“Milli Konstitusiya və suveren Azərbaycan: Heydər Əliyevin yeni nəsil üçün əbədi mirası” kulturoloji layihəyə start verildi
Gündəm
Oxunub: 158
14 Ock 2026 | 23:31
“Milli Konstitusiya və suveren Azərbaycan: Heydər Əliyevin yeni nəsil üçün əbədi mirası” kulturoloji layihəyə start verildi

Azərbaycan Respublikasının Gənclər Fondunun qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilən, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi tərəfindən həyata keçirilən “Milli Konstitusiya və suveren Azərbaycan: Heydər Əliyevin yeni nəsil üçün əbədi mirası”adlı ideoloji-kreativlayihəyə dekabrın 1-dən etibarən start verilib.

Dialoq.az xəbər verir ki,Yeni nəslin kulturoloji neo-maarifləndirilməsi istiqamətində fəaliyyətlərin üç ay müddətində reallaşdırılması barədə mediaya açıqlama verən YYSİB sədri, layihə rəhbəri Aydın Xan Əbilovun bildirdiyinə görə, gənclər, eləcə də geniş ictimaiyyət arasında müstəqil Azərbaycanın Konstitusiyasının müəllifi, Ümummilli Lider Heydər Əliyevin irsinin yeni innovativ formalarda təbliği və tanıtımı aparılması nəzərdə tutulub.
“Milli Konstitusiya və suveren Azərbaycan: Heydər Əliyevin yeni nəsil üçün əbədi mirası” kulturoloji layihəyə start verildi

Təşkilat son 10 ildə Azərbaycanın suverinliyi, müstəqilliyi, siyasi-dövlətçilik atributları, eləcə də Konstitusiya dəyərləri, müstəqilliyi və onun banisi Ümummilli Lider Heydər Əliyev irsi ilə bağlı müxtəlif layihələr həyata keçirib, tədbirlər təşkil edib, sənədli video-film, video-çarxlar çəkib, kitablar çap edib, elektron nəşrlər hazırlayaraq yayımlayıb, İnternetdə vizual-virtual materiallar yayıb, e-aksiyalar keçirib, ictimai-mədəni neo-maarifçilik fəaliyyətlərini reallaşdırıb.

Yeni nəsil üçün Heydər Əliyev irsinə aid innovativ-ideoloji modeli gələcəkdə respublikada yaşayan gənclər, eləcə də 60 milyonluq soydaşlarımıza yönəli innovativ-kreativ, ideoloji düşüncə – təcrübə fəaliyyətlərinin reallaşdırılması planlaşdırılır.

Qlobal İnformasiya Resursu – İnternet, KİV, TV, fərqli sosial şəbəkələr və İKT alətləri, eyni zamanda, xaricdən yönləndirilən ziyanlı ideoloji-mənəvi həmlələrə qarşı dövlət müstəqilliyimizin, suverenliyimizin və Konstitusiyamızın müəllifi – Ümummilli Lider Heydər Əliyevin ölməz siyasi-dövlətçilik irsi, tarixi dəyər kəsb edən Azərbaycançılıq, vətənsevərlik ideyalarını, məhsuldar həyat və tarixi fəaliyyəti bir humanitar-kreativ, ruhi-mənəvi fikir-təsir tendensiyasına çevirməklə, yeni nəslin vətənpərvər ruhda böyüməsinə təkan verilməsi nəzərdə tutulur.

Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq, milli-mədəni düşüncəmizdə Heydər Əliyev irsinə yeni formatlarda qayıdışı dəstək vermək, bu istiqamətdə silsilə tədbirərin həyata keçirilməsinə nail olmaqla, gənc nəsil üçün milli fikir, inanc və dəyər kəsb edən formatlar yaratmaq nəzərdə tutulub. Gənc nəslin ideoloji-mənəvi kumiri hansısa xarici siyasi lider, filosof, yazıçı deyil, məhz həyatını Azərbaycanın müstəqilliyinə, inkişafına, gələcəyinə sərf etmiş Ulu Öndər Heydər Əliyev kimi dahi olmalıdır. Layihənin əsas məqsədi bu istiqamətdə modelin hazırlanması, təşəbbüsün yayılmasını təmin etmək üçün ideya formatlarının yaradılmasına təkan verməkdir.

Prezident İlham Əliyevin məlum sərəncamından irəli gələrək milli-mədəni düşüncəmizdə Heydər Əliyev irsinə yeni formatlarda qayıdışı dəstək vermək, bu istiqamətdə silsilə tədbirərin həyata keçirilməsinə nail olmaqla, gənc nəsilin milli fikir, inanc və dəyər kəsb edən formatlar yaratmaqdır. Milli-mədəni, siyasi-ideoloji düşüncəmizdə Heydər Əliyev siyasi irsinə yeni formada qayıdışı dəstəkləməklə, o istiqamətdə silsilə tədbirlərin həyata keçirilməsi, gənc nəsil üçün innovativ düşüncə, inac, öyrətmə formatlarının, fikir texnologiyalarının fərqli modellərini ortaya qoymaq, yeni kitab, e-nəşrlər, videofilm hazırlamaq, real/virtual formatda “Heydər Əliyev İrsi” – gənclərin innovativ-kreativ, ideoloji-mənəvi, kulturoloji-intellektual real/virtual beyin məhsullarının yaradılması da nəzərdə tutulur.

Milli-mədəni, siyasi-ideoloji düşüncəmizdə Heydər Əliyev siyasi irsinə yeni formada qayıdışı dəstəkləməklə, o istiqamətdə silsilə tədbirlərin həyata keçirilməsi, gənc nəsil üçün milli düşüncə, inam, öyrətmə formatları, fikir texnologiyalarının fərqli modellərini ortaya qoymaq, yeni kitab, e-nəşrlər, videofilm hazırlamaqla,real/virtual formatda “Heydər Əliyev İrsi” – gənclərin innovativ-kreativ, ideoloji-mənəvi, kulturoloji-intellektual real/virtual beyin mərkəzi, resursu yaradılması.

Ulu Öndərin ölməz irsinin tarixi proseslərin məntiqi nəticəsi kimi qabardılacaq, milli-mədəni dəyər qazanmış ictimai-mədəni, sosial-siyasi, humanitar-estetik sərvət olaraq İnternet, yeni media və sosial şəbəkələrdə, elektron və virtual KİV-də, xüsusən də yeni nəsilin gənc nümayəndələri arasında tanıdılacaq. Lənkəranda yerləşən 2 orta məktəbdə “Heydər Əliyev İrsi” – gənclər üçün innovativ-kreativ, ideoloji-mənəvi, kulturoloji-intellektual real/virtual formatlı beyin Mərkəzi, resurs yaradılacaq. Hər iki məktəb üçün müxtəlif mövzulu yeni kitablardan ibarət 100 nüsxəlik mini-kitabxana ilə təmin ediləcək.

Ulu Öndərin dövlətçilik irsinə həsr olunmuş, “Heydər Əliyev dövlətçilik irsi” adlı toplu və onun elektron versiyası nəşr ediləcək, təqdimatı keçiriləcək, yayımlanacaq, kitabxanalara, məktəblərə paylanılacaq. Sosial şəbəkələrdə layihənin və modelin ayrıca səhifə hazırlanacaq, ardıcıl zənginləşdiriləcək. Elektron kitabxanada ayrıca alt-bölüm hazırlanacaq, orada hazırlanacaq e-nəşrlər yayımlanacaq. “Heydər Əliyev dövlətçilik İrsi” mövzusuna həsr olunmuş 6 yeni e-nəşr hazırlanaraq gənc nəslin istifadəsinə veriləcək. İnternetdə və sosial şəbəkələrdə bu rəqəmsal nəşrlərin virtual sərgisi təşkil olunacaq.

İnternet resurslarında – saytlarda, sosial şəbəkələrdə, videoplatformalarda, e-kitabxanada mütəmadi olaraq materiallar yerləşdiriləcək, yayımlanacaq, e-aksiya keçiriləcək.Layihənin əsas hədəf qrupları yeni nəsil nümayəndələri, gənclər, müxtəlif yaşda, cinsdə, fərqli intellektual səviyyədə olan ictimai-sosial aktivistlar, yaradıcı kreativlər olacaq. Gənc nəsil aktivistlər müxtəlif formatlı fəaliyyət növlərinə cəlb oluncaq, layihənin sonunda innovativ hərəkatın vahid üzvləri kimi bir platformada birləşəcəklər.

YYSİB-nin Azərbaycan Respublikasının Gənclər Fondu vasitəsilə həyata keçirdiyi bu yeni kreativ layihəsi də, əvvəllər rallaşdırılanlar kimi, estetik-kulturoloji vasitələrlə ideoloji-mənəvi neo-maarifləndirməni genişləndirəcək, Ulu Öndərin ölməz irsinin gənc nəsillərə çatdırılmasına xidmət edəcək.

Hidayət – Ayxan Əbilli,

YYSİB-nin sədr müavini, İctimaiyyətlə Əlaqələr,

Analitik-İnformasiya Bölümü rəhbəri
Dialoq.az
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
Bugün, 18:32
Gəncədə avtomobil iki piyadanı vurub
Bugün, 18:29
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanıldı
Bugün, 18:21
Lənkəranda meşədə 2 nəfərin meyiti tapıldı - Biri yeniyetmədir
Dün, 04:44
Sabah 11 marşrut bu dayanacaqlarda saxlamayacaq - Siyahı
Dün, 04:43
Bu yol bağlanır
9-08-2026, 20:35
Gəncədə qəza - “Kamaz” ağaca çırpıldı+Fotolar
8-08-2026, 21:39
Mingəçevir Dövlət Universiteti və Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına start verir
8-08-2026, 08:34
Ağdaş polisi qoyun oğrusunu tutub-VİDEO
8-08-2026, 08:29
“Gürcüstandakı münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik”
7-08-2026, 22:14
Ağdaşda 17 yaşlı qıza nişan keçirildi - Valideynləri polisə çağırıldı
7-08-2026, 15:28
Media və Yayım Şurası yaradıldı - Fərman
6-08-2026, 05:53
Sulutəpədə avtoservisdə yanğın baş verib Hadisə
6-08-2026, 05:50
Bakıda məşhur ticarət mərkəzində faciə
6-08-2026, 05:46
Canlı yayımda söyüş söyən daha bir tiktoker həbs edildi
6-08-2026, 05:43
Alkoqoldan imtina etdikdə beyində nə baş verir? — Araşdırmaların nəticələri
6-08-2026, 05:39
Təyyarədə baqaj yükü itən sərnişin nə etməlidir? — AÇIQLAMA
6-08-2026, 05:35
Restoranın qarşısında kütləvi dava - Bir nəfər öldü, üçü yaralandı
5-08-2026, 22:30
Bakıda məscid yanır
5-08-2026, 22:21
Gürcüstan yenidən qaranlığa qərq oldu
5-08-2026, 22:18
Tbilisi-Bakı qatarı yenə gecikdi - İşıq əngəl oldu
4-08-2026, 13:44
Mingəçevirdə bir nəfər şəxs atdan yıxılaraq xəsarət alıb
3-08-2026, 23:21
Mingəçevirdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbir keçirilib-VİDEO
3-08-2026, 22:49
Yevlaxda sürücü xəsarət aldı,bir neçə gün sonra dünyasını dəyişdi-VİDEO
3-08-2026, 14:35
Ombudsman Aparatının nümayəndələri hərbi hissədə olublar
3-08-2026, 14:29
Azərbaycan–Gürcüstan dəmir yolu daşımalarında sərhəd keçidi iki dəfə sürətləndirilir
3-08-2026, 13:01
Məkanlardan oğurluq edən 6 nəfər saxlanıldı – minlərlə manatlıq əmlak talanıb
3-08-2026, 12:50
“Vətəndaşlardan hər hansı hesaba pul köçürülməsi tələb olunmur” - Rəsmi