Dövlət, media və ictimaiyyət arasında etibarlı körpü necə qurulmalıdır?
Gündəm / Siyasət
Oxunub: 224
3 Mrt 2026 | 23:11
Dövlət, media və ictimaiyyət arasında etibarlı körpü necə qurulmalıdır?
Müasir dövrdə sosial media platformalarının sürətli inkişafı informasiya mübadiləsini asanlaşdırsa da, eyni zamanda ciddi problemlər də yaradıb. İnformasiya bolluğu şəraitində bəzən dəqiqləşdirilməmiş xəbərlər, emosional paylaşımlar və qərəzli yanaşmalar cəmiyyətin informasiya təhlükəsizliyinə mənfi təsir göstərir. Bu isə dövlət qurumları, media subyektləri və ictimaiyyət arasında münasibətlərin arzu olunan səviyyədə formalaşmasına mane olur.

Bunun üçün bu gün xüsusilə regionlarda sağlam və peşəkar media mühitinin qurulması sosial sabitlik və inkişaf üçün mühüm əhəmiyyət daşıyır. Hüquqi baza və yerli icra hakimiyyətlərinin bu işdə rolu regionlarda dövlət–vətəndaş–media münasibətlərinin düzgün formalaşmasında xüsusi önəm daşımalıdır. Bu sahədə əsas sənədlərdən biri Media haqqında Azərbaycan Respublikasının Qanunu, digəri isə İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikasının Qanunudur. Həmin qanunlar informasiya əldə etmək hüququnu, media subyektlərinin məsuliyyətini və dövlət qurumlarının şəffaf fəaliyyət prinsiplərini müəyyən edir. Bundan əlavə, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.14 və 4.14-cü maddələri yerli icra hakimiyyətlərinə ictimaiyyətlə və media ilə işin təşkili istiqamətində konkret vəzifələr müəyyənləşdirir. Bu vəzifələrin icrası formal deyil, sistemli və davamlı xarakter daşımalıdır.

Bunun üçün nə edilməlidir?
1. Regionlarda fəaliyyət göstərən media subyektləri ilə mütəmadi görüşlər, dinləmələr və müzakirələr təşkil olunmalıdır. Bu görüşlər sosial-iqtisadi inkişaf məsələlərinin düzgün təqdimatına, ictimai maraq doğuran problemlərin açıq müzakirəsinə, dövlət qurumlarının operativ və rəsmi məlumat verməsinə, şayiə və dezinformasiyanın qarşısının alınmasına xidmət etməlidir. Belə platformalar qarşılıqlı inamın formalaşmasına real töhfə verə bilər.

2. Sağlam informasiya mühitinin formalaşdırılması, informasiyanın rəsmi mənbələrdən əldə olunması, düzgün şərh edilməsi və ictimaiyyətə obyektiv təqdim edilməsi vacibdir. Media savadlılığının artırılması istiqamətində maarifləndirici seminarlar, hüquqi təlimlər, jurnalist etikasının artırılması məqsədi ilə görüşlər keçirilməlidir.
Bu prosesdə Azərbaycan Mətbuat Şurası ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Mətbuat Şurasının tövsiyələri və etik kodeks prinsipləri regionlarda da tətbiq edilməlidir.

3. İcra Hakimiyyətləri yanında fəaliyyət göstərən İctimai Nəzarət Şurası ilə media subyektləri arasında koordinasiya gücləndirilməlidir.
Şura, media üçün açıq hesabat platforması rolunu oynaya bilər, sosial problemlərin işıqlandırılmasında körpü funksiyası daşıya bilər, dövlət–vətəndaş–media üçbucağında balans yarada bilər.

Odur ki, etibarlı münasibət, güclü cəmiyyət dövlət qurumları, media və ictimaiyyət arasında sağlam münasibətlərin qurulması yalnız formal bəyanatlarla deyil, konkret və ardıcıl addımlarla mümkündür. Qanunvericiliyin tələblərinə uyğun sistemli iş formalaşdırılarsa sosial mühit daha sabit olar, informasiya boşluqları aradan qalxar, ictimai etimad güclənər, rayon və şəhərlərin sosial-iqtisadi inkişafı daha şəffaf və effektiv təqdim edilər.
Sağlam media mühiti – sağlam cəmiyyət deməkdir. Bu istiqamətdə atılan hər bir addım gələcək üçün mühüm investisiyadır.

Natiq Əlisoy
Azərbaycan Yazıçılar və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Dialoq.az
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
Bugün, 00:39
Yevlaxda ağır qəzada iki nəfər ölüb, 5 nəfər xəsarət alıb
Dün, 17:48
Ağdaşda intihar hadisəsi baş verib-VİDEO
11-08-2026, 18:32
Gəncədə avtomobil iki piyadanı vurub
11-08-2026, 18:29
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanıldı
11-08-2026, 18:21
Lənkəranda meşədə 2 nəfərin meyiti tapıldı - Biri yeniyetmədir
10-08-2026, 04:44
Sabah 11 marşrut bu dayanacaqlarda saxlamayacaq - Siyahı
10-08-2026, 04:43
Bu yol bağlanır
9-08-2026, 20:35
Gəncədə qəza - “Kamaz” ağaca çırpıldı+Fotolar
8-08-2026, 21:39
Mingəçevir Dövlət Universiteti və Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına start verir
8-08-2026, 08:34
Ağdaş polisi qoyun oğrusunu tutub-VİDEO
8-08-2026, 08:29
“Gürcüstandakı münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik”
7-08-2026, 22:14
Ağdaşda 17 yaşlı qıza nişan keçirildi - Valideynləri polisə çağırıldı
7-08-2026, 15:28
Media və Yayım Şurası yaradıldı - Fərman
6-08-2026, 05:53
Sulutəpədə avtoservisdə yanğın baş verib Hadisə
6-08-2026, 05:50
Bakıda məşhur ticarət mərkəzində faciə
6-08-2026, 05:46
Canlı yayımda söyüş söyən daha bir tiktoker həbs edildi
6-08-2026, 05:43
Alkoqoldan imtina etdikdə beyində nə baş verir? — Araşdırmaların nəticələri
6-08-2026, 05:39
Təyyarədə baqaj yükü itən sərnişin nə etməlidir? — AÇIQLAMA
6-08-2026, 05:35
Restoranın qarşısında kütləvi dava - Bir nəfər öldü, üçü yaralandı
5-08-2026, 22:30
Bakıda məscid yanır
5-08-2026, 22:21
Gürcüstan yenidən qaranlığa qərq oldu
5-08-2026, 22:18
Tbilisi-Bakı qatarı yenə gecikdi - İşıq əngəl oldu
4-08-2026, 13:44
Mingəçevirdə bir nəfər şəxs atdan yıxılaraq xəsarət alıb
3-08-2026, 23:21
Mingəçevirdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbir keçirilib-VİDEO
3-08-2026, 22:49
Yevlaxda sürücü xəsarət aldı,bir neçə gün sonra dünyasını dəyişdi-VİDEO
3-08-2026, 14:35
Ombudsman Aparatının nümayəndələri hərbi hissədə olublar
3-08-2026, 14:29
Azərbaycan–Gürcüstan dəmir yolu daşımalarında sərhəd keçidi iki dəfə sürətləndirilir