Yevlaxda iftar süfrəsi təşkil olunub. FOTOLAR

Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən müqəddəs Ramazan ayı münasibətilə şəhid ailələri və qazilərin iştirakı ilə iftar süfrəsi təşkil olunub.
Mərasimdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının üzvü, Gəncə İmamzadə Ziyarətgah Kompleksi Dini İcmasının sədri Hacı Tahir Abbasov, Bərdə rayonundakı “Seyid Yusif Ağa” ocağının rəhbəri Hacı Seyid Səbuhi Yusifov, şəhid ailələri, qazilər, müharibə veteranları, hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Mərasimin əvvəlində Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yevlax “Cümə” məscidinin imamı Hacı Eldəniz Əhmədov “Qurani-Kərim”dən ayələr oxuyub və xalqımızın, dövlətimizin firavanlığı, əmin-amanlığı üçün dualar edib.
Mərasimdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev bildirib ki, ölkəmizdə din və dövlət siyasətinin formalaşması və inkişafı Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən müəyyən edilmişdir. Ulu Öndərin əsasını qoyduğu bu prinsiplər Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasətinin təməlini təşkil edir və cəmiyyətin müxtəlif sahələrində öz əksini tapır. Şəhər İcra Hakimiyyətinin Başçısı həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi-bərəkət ayı olan mübarək Ramazan ayında Azərbaycanda və Yevlax rayonunda təşkil olunan iftar süfrələrinin ölkəmizdə tolerantlıq və humanizm ənənələrinin bariz nümunəsi olduğunu qeyd etmişdir.
Şəhər rəhbəri onu da əlavə edib ki, ölkəmizdə tolerantlıq və multikulturalizm ənənələri Azərbaycan cəmiyyətinin əsas dayaqlarından biridir. Bu ənənələr müxtəlif etnik və dini qrupların harmonik şəkildə birgə yaşamasını təmin etmişdir. Azərbaycan müxtəlif mədəniyyət və dinlərdən olan insanların birgə yaşaya bildiyi nadir ölkələrdən biri kimi tanınır. Anar Tağıyev çıxışında vurğulayıb ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsi zamanı qazanılan tarixi Qələbə nəticəsində ədalət bərpa olunub, torpaqlarımız işğaldan azad edilib və şəhidlərimizin qisası alınıb, artıq şəhidlik zirvəsinə ucalan qəhrəman övladlarımızın ruhları şaddır, onların döyüşlərdə göstərdiyi qəhrəmanlıqlar gələcək nəsillər üçün örnəkdir.
Şəhər rəhbəri Möhtərəm Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyeva tərəfindən Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban verən, xalqımıza Qələbə sevinci yaşadan şəhidlərin ailələrinə, sağlamlıqlarını itirmiş qazilərə və müharibə veteranlarına daim xüsusi diqqət və qayğı göstərildiyini,onların sosial və məişət problemlərinin həll olunması məqsədilə müvafiq tədbirlərin həyata keçirildiyini qeyd edib.
İftar mərasimində çıxış edən Bərdə rayonundakı “Seyid Yusif Ağa” ocağının rəhbəri, Seyid Səbuhi Yusifov, Gəncə İmamzadə Ziyarətgah Kompleksinin Dini İcmasının sədri Hacı Tahir Abbasov və Birinci Qarabağ Müharibəsi şəhidinin anası Kübra Ağayeva Ramazan ayının fəzilətlərindən danışaraq, bu ayın insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırdığını vurğulayıblar. Onlar qeyd ediblər ki, Ramazan ayı insanları əmin-amanlıq, qardaşlıq və bərabərlik yoluna dəvət edir.
Daha sonra mərasim iştirakçılar birlikdə oruclarını açaraq Ramazan ayının mənəvi ab-havasını bölüşüblər.
Mərasimin gedişində rayonda dini, mənəvi dəyərlərin təbliği, qorunması və inkişafı sahəsindəki fəaliyyətlərinə görə Yevlax şəhər “Cümə” məscidinin imamı Nəsib Xəlilov və imam müavini Taleh Eyvazov Yevlax Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif olunmuşlar.
İftar mərasiminin iştirakçıları Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

.

.

.

.

.

.

.

.

.

.

.

.

Dialoq.az
Bugün, 18:32
Gəncədə avtomobil iki piyadanı vurub
Bugün, 18:29
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanıldı
Bugün, 18:21
Lənkəranda meşədə 2 nəfərin meyiti tapıldı - Biri yeniyetmədir
Dün, 04:44
Sabah 11 marşrut bu dayanacaqlarda saxlamayacaq - Siyahı
Dün, 04:43
Bu yol bağlanır
9-08-2026, 20:35
Gəncədə qəza - “Kamaz” ağaca çırpıldı+Fotolar
8-08-2026, 21:39
Mingəçevir Dövlət Universiteti və Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına start verir
8-08-2026, 08:34
Ağdaş polisi qoyun oğrusunu tutub-VİDEO
8-08-2026, 08:29
“Gürcüstandakı münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik”
7-08-2026, 22:14
Ağdaşda 17 yaşlı qıza nişan keçirildi - Valideynləri polisə çağırıldı
7-08-2026, 15:28
Media və Yayım Şurası yaradıldı - Fərman
6-08-2026, 05:53
Sulutəpədə avtoservisdə yanğın baş verib Hadisə
6-08-2026, 05:50
Bakıda məşhur ticarət mərkəzində faciə
6-08-2026, 05:46
Canlı yayımda söyüş söyən daha bir tiktoker həbs edildi
6-08-2026, 05:43
Alkoqoldan imtina etdikdə beyində nə baş verir? — Araşdırmaların nəticələri
6-08-2026, 05:39
Təyyarədə baqaj yükü itən sərnişin nə etməlidir? — AÇIQLAMA
6-08-2026, 05:35
Restoranın qarşısında kütləvi dava - Bir nəfər öldü, üçü yaralandı
5-08-2026, 22:30
Bakıda məscid yanır
5-08-2026, 22:21
Gürcüstan yenidən qaranlığa qərq oldu
5-08-2026, 22:18
Tbilisi-Bakı qatarı yenə gecikdi - İşıq əngəl oldu
4-08-2026, 13:44
Mingəçevirdə bir nəfər şəxs atdan yıxılaraq xəsarət alıb
3-08-2026, 23:21
Mingəçevirdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbir keçirilib-VİDEO
3-08-2026, 22:49
Yevlaxda sürücü xəsarət aldı,bir neçə gün sonra dünyasını dəyişdi-VİDEO
3-08-2026, 14:35
Ombudsman Aparatının nümayəndələri hərbi hissədə olublar
3-08-2026, 14:29
Azərbaycan–Gürcüstan dəmir yolu daşımalarında sərhəd keçidi iki dəfə sürətləndirilir
3-08-2026, 13:01
Məkanlardan oğurluq edən 6 nəfər saxlanıldı – minlərlə manatlıq əmlak talanıb
3-08-2026, 12:50
“Vətəndaşlardan hər hansı hesaba pul köçürülməsi tələb olunmur” - Rəsmi