Mətbuat Şurasında Əməkdar jurnalist Rəhim Hüseynzadənin 75 illik yubileyi qeyd edilib
Gündəm / Siyasət
Oxunub: 86
3 Mrt 2026 | 16:59
Mətbuat Şurasında Əməkdar jurnalist Rəhim Hüseynzadənin 75 illik yubileyi qeyd edilib
Bu gün Azərbaycan Mətbuat Şurasında Əməkdar jurnalist Rəhim Hüseynzadənin 75 illik yubileyi münasibəti ilə toplantı keçirilib.
Tədbiri giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid bildirib ki, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin məzunu olmuş yubilyar hər zaman peşəsinə yüksək sədaqətlə xidmət edib.

R.Hüseynzadənin BDU-nun Jurnalisttika fakültəsindən sonra Bakı Ali Partiya Məktəbini (Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) də bitirdiyini deyən MŞ sədri onu da bildirib ki, əmək fəalliyyətinə 1973-cü ildə yeni yaradılmış Neftçala rayonundakı “Oktyabr bayrağı” qəzetinin (sonralar “Gündoğar” qəzeti) məktublar şöbəsinin müdiri kimi başlamış qələm sahibi bu mətbu orqanın ilk sayının işıq üzü görməsində iştirak edib. Nəşrin cəmi iki il sonra SSRİ Jurnalistlər İttifaqının üçüncü mükafatına layiq görülməsi də məhz onun rəhbərlik etdiyi şöbənin fəaliyyətinə görə olub.

R.Məcid, eyni zamanda, bildirib ki, R.Hüseynzadə Salyan rayonunun “Qələbə” qəzetinin məktublar şöbəsinin müdiri vəzifəsində 15 il fəaliyyət göstərib. 1992-1995-ci illərdə həmin rayonun İcra Hakimiyyəti başçısının köməkçisi vəzifəsində çalışıb. 1995-ci ildə yenidən “Qələbə” qəzetinə eyni vəzifəyə qayıdıb. 1997-2004-cü illərdə isə “Vaxt” qəzetinin şöbə müdiri, “Hürriyyət” qəzetinin bölgə müxbiri, regional “Qırxçıraq” qəzetinin baş redaktoru olub.
Qeyd edək ki, R.Hüseynzadə 2004-cü ilin mayından Azərbaycan Mətbuat Şurasında çalışmağa başlayıb. Həmin il iyunundan 2017-ci ilədək Şuranın icraçı katibi vəzifəsini tutub. 2008-ci ildə Zərdabi Mətbuat Mərkəzinin sədri seçilib, qurumun media peşəkarlığının artırılmasına yönələn layihələrində yüksək təşəbbüskarlıq göstərib. Yubilyar yaradıcılıq sahəsindəki xidmətlərinə görə “Qızıl qələm” mükafatına, 20-dən artıq diplom və fəxri fərmana, Azərbaycan Respublikası Prezidentinin 21 iyul 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycanın əməkdar jurnalisti fəxri adına layiq görülüb. R.Hüseynzadə, həmçinin, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsis edilmiş “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub. R.Məcid çıxışının sonunda yubiley medalını və Mətbuat Şurasının diplomunu R.Hüseynzadəyə təqdim edib.

MŞ İdarə Heyətinin üzvü, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov diqqəti özünün Şura sədri, R.Hüseynzadənin qurumun icraçı katibi olduğu dövrə çəkib. O bildirib ki, yubilyar daha əvvəl müasir müstəqillik illərində ilk dəfə 2003-cü il martın 15-də keçirilmiş Azərbaycan jurnalistlərinin I qurultayına hazırlıq işlərində fəallıq göstərib, 2004-cü ildə MŞ-yə işə dəvət edilib. Ə.Amaşov bildirib ki, 13 il Şuranın icraçı katibi vəzifəsində fəaliyyət göstərmiş R.Hüseynzadə qurumun formalaşmasına, o cümlədən ayrı-ayrı təşkilati sənədlərinin hazırlanmasına, ümumən, cəmiyyətdə medianın özünütənzimləməsini həyata keçirən vahid struktur olaraq tanınmasına böyük əmək sərf edib. Ə.Amaşov çıxışında R.Hüseynzadəni məsuliyyətli, tutduğu yola sadiq dost və həmkar kimi xarakterizə edən cəhətlərdən, habelə onun həssas insani keyfiyyətlərindən söz açıb, xatirələrini bölüşüb.
Tədbirdə çıxış edənlərdən veteran jurnalistlər və tələbə yoldaşları Akif Cabbarov, Əli Şamil və İsrafil Qurbanov, “İki sahil” qəzeti baş redaktorunun birinci müavini İsmayıl Hacıyev, həmçinin, “Bizimyol.info” saytının baş redaktoru Bahəddin Həzi, “Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Sarvan İbrahimov, MŞ-nin Ahıl Jurnalistlər Məclisinin sədri, “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu, “Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev və başqaları yubilyar qələm sahibinin MŞ-nin formalaşmasına və cəmiyyətdə yer tutmasına yönələn xidmətlərini yüksək qiymətləndiriblər. Onlar, eyni zamanda, R.Hüseynzadənin səmimi insan kimi səciyyələndirən müxtəlif məqamlardan söz açıb, arzu və diləklərini çatdırıblar. Övladı, Tarix İnstitutunun əməkdaşı Nurənə Huşiməndi toplantı iştirakçılarının təbriklərinə qoşularaq, veteren jurnalistin qayğıkeş ata obrazını canlandırıb.
Sonda çıxış edən R.Hüseynzadə əməyinə, keçdiyi ömür yoluna verilən yüksək dəyərə, qədirbilənliklə söylənilən xoş sözlərə görə toplantı iştirakçılarına təşəkürünü bildirib.
Mətbuat Şurasında Əməkdar jurnalist Rəhim Hüseynzadənin 75 illik yubileyi qeyd edilib
Mətbuat Şurasında Əməkdar jurnalist Rəhim Hüseynzadənin 75 illik yubileyi qeyd edilib
Mətbuat Şurasında Əməkdar jurnalist Rəhim Hüseynzadənin 75 illik yubileyi qeyd edilib
Mətbuat Şurasında Əməkdar jurnalist Rəhim Hüseynzadənin 75 illik yubileyi qeyd edilib
Mətbuat Şurasında Əməkdar jurnalist Rəhim Hüseynzadənin 75 illik yubileyi qeyd edilib
Dialoq.az
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
Bugün, 00:39
Yevlaxda ağır qəzada iki nəfər ölüb, 5 nəfər xəsarət alıb
Dün, 17:48
Ağdaşda intihar hadisəsi baş verib-VİDEO
11-08-2026, 18:32
Gəncədə avtomobil iki piyadanı vurub
11-08-2026, 18:29
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanıldı
11-08-2026, 18:21
Lənkəranda meşədə 2 nəfərin meyiti tapıldı - Biri yeniyetmədir
10-08-2026, 04:44
Sabah 11 marşrut bu dayanacaqlarda saxlamayacaq - Siyahı
10-08-2026, 04:43
Bu yol bağlanır
9-08-2026, 20:35
Gəncədə qəza - “Kamaz” ağaca çırpıldı+Fotolar
8-08-2026, 21:39
Mingəçevir Dövlət Universiteti və Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına start verir
8-08-2026, 08:34
Ağdaş polisi qoyun oğrusunu tutub-VİDEO
8-08-2026, 08:29
“Gürcüstandakı münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik”
7-08-2026, 22:14
Ağdaşda 17 yaşlı qıza nişan keçirildi - Valideynləri polisə çağırıldı
7-08-2026, 15:28
Media və Yayım Şurası yaradıldı - Fərman
6-08-2026, 05:53
Sulutəpədə avtoservisdə yanğın baş verib Hadisə
6-08-2026, 05:50
Bakıda məşhur ticarət mərkəzində faciə
6-08-2026, 05:46
Canlı yayımda söyüş söyən daha bir tiktoker həbs edildi
6-08-2026, 05:43
Alkoqoldan imtina etdikdə beyində nə baş verir? — Araşdırmaların nəticələri
6-08-2026, 05:39
Təyyarədə baqaj yükü itən sərnişin nə etməlidir? — AÇIQLAMA
6-08-2026, 05:35
Restoranın qarşısında kütləvi dava - Bir nəfər öldü, üçü yaralandı
5-08-2026, 22:30
Bakıda məscid yanır
5-08-2026, 22:21
Gürcüstan yenidən qaranlığa qərq oldu
5-08-2026, 22:18
Tbilisi-Bakı qatarı yenə gecikdi - İşıq əngəl oldu
4-08-2026, 13:44
Mingəçevirdə bir nəfər şəxs atdan yıxılaraq xəsarət alıb
3-08-2026, 23:21
Mingəçevirdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbir keçirilib-VİDEO
3-08-2026, 22:49
Yevlaxda sürücü xəsarət aldı,bir neçə gün sonra dünyasını dəyişdi-VİDEO
3-08-2026, 14:35
Ombudsman Aparatının nümayəndələri hərbi hissədə olublar
3-08-2026, 14:29
Azərbaycan–Gürcüstan dəmir yolu daşımalarında sərhəd keçidi iki dəfə sürətləndirilir