tərəfindən Şərur rayon Muğancıq-Mehrab kənd tam orta məktəbində tədrisin təşkili, idarəetmənin qanunvericiliyə uyğun aparılması, əmək intizamı və s. kimi məsələlər xüsusi diqqətdə saxlanılır. Hazırda məktəbdə tədris prosesi təhsil müəssisəsinin Nizamnaməsinə, həmçinin müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil edilir".
Dialoq.az
Dün, 18:32
Gəncədə avtomobil iki piyadanı vurub
Dün, 18:29
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanıldı
Dün, 18:21
Lənkəranda meşədə 2 nəfərin meyiti tapıldı - Biri yeniyetmədir
10-08-2026, 04:44
Sabah 11 marşrut bu dayanacaqlarda saxlamayacaq - Siyahı
10-08-2026, 04:43
Bu yol bağlanır
9-08-2026, 20:35
Gəncədə qəza - “Kamaz” ağaca çırpıldı+Fotolar
8-08-2026, 21:39
Mingəçevir Dövlət Universiteti və Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına start verir
8-08-2026, 08:34
Ağdaş polisi qoyun oğrusunu tutub-VİDEO
8-08-2026, 08:29
“Gürcüstandakı münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik”
7-08-2026, 22:14
Ağdaşda 17 yaşlı qıza nişan keçirildi - Valideynləri polisə çağırıldı
7-08-2026, 15:28
Media və Yayım Şurası yaradıldı - Fərman
6-08-2026, 05:53
Sulutəpədə avtoservisdə yanğın baş verib Hadisə
6-08-2026, 05:50
Bakıda məşhur ticarət mərkəzində faciə
6-08-2026, 05:46
Canlı yayımda söyüş söyən daha bir tiktoker həbs edildi
6-08-2026, 05:43
Alkoqoldan imtina etdikdə beyində nə baş verir? — Araşdırmaların nəticələri
6-08-2026, 05:39
Təyyarədə baqaj yükü itən sərnişin nə etməlidir? — AÇIQLAMA
6-08-2026, 05:35
Restoranın qarşısında kütləvi dava - Bir nəfər öldü, üçü yaralandı
5-08-2026, 22:30
Bakıda məscid yanır
5-08-2026, 22:21
Gürcüstan yenidən qaranlığa qərq oldu
5-08-2026, 22:18
Tbilisi-Bakı qatarı yenə gecikdi - İşıq əngəl oldu
4-08-2026, 13:44
Mingəçevirdə bir nəfər şəxs atdan yıxılaraq xəsarət alıb
3-08-2026, 23:21
Mingəçevirdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbir keçirilib-VİDEO
3-08-2026, 22:49
Yevlaxda sürücü xəsarət aldı,bir neçə gün sonra dünyasını dəyişdi-VİDEO
3-08-2026, 14:35
Ombudsman Aparatının nümayəndələri hərbi hissədə olublar
3-08-2026, 14:29
Azərbaycan–Gürcüstan dəmir yolu daşımalarında sərhəd keçidi iki dəfə sürətləndirilir
3-08-2026, 13:01
Məkanlardan oğurluq edən 6 nəfər saxlanıldı – minlərlə manatlıq əmlak talanıb
3-08-2026, 12:50
“Vətəndaşlardan hər hansı hesaba pul köçürülməsi tələb olunmur” - Rəsmi