Naftalanda ötən ilin yekunları müzakirə olundu - Fotolar

Naftalan şəhər Heydər Əliyev Mərkəzində Naftalan şəhərinin 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.
“Dialoq.az ” xəbər verir ki, tədbirdə Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və şəhər təsərrüfatı şöbəsinin müdiri, İcra Hakimiyyəti başçısı səlahiyyətlərini müvəqqəti icra edən Arzu Məmmədov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 3-cü ərazi sektorunun müdiri Vəfadar Bağırov, Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhər icra hakimiyyəti başçısı yanında Şuranın üzvləri, inzibati ərazi dairələri üzrə nümayəndələr və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.
Hesabat iclasını giriş sözü ilə açan Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və şəhər təsərrüfatı şöbəsinin müdiri, İcra Hakimiyyəti başçısı səlahiyyətlərini müvəqqəti icra edən Arzu Məmmədov qeyd edib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırılmış ölkəmizin davamlı inkişafını təmin edən dövlət idarəetmə modeli Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilir.
Respublikamızın bütün bölgələrində olduğu kimi Naftalan şəhəri də Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri, yüksək diqqəti sayəsində son illər daha da inkişaf edib, yeniliklərə imza atıb.
Hazırda şəhərimizdə beynəlxalq standartlara cavab verən, 3-ü beş ulduz səviyyəli olmaqla ümumilikdə 20 hotel və müalicə sağlamlıq mərkəzi fəaliyyət göstərir. Turizm obyektləri gün ərzində 4000-dən çox qonağa xidmət göstərmək imkanına malikdir ki, bu da paytaxt Bakıdan sonra regionlar üzrə qonaqların gecələmə sayına görə ilk yerdir.
2025-ci ildə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının “Kurort Naftalan” sağlamlıq mərkəzi əsaslı təmir olunub, müasir avadanlıqlarla təchiz edilərək istifadəyə verilib. Hotel və müalicə mərkəzlərinin sayının artması əhalinin sosial rifah halının yüksəlməsinə, rəqabət qabiliyyətinin güclənməsinə, qiymətlərin daha münasib olmasına və ən əsası da turist məmnunluğuna xidmət edir.
Hesabat ili ərzində Naftalan şəhərinə 44 mindən çox turist səfər edib ki, bunlardan 18 min nəfəri dünyanın 53 ölkəsindən olan vətəndaşlardır. İlk üçlükdə Rusiya, Özbəkistan və Qazaxıstan respublikalarından olan turistlər yer alır.
Prezident İlham Əliyevin “Sağlamlıq Turizminin inkişafında Naftalan neftinin rolunun artırılması ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı Sərəncam və Sərəncamın icrasının təmin edilməsi məqsədilə “2026-2029-cu illər üçün Naftalan neftinin və ondan hazırlanan preparatların müalicəvi təsirinin beynəlxalq miqyasda tanıdılmasını təmin etmək məqsədilə yeni tibbi araşdırılmalar aparılmasına və sözügedən məhsullardan tibbi məqsədlər üçün daha geniş istifadə olunmasına dair Tədbirlər Proqramı”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 19 dekabr 2025-ci il tarixli Sərəncamı Naftalan ictimaiyyətinə və Naftalan şəhərinə göstərilən yüksək diqqətin əyani təzahürüdür.
Hesabat yığıncağında Naftalan şəhər Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Nicat Ələsgərov, şəhid anası Tünzalə Zöhrabova, Şəhər Ağsaqqallar Şurasının sədri Möhübbət Bədəlov, Naftalan şəhər Heydər Əliyev Mərkəzinin direktoru Faiqə Ağayeva çıxış ediblər.
Daha sonra çıxış edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 3-cü ərazi sektorunun müdiri Vəfadar Bağırov bildirib ki, 2025-ci ildə Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi inkişaf, quruculuq və bərpa sahələrində mühüm nailiyyətlər əldə edilib. O, qələbədən sonra icra olunan “Böyük Qayıdış” proqramı, sosial rifahın yüksəldilməsi və regionların tarazlı inkişafının dövlət siyasətinin əsas prioritetlərini təşkil etdiyini, bu uğurlar fonunda Naftalan şəhərində də sosial-iqtisadi göstəricilərin yüksəldiyini, əhalinin rifahı və məmnunluğunun artdığını qeyd edib.
Hesabat yığıncağının yekunlarına dair qərar layihəsi ŞİH başçısı Aparatının məsul əməkdaşı tərəfindən oxunaraq tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Sonda yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət oxunub.

.

.

.

.

.

.

.

Dialoq.az
Dün, 18:32
Gəncədə avtomobil iki piyadanı vurub
Dün, 18:29
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanıldı
Dün, 18:21
Lənkəranda meşədə 2 nəfərin meyiti tapıldı - Biri yeniyetmədir
10-08-2026, 04:44
Sabah 11 marşrut bu dayanacaqlarda saxlamayacaq - Siyahı
10-08-2026, 04:43
Bu yol bağlanır
9-08-2026, 20:35
Gəncədə qəza - “Kamaz” ağaca çırpıldı+Fotolar
8-08-2026, 21:39
Mingəçevir Dövlət Universiteti və Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına start verir
8-08-2026, 08:34
Ağdaş polisi qoyun oğrusunu tutub-VİDEO
8-08-2026, 08:29
“Gürcüstandakı münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik”
7-08-2026, 22:14
Ağdaşda 17 yaşlı qıza nişan keçirildi - Valideynləri polisə çağırıldı
7-08-2026, 15:28
Media və Yayım Şurası yaradıldı - Fərman
6-08-2026, 05:53
Sulutəpədə avtoservisdə yanğın baş verib Hadisə
6-08-2026, 05:50
Bakıda məşhur ticarət mərkəzində faciə
6-08-2026, 05:46
Canlı yayımda söyüş söyən daha bir tiktoker həbs edildi
6-08-2026, 05:43
Alkoqoldan imtina etdikdə beyində nə baş verir? — Araşdırmaların nəticələri
6-08-2026, 05:39
Təyyarədə baqaj yükü itən sərnişin nə etməlidir? — AÇIQLAMA
6-08-2026, 05:35
Restoranın qarşısında kütləvi dava - Bir nəfər öldü, üçü yaralandı
5-08-2026, 22:30
Bakıda məscid yanır
5-08-2026, 22:21
Gürcüstan yenidən qaranlığa qərq oldu
5-08-2026, 22:18
Tbilisi-Bakı qatarı yenə gecikdi - İşıq əngəl oldu
4-08-2026, 13:44
Mingəçevirdə bir nəfər şəxs atdan yıxılaraq xəsarət alıb
3-08-2026, 23:21
Mingəçevirdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbir keçirilib-VİDEO
3-08-2026, 22:49
Yevlaxda sürücü xəsarət aldı,bir neçə gün sonra dünyasını dəyişdi-VİDEO
3-08-2026, 14:35
Ombudsman Aparatının nümayəndələri hərbi hissədə olublar
3-08-2026, 14:29
Azərbaycan–Gürcüstan dəmir yolu daşımalarında sərhəd keçidi iki dəfə sürətləndirilir
3-08-2026, 13:01
Məkanlardan oğurluq edən 6 nəfər saxlanıldı – minlərlə manatlıq əmlak talanıb
3-08-2026, 12:50
“Vətəndaşlardan hər hansı hesaba pul köçürülməsi tələb olunmur” - Rəsmi