Onların sosial müdafiəsi və reabilitasiyası sahələrində ardıcıl işlər aparılır

BMT Baş Assambleyasının Qətnaməsi ilə hər ilin 3 dekabr gününün Beynəlxalq Əlilliyi olan Şəxslər günü kimi qeyd edilməsi ictimaiyyətin diqqətinin əlilliyi olan şəxslərin hüquqlarının qorunmasına yönəltmək məqsədi daşıyır. Azərbaycanda əlilliyi olan şəxslər dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə olunublar.
“Dialoq.az ” xəbər verir ki, Prezident İlham Əliyevin tapşırıqları əsasında əhalinin həssas qruplarının, o cümlədən əlilliyi olan şəxslərin sosial müdafiəsi, reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahələrində mühüm işlər aparılır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslər əlilliyə görə aylıq pensiya və ya sosial müavinətlə, müharibə, hərbi xidmət vəzifələrini yerinə yetirməklə və digər xüsusi səbəblərlə əlaqədar, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) əlilliyi olan şəxslər əlilliyə görə aylıq pensiya və ya aylıq sosial müavinətlə yanaşı, Prezidentin aylıq təqaüdü ilə, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi olan şəxslər və əlilliyi olan uşaqlara qulluq edənlər də Prezidentin aylıq təqaüdü ilə təmin edilirlər.
Bu sosial ödənişlər davamlı olaraq artırılır. 2018-2025-ci illərdə icra olunan 5 sosial islahat paketi nəticəsində minimum pensiyada 3 dəfəyə yaxın, orta aylıq pensiyada 2,6 dəfə, müavinət və təqaüd ödənişlərində 5 dəfə artım baş verib. Şəhid ailələri ilə yanaşı, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər də dövlət tərəfindən mənzillə təmin edilirlər. Ötən dövrdə şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 16 minədək mənzil, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 7800-ə yaxın avtomobil verilib.
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi əlilliyi olan şəxslərin və digər həssas qrupların yaradıcı potensialının inkişaf etdirilməsinə mühüm dəstək verir. 2021-ci ildə açılışı olan bu mərkəzdə, habelə sonralar yaradılan filiallarında ötən dövrdə 850-dən çox benefisiar müxtəlif yaradıcılıq istiqamətləri üzrə təlimlərə cəlb edilib, həmçinin sosial pedaqoji və psixoloji xidmətlərlə təmin olunublar. Heydər Əliyev Fondunun sosial layihələrindən biri kimi ötən dövrdə Naxçıvan, Gəncə və Yevlaxda əlilliyi olan şəxslərin İKT vasitəsilə məlumat əldə etmək və biliklərini artırmaq imkanlarına malik olmaları üçün regional informasiya mərkəzləri də yaradılıb.
Ölkəmizdə əlilliyi olan şəxslərin yüksək texnologiyalı son nəsil protezlərlə təminatı da həyata keçirilir. 2016-cı ilin Aprel döyüşlərində yaralanmış hərbçilərimiz Heydər Əliyev Fondunun layihəsi çərçivəsində qısa zaman ərzində Almaniya, İslandiya, İngiltərənin müasir protez istehsalçıları kimi tanınan şirkətlərinin yüksək texnologiyalı məhsulları ilə təmin olunublar. Möhtəşəm Zəfərimizlə başa çatan Vətən müharibəsindən sonra da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 496 hərbçimizin 619 yüksək texnologiyalı protezlə təminatı həyata keçirilib.
Son illər ölkəmizdə müasir reabilitasiya sistemi qurulmaqla, yeni reabilitasiya mərkəzləri istifadəyə verilib, həmçinin bu sahədə qabaqcıl dünya təcrübəsinə uyğun yeni xidmətlər tətbiq olunur. Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələri növlərinin sayı da dəfələrlə artırılıb. Bu sahədə görülən işlər reabilitasiya xidmətləri göstərilən əlilliyi olan şəxslərin illik sayının 2018-ci ildən ötən dövrdə 10 dəfədən çox, əlilliyi olan şəxslərə təqdim edilən reabilitasiya vasitələrinin illik sayının 3 dəfəyə yaxın artmasına imkan verib.
Dialoq.az
Dün, 04:44
Sabah 11 marşrut bu dayanacaqlarda saxlamayacaq - Siyahı
Dün, 04:43
Bu yol bağlanır
9-08-2026, 20:35
Gəncədə qəza - “Kamaz” ağaca çırpıldı+Fotolar
8-08-2026, 21:39
Mingəçevir Dövlət Universiteti və Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına start verir
8-08-2026, 08:34
Ağdaş polisi qoyun oğrusunu tutub-VİDEO
8-08-2026, 08:29
“Gürcüstandakı münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik”
7-08-2026, 22:14
Ağdaşda 17 yaşlı qıza nişan keçirildi - Valideynləri polisə çağırıldı
7-08-2026, 15:28
Media və Yayım Şurası yaradıldı - Fərman
6-08-2026, 05:53
Sulutəpədə avtoservisdə yanğın baş verib Hadisə
6-08-2026, 05:50
Bakıda məşhur ticarət mərkəzində faciə
6-08-2026, 05:46
Canlı yayımda söyüş söyən daha bir tiktoker həbs edildi
6-08-2026, 05:43
Alkoqoldan imtina etdikdə beyində nə baş verir? — Araşdırmaların nəticələri
6-08-2026, 05:39
Təyyarədə baqaj yükü itən sərnişin nə etməlidir? — AÇIQLAMA
6-08-2026, 05:35
Restoranın qarşısında kütləvi dava - Bir nəfər öldü, üçü yaralandı
5-08-2026, 22:30
Bakıda məscid yanır
5-08-2026, 22:21
Gürcüstan yenidən qaranlığa qərq oldu
5-08-2026, 22:18
Tbilisi-Bakı qatarı yenə gecikdi - İşıq əngəl oldu
4-08-2026, 13:44
Mingəçevirdə bir nəfər şəxs atdan yıxılaraq xəsarət alıb
3-08-2026, 23:21
Mingəçevirdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbir keçirilib-VİDEO
3-08-2026, 22:49
Yevlaxda sürücü xəsarət aldı,bir neçə gün sonra dünyasını dəyişdi-VİDEO
3-08-2026, 14:35
Ombudsman Aparatının nümayəndələri hərbi hissədə olublar
3-08-2026, 14:29
Azərbaycan–Gürcüstan dəmir yolu daşımalarında sərhəd keçidi iki dəfə sürətləndirilir
3-08-2026, 13:01
Məkanlardan oğurluq edən 6 nəfər saxlanıldı – minlərlə manatlıq əmlak talanıb
3-08-2026, 12:50
“Vətəndaşlardan hər hansı hesaba pul köçürülməsi tələb olunmur” - Rəsmi
3-08-2026, 12:35
Xanəndənin ürəyində 4 damar dəyişdirildi
3-08-2026, 12:31
Prezident açılışda - Fotolar
1-08-2026, 23:37
Mingəçevirdə regional medianın problemləri müzakirə olunub: “Sağlam media üçün regionlara diqqət artırılmalıdır”. -VİDEO