Nazir: "Türkiyə və Azərbaycan poçtu yeni layihələrə imza atacaq" - FOTO
Gündəm
Oxunub: 657
14 Ock 2021 | 15:02

Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ilə Türkiyənin “Poçt və Teleqraf Təşkilatı”nın (PTT) Baş direktoru arasında görüş keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, R. Quluzadə Vətən müharibəsi dövründə göstərilən mənəvi və siyasi dəstəyə görə Türkiyə tərəfinə minnətdarlığını ifadə edib.

“Cənab Prezidentin tapşırığı ilə biz hazırda işğaldan azad olunmuş ərazilərdə infrastrukturun bərpasına başlamışıq”, - deyən nazir artıq Füzuli rayonundan tarixi Şuşa şəhərinə 1-ci dərəcəli yolun çəkilişinə başlanıldığını diqqətə çatdırıb. Ramin Quluzadə bildirib ki, bu layihəyə Türkiyə şirkətləri də cəlb olunub.



Nazir qeyd edib ki, işğaldan azad olunan ərazilərdə innovativ layihələrin həyata keçirilməsi nəzərdə tutulur və bu, ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir. “Smart city” layihələrinin icrası ilə bağlı hazırda tərəfimizdən dünyanın aparıcı şirkətləri ilə danışıqlar aparılır və görüləcək işlər, təbii olaraq, adıçəkilən ərazilərdə poçt sahəsinin də daha müasir tələblərlə inkişafına təkan verəcək”, - deyə nazir əlavə edib.

Daha sonra tərəflər iki ölkə arasında poçt və maliyyə xidmətləri sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən “Azərpoçt” ilə PTT arasında imzalanacaq müqavilələr barədə fikir mübadiləsi aparıb.

Nazir bildirib ki, respublikamızın əlverişli coğrafi mövqeyi və həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan Avrasiya regionunda əsas nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib. Nəticədə ölkələrarası elektron ticarət məhsullarının poçtla daşınması və çatdırılması sahəsində “Azərpoçt” MMC üçün də geniş imkanlar yaranıb.

“Məhz bu imkanlar çərçivəsində artıq 5 ildir Azərbaycan Poçtu elektron ticarət məhsullarının emalı və daşınmasına yönəlmiş regional tranzit poçt mərkəzi-HUB layihəsini həyata keçirir. Elektron ticarət məhsullarının “Azərpoçt”un Çindəki tərəfdaşlarından qəbul edilərək Bakıya – Heydər Əliyev Beynəlxalq Aeroportunun Logistika Mərkəzinə çatdırılması və burada “Azərpoçt” tərəfindən beynəlxalq poçt kimi emal olunaraq müvafiq təyinat ölkəsinə göndərilməsi təşkil olunur. Bu layihənin icrası zamanı Türkiyə Poçtu “Azərpoçt”un əsas tərəfdaşlarından biri olub”, - deyə R. Quluzadə qeyd edib.

Nazir iki ölkə arasında elektron poçt, ticarət və pulköçürmələri sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib. Qurumların bu

gün imzalayacaqları sənədlər iki ölkə arasında daşınan poçt həcminin, mübadilə olunan pulköçürmələrinin artırılmasına şərait yaradacaq, eləcə də beynəlxalq e-ticarətin inkişafına töhfə verəcək.

Nazir: "Türkiyə və Azərbaycan poçtu yeni layihələrə imza atacaq" - FOTO

1 / 4
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
Bugün, 04:44
Sabah 11 marşrut bu dayanacaqlarda saxlamayacaq - Siyahı
Bugün, 04:43
Bu yol bağlanır
Dün, 20:35
Gəncədə qəza - “Kamaz” ağaca çırpıldı+Fotolar
8-08-2026, 21:39
Mingəçevir Dövlət Universiteti və Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına start verir
8-08-2026, 08:34
Ağdaş polisi qoyun oğrusunu tutub-VİDEO
8-08-2026, 08:29
“Gürcüstandakı münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik”
7-08-2026, 22:14
Ağdaşda 17 yaşlı qıza nişan keçirildi - Valideynləri polisə çağırıldı
7-08-2026, 15:28
Media və Yayım Şurası yaradıldı - Fərman
6-08-2026, 05:53
Sulutəpədə avtoservisdə yanğın baş verib Hadisə
6-08-2026, 05:50
Bakıda məşhur ticarət mərkəzində faciə
6-08-2026, 05:46
Canlı yayımda söyüş söyən daha bir tiktoker həbs edildi
6-08-2026, 05:43
Alkoqoldan imtina etdikdə beyində nə baş verir? — Araşdırmaların nəticələri
6-08-2026, 05:39
Təyyarədə baqaj yükü itən sərnişin nə etməlidir? — AÇIQLAMA
6-08-2026, 05:35
Restoranın qarşısında kütləvi dava - Bir nəfər öldü, üçü yaralandı
5-08-2026, 22:30
Bakıda məscid yanır
5-08-2026, 22:21
Gürcüstan yenidən qaranlığa qərq oldu
5-08-2026, 22:18
Tbilisi-Bakı qatarı yenə gecikdi - İşıq əngəl oldu
4-08-2026, 13:44
Mingəçevirdə bir nəfər şəxs atdan yıxılaraq xəsarət alıb
3-08-2026, 23:21
Mingəçevirdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbir keçirilib-VİDEO
3-08-2026, 22:49
Yevlaxda sürücü xəsarət aldı,bir neçə gün sonra dünyasını dəyişdi-VİDEO
3-08-2026, 14:35
Ombudsman Aparatının nümayəndələri hərbi hissədə olublar
3-08-2026, 14:29
Azərbaycan–Gürcüstan dəmir yolu daşımalarında sərhəd keçidi iki dəfə sürətləndirilir
3-08-2026, 13:01
Məkanlardan oğurluq edən 6 nəfər saxlanıldı – minlərlə manatlıq əmlak talanıb
3-08-2026, 12:50
“Vətəndaşlardan hər hansı hesaba pul köçürülməsi tələb olunmur” - Rəsmi
3-08-2026, 12:35
Xanəndənin ürəyində 4 damar dəyişdirildi
3-08-2026, 12:31
Prezident açılışda - Fotolar
1-08-2026, 23:37
Mingəçevirdə regional medianın problemləri müzakirə olunub: “Sağlam media üçün regionlara diqqət artırılmalıdır”. -VİDEO