ABŞ–İsrail-İran müharibəsinin mümkün sonu: daxili boşluq, xarici təzyiq və qaçılmaz danışıqlar

28 fevral 2026-cı ildən etibarən başlanan və qarşılıqlı raket, dron və aviasiya zərbələri ilə davam edən ABŞ-İsrail-İran müharibəsi Yaxın Şərqdə yeni və təhlükəli mərhələnin əsasını qoyub.
Regionda gərginlik artıq lokal çərçivəni aşaraq geniş coğrafiyanı əhatə edir. İranın Fars Körfəzi hövzəsində ABŞ hərbi bazalarını, İsraili, eyni zamanda mülki obyektləri hədəfə alması, həmçinin region ölkələrinə və qonşu ərazilərə doğru raket və dron hücumları vəziyyəti daha da mürəkkəbləşdirib. Xüsusilə Naxçıvan Muxtar Respublikası istiqamətində dron zərbələri və Türkiyə istiqamətində raket atılması ilə bağlı məlumatlar regionda ciddi narahatlıq və suallar doğurur. Bütün bu proseslər ilkin olaraq göstərir ki, İran daxilində qərarvermə mexanizmi əvvəlki koordinasiyanı itirib.
İranın keçmiş Ali Dini Lideri Ayətullah Seyid Əli Xameneinin öldürülməsi ölkə daxilində ciddi hakimiyyət boşluğu yaradıb. Xaricdən bu hər kəs üçün aşkar surətdə hiss olunmasa da, hadisələri diqqətlə izləyənlənlər üçün aydın görsənir ki, İranda artıq dövlət aparatında, xüsusilə ordu və təhlükəsizlik strukturlarında idarəetmə və tabeçilik münasibətlərində ciddi boşluqlar yaranıb. Daha dəqiq desək İranın əsas hərbi-siyasi güc mərkəzi sayılan SEPAH (İslam İnqilabı Keşikçiləri Korpusu) artıq vahid strateji xətt üzrə deyil, emosional və fərdi qərarlarla hərəkət edir təsəvvürü yaradır. Naxçıvanda hava limanı və məktəb binasına dron hücumunun rəsmi Tehran tərəfindən təkzib edilməsi (əgər həqiqətən İranın rəsmi dairələrinin bu hücumdan xəbəri yoxdursa və ya xəbəri olubsa bunun qarşısını ala bilməyibsə) isə mərkəzi hakimiyyətlə hərbi struktur arasında koordinasiya probleminin əyani sübutlardan biridir. Əgər dövlət rəhbərliyi (ölkənin xarici işlər nazirliyi) baş vermiş hücumlardan “xəbərsizdir” görüntüsü yaradırsa, bu, iki real ehtimalı ortaya çıxarır:
1. Ya qərarlar mərkəzdənkənar qaydada (yəni ayrı-ayrı SEPAH komandirləri tərəfindən) qəbul edilir;
2. Ya da İranın indiki hərbi-siyasi rəhbərliyi gedən proseslərə tam nəzarət edə bilmir. Daha dəqiq desək İranın indiki hərbi-siyasi rəhbərliyinin rəhbərlik təcrübəsi düzgün qərarların verilməsi üçün yetərli deyil. Buna səbəb kimi gedən müharibənin başlandığı ilk gün İranın keçmiş Ali Dini Lideri Ayətullah Seyid Əli Xameneinin öldürülməsi ilə bərabər İranın bir neçə əsas yüksək rəhbər vəzifəli şəxlərinin öldürülməsini göstərmək olar. Görünür ki, bu hal İranın daxili idarəetmə sisteminə ciddi təsir edib. Ortada olan əsas fakt isə odur ki, Naxçıvan Muxtar Respublikasına olunan dron zərbəsi İran ərazisindən olub. Bunu kim edir etsin, hər bir halda İran öz hava məkanına cavabdeh olmalı idi.
Hər iki halda bu, ciddi idarəetmə böhranının göstəricisidir.
İran niyə “hara gəldi” raket atır?
İranın hazırkı taktikasının əsas xüsusiyyəti geniş coğrafiyaya yayılmış, bəzən də konkret hərbi məntiqdən uzaq görünən zərbələrdir. Klassik hərbi strategiyada əsas prinsip “təhdid haradandırsa (ən azı bunun üçün real yüksək risklər və dəqiq sübut olunan kəşfiyyat məlumatları olmalıdır) cavab da ora yönəlməlidir” qaydasıdır. Lakin hazırkı mərhələdə İranın hücumları daha çox emosional güc nümayişi görüntüsü yaratmağa bənzəyir.
Bu taktikanın bir neçə səbəbi ola bilər:
1. Daxili auditoriyaya əlimizdə olan imkanlarla bacardığımız qədər “müqavimət göstəririk” görüntüsü yaratmaq;
2. Regional qorxu və qeyri-müəyyənlik yaratmaqla nəyəsə görə vaxt qazanmaq (hansı ki, ABŞ iddia edir ki, biz İrana hücum etməsəydik İran bir həftəyə nüvə silahına sahib alacağdı);
3. Yaxud da SEPAH son çırpıntılarla dünyaya ABŞ və İsraildən strateji və hərbi baxımdan (regional güc mərkəzi olduğunu) üstün olduğunu nümayiş etdirməyə çalışmaq istəkləri (bu bir növü Rusiyanın Ukrayna üzərindən Avropa və ABŞ-la savaşına bənzəyir). Bununla bir növü İran bəlkə də Rusiyanın təlimatı ilə dünyanın güc mərkəzlərinin ABŞ və Avropa İttifaqı yox, Rusiya və İran olduğunu (xüsusilə Cənubi Qafqaz və Yaxın Şərqdə) nümayiş etdirmək kimi də ehtimal etmək olar. Çünki hər iki müharibənin (Rusiya-Ukrayna və ABŞ-İsrail-İran) ssenarisi demək olar ki, bir-birinə çox bənzərdir.
Lakin nizamsız və genişmiqyaslı raket atışları uzunmüddətli perspektivdə İranın özünə qarşı beynəlxalq və regional nifrəti artırır. Bu isə diplomatik təcridi dərinləşdirir, iqtisadi böhrana və hərbi koalisiyaların genişlənməsinə səbəb olur.
İranın daxilində xarici kəşfiyyat fəaliyyəti
Aydın görünür ki, İranın daxilində uzun illərdir xarici kəşfiyyat strukturları fəal və səmərəli işləyib. Xüsusilə ABŞ və İsrailin kəşfiyyat şəbəkələrinin ölkə daxilində təsir imkanlarını genişləndirməsi artıq siyasi dairələrdə açıq müzakirə mövzusudur. Belə bir mühitdə daxili sabitliyin pozulması, elitada parçalanma və müxtəlif daxili yeni güc mərkəzlərinin formalaşması qaçılmaz olacaq. Tarix və təcrübələr göstərir ki, xarici təzyiq və daxili koordinasiyasızlıq birləşəndə dövlət strukturları uzun müddət davam gətirə bilmir.
Daxili parçalanma ssenarisi
Hazırkı dinamika onu göstərir ki, İran daxilində yaxın vaxtlarda ciddi siyasi və hərbi parçalanma ehtimalı böyükdür. Əgər mərkəzi hakimiyyət SEPAH üzərində tam nəzarəti itirərsə, o zaman:
1. Ordudaxili idarəetmə tamamilə nəzarətdən çıxa bilər;
2. Siyasi elita arasında hakimiyyət uğrunda yeni mübarizə güclənə bilər;
3. Küçə etirazları və regional separatçı meyllər daha da aktivləşə bilər.
Belə bir vəziyyətdə SEPAH-ın diqqəti xarici cəbhədən daxili sabitliyi ələ almağa yönələ bilər. Bu isə faktiki olaraq ölkədaxili qarşıdurma riskini artırar. Yəqin ki, ABŞ və İsrail kəşfiyyatının illərlə apardığı hesabat və fəaliyyət də məhz elə buna hesablanıb və yəqin ki, əsas niyyət də elə budur.
Müharibənin sonu necə ola bilər?
Mövcud reallıqlar göstərir ki:
1. İran uzunmüddətli, çoxcəhətli müharibəni davam etdirmək üçün iqtisadi və hərbi baxımdan məhdud imkanlara malikdir;
2. İrana qarşı regional və beynəlxalq təcrid dərinləşir;
3. Daxili idarəetmə boşluğu get-gedə böyüyür.
Bu şəraitdə ən real ssenari belə görünür:
1. İran yaxın zamanda hansısa bəhanə və əsasla danışıqlara məcbur qalacaq;
2. Hakimiyyət daxilində dəyişiklik qaçılmaz olacaq;
3. Mövcud hərbi-siyasi model ciddi transformasiyaya uğrayacaq.
Əgər daxili parçalanma (xüsusilə SEPAH) sürətlənərsə, İranın mövcud idarəetmə sistemi ciddi şəkildə zəifləyə və nəticədə yeni siyasi mərhələ başlaya bilər. Bu isə münaqişədə ABŞ–İsrail tandeminin və İran daxilində dəyişiklik istəyən qüvvələrin üstün mövqeyə çıxması ilə nəticələnə bilər.
Nəticədə, hazırkı hadisələr göstərir ki, emosional və nizamsız hücum taktikası uzunmüddətli strateji üstünlük qazandırmır. Əksinə, daxili boşluqları daha da dərinləşdirir. İran üçün əsas təhlükə artıq yalnız xarici cəbhədə deyil, daxildə formalaşan idarəetmə böhranıdır. Əgər bu boşluq aradan qaldırılmazsa, ölkə yaxın gələcəkdə ciddi siyasi silkələnmə ilə üzləşə bilər.
Müharibələrin taleyini təkcə raketlər deyil, daxili sabitlik və strateji ağılla verilən qərarlar müəyyən edir. Hazırkı mənzərə isə İran üçün çətin və riskli bir mərhələnin başlandığını göstərir.
Hələ ki, bir həftəlik hadisələrin gedişatı bizə bunları deməyə əsas verir. Proseslər dərin və çox gərgindir, hal-hazırda hadisələri reallığa və əsas niyyətə uyğun praqnoz etmək də olduqca çətindir. Hələ ki, tərəflərin niyyəti tam açılmadığı üçün nəticə haqqında qərarlı nəsə demək yalnış olar, ona görə növbəti günləri və həftələri diqqətlə izləməliyik. Bu müharibədir, ola bilər niyyətlər və atılan addımlar müxtəlif gizli məqsədlər daşıya bilər. Elə ola bilər ki, müharibənin gedişatı gözlənilmədən tamamilə başqa istiqamətə dəyişə bilər. Ona görə də hər saniyə nələrin baş verdiyini diqqətlə izləmək lazımdır. Ən azı ABŞ Prezidenti Donald Trampın müharibənin başa çatması üçün ilkin olaraq müəyyən etdiyi dörd həftə çox önəmlidir. Yəqin ki, nələrin baş verəcəyi bu dörd həftə içində müəyyən olunacaq
Natiq Əlisoy
Hərbi ekspert, Azərbaycan Yazıçılar və Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Dialoq.az
Bugün, 00:39
Yevlaxda ağır qəzada iki nəfər ölüb, 5 nəfər xəsarət alıb
Dün, 17:48
Ağdaşda intihar hadisəsi baş verib-VİDEO
11-08-2026, 18:32
Gəncədə avtomobil iki piyadanı vurub
11-08-2026, 18:29
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanıldı
11-08-2026, 18:21
Lənkəranda meşədə 2 nəfərin meyiti tapıldı - Biri yeniyetmədir
10-08-2026, 04:44
Sabah 11 marşrut bu dayanacaqlarda saxlamayacaq - Siyahı
10-08-2026, 04:43
Bu yol bağlanır
9-08-2026, 20:35
Gəncədə qəza - “Kamaz” ağaca çırpıldı+Fotolar
8-08-2026, 21:39
Mingəçevir Dövlət Universiteti və Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına start verir
8-08-2026, 08:34
Ağdaş polisi qoyun oğrusunu tutub-VİDEO
8-08-2026, 08:29
“Gürcüstandakı münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik”
7-08-2026, 22:14
Ağdaşda 17 yaşlı qıza nişan keçirildi - Valideynləri polisə çağırıldı
7-08-2026, 15:28
Media və Yayım Şurası yaradıldı - Fərman
6-08-2026, 05:53
Sulutəpədə avtoservisdə yanğın baş verib Hadisə
6-08-2026, 05:50
Bakıda məşhur ticarət mərkəzində faciə
6-08-2026, 05:46
Canlı yayımda söyüş söyən daha bir tiktoker həbs edildi
6-08-2026, 05:43
Alkoqoldan imtina etdikdə beyində nə baş verir? — Araşdırmaların nəticələri
6-08-2026, 05:39
Təyyarədə baqaj yükü itən sərnişin nə etməlidir? — AÇIQLAMA
6-08-2026, 05:35
Restoranın qarşısında kütləvi dava - Bir nəfər öldü, üçü yaralandı
5-08-2026, 22:30
Bakıda məscid yanır
5-08-2026, 22:21
Gürcüstan yenidən qaranlığa qərq oldu
5-08-2026, 22:18
Tbilisi-Bakı qatarı yenə gecikdi - İşıq əngəl oldu
4-08-2026, 13:44
Mingəçevirdə bir nəfər şəxs atdan yıxılaraq xəsarət alıb
3-08-2026, 23:21
Mingəçevirdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbir keçirilib-VİDEO
3-08-2026, 22:49
Yevlaxda sürücü xəsarət aldı,bir neçə gün sonra dünyasını dəyişdi-VİDEO
3-08-2026, 14:35
Ombudsman Aparatının nümayəndələri hərbi hissədə olublar
3-08-2026, 14:29
Azərbaycan–Gürcüstan dəmir yolu daşımalarında sərhəd keçidi iki dəfə sürətləndirilir