9 may tanınmış bəstəkar Sevinc xanım Mansurovanın doğum günüdür. Sözün və musiqinin vəhdətində doğulan sənətkar

Azərbaycan mədəniyyətinin incə qatlarında özünəməxsus iz qoyan, yaradıcılığı ilə qəlblərə yol tapan sənətkarlarımızdan biri də bəstəkar-şairə, kulturoloq və peşəkar pianoçu Sevinc Mansurovadır.
1971-ci il mayın 9-da Yevlax şəhərində dünyaya göz açan Sevinc xanımın həyat yolu sanki əvvəlcədən sənətə yazılmış bir taledir. Onun yaradıcılığa ilk addımları uşaqlıq illərinə təsadüf edir. Hələ orta məktəbin ikinci sinfində oxuyarkən yazdığı Vətən mövzulu ilk şeirlər, müəllimi və eyni zamanda anası olan Dilarə müəllimənin diqqətini çəkir. Ana qəlbi bu istedadı dərhal hiss edir, ona inanır və ilk oxucusu, ilk dəstəkçisi olur. Məhz bu dəstək Sevinc xanımın gələcək böyük yaradıcılıq yolunun başlanğıc nöqtəsinə çevrilir.
Onun şeirləri Yevlaxın yerli qəzetlərində dərc olunmağa başlayır və bu, gənc istedad üçün ilk ictimai uğur olur. Paralel olaraq musiqiyə olan sevgisi də inkişaf edir. Orta musiqi məktəbində fortepiano üzrə təhsil alaraq, müəllimi Qazıyeva xanımın rəhbərliyi ilə bu sahədə də yüksək nailiyyətlər əldə edir. Hələ musiqi təhsilinin ilkin mərhələlərində olarkən, pianoda ilk bəstələrini yaratmağa başlayır.
Bu istedad onu daha böyük səhnələrə aparır. Sevinc Mansurova əvvəlcə Gəncə Musiqi Texnikumunda, daha sonra isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alır və hər iki təhsil ocağını fərqlənmə diplomları ilə bitirir.
Onun yaradıcılıq yolunda dönüş nöqtələrindən biri tələbəlik illərinə təsadüf edir. İlk ciddi bəstələrindən biri olan “Şəhidlər” əsərini ifa etdikdə, həm müəllimləri, həm də tələbə yoldaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Bu, onun daxili dünyasında illərlə gizli qalan bəstəkar ruhunun artıq üzə çıxmasının başlanğıcı olur.
Uzun müddət öz bəstələrini yalnız özü üçün yazan Sevinc xanım, təvazökarlıq və utancaqlıq səbəbilə bu əsərləri geniş auditoriyaya təqdim etməyə tələsmir. Lakin taleyin elə bir anı gəlir ki, bu istedad artıq gizli qala bilmir. Azərbaycanın tanınmış sənətçisi Mətanət İsgəndərli ilə tanışlıq onun yaradıcılığında yeni mərhələnin əsasını qoyur.
İlk olaraq “Səndən sonra”, ardınca isə “Gəl xoşbəxt olaq” adlı mahnıları işıq üzü görür. Xüsusilə “Gəl xoşbəxt olaq” mahnısının televiziya efirində səslənməsi ilə Sevinc Mansurovanın adı geniş auditoriyaya tanınır və sevilir. Bu uğur onun sənət yolunda mühüm dönüş nöqtəsinə çevrilir.
Sevinc Mansurovanın yaradıcılığı zəngin və çoxşaxəlidir. Onun söz və musiqisi özünə məxsus olan 100-dən artıq bəstəsi müxtəlif televiziya kanallarında və sosial platformalarda səslənmişdir. Xüsusilə vətənpərvərlik ruhunda yazdığı əsərlər xalqın yaddaşında dərin iz buraxmışdır.
“Şəhidlər” əsəri bu baxımdan xüsusi əhəmiyyət daşıyır və Azərbaycan televiziya tarixinin dəyərli irs nümunələrindən biri kimi AzTV Qızıl Fondunda qorunur. Bu əsər və digər bir çox mahnıları Azərbaycanın sevilən sənətkarları – Gülyaz Məmmədova və Gülyanaq Məmmədova tərəfindən ifa olunaraq dinləyicilərin rəğbətini qazanmışdır.
Onun bəstələrini ifa edən sənətkarların siyahısı olduqca genişdir. Nazpəri Dostəliyeva, Zakir Əliyev, Gülüstan Əliyeva və digər tanınmış ifaçılar Sevinc xanımın musiqilərinə həyat verərək onları daha da sevdirmişlər.
Onun yaradıcılığında Vətən, sevgi, insan taleyi, ailə dəyərləri və mənəvi dünyamızın incəlikləri əsas mövzular kimi çıxış edir. “Ata Heydər, oğul İlham”, “Qələbəmiz mübarək”, “Qarabağ bizimdir”, “Ərdoğan-İlham”, “Gəl xoşbəxt olaq” kimi əsərləri bu baxımdan xüsusi yer tutur.
Sevinc Mansurova yalnız sənətkar deyil, həm də bir vətəndaş kimi öz mövqeyi ilə seçilir. O, şəhid bacısı olaraq Vətənə bağlılığını, ağrısını və qürurunu yaradıcılığında böyük həssaslıqla ifadə edir.
Onun zəhməti və yaradıcılığı yüksək qiymətləndirilmiş, “Qızıl Qələm”, “Ali Baş Komandan” kimi nüfuzlu mükafatlara layiq görülmüşdür.
Bu gün Sevinc Mansurova yaradıcılığının yeni mərhələsini yaşayır. O, daim axtarışda olan, yeni ideyalar üzərində çalışan və Azərbaycan musiqisinə yeni nəfəs gətirmək istəyən sənətkardır. Yazdığı hər yeni bəstə, qələmə aldığı hər yeni şeir onun daxili dünyasının, həyat təcrübəsinin və sənət sevgisinin yeni bir təzahürüdür.
Onun adı artıq yalnız bir bəstəkar və şairə kimi deyil, həm də bir məktəb, bir yaradıcılıq istiqaməti kimi səslənir. Sevinc Mansurova – bu ad Azərbaycan musiqisində duyğunun, səmimiyyətin və milli ruhun ifadəsinə çevrilmişdir.
Hörmətli Sevinc xanım!
Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirik. Sizə möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və tükənməz yaradıcılıq enerjisi arzulayırıq.
Qoy qəlbinizdən süzülən hər bir melodiya, yazdığınız hər bir misra xalqımızın ruhuna işıq saçsın, sənət yolunuz daim uğurla davam etsin.
Yeni-yeni əsərlərinizlə Azərbaycan mədəniyyətini daha da zənginləşdirməyinizi diləyirik.
Doğum gününüz mübarək, Sevinc xanım!
Natiq Əlisoy
Yazıçı-şair, Azərbaycan Yazıçılar və Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Dialoq.az
Bugün, 04:44
Sabah 11 marşrut bu dayanacaqlarda saxlamayacaq - Siyahı
Bugün, 04:43
Bu yol bağlanır
Dün, 20:35
Gəncədə qəza - “Kamaz” ağaca çırpıldı+Fotolar
8-08-2026, 21:39
Mingəçevir Dövlət Universiteti və Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına start verir
8-08-2026, 08:34
Ağdaş polisi qoyun oğrusunu tutub-VİDEO
8-08-2026, 08:29
“Gürcüstandakı münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik”
7-08-2026, 22:14
Ağdaşda 17 yaşlı qıza nişan keçirildi - Valideynləri polisə çağırıldı
7-08-2026, 15:28
Media və Yayım Şurası yaradıldı - Fərman
6-08-2026, 05:53
Sulutəpədə avtoservisdə yanğın baş verib Hadisə
6-08-2026, 05:50
Bakıda məşhur ticarət mərkəzində faciə
6-08-2026, 05:46
Canlı yayımda söyüş söyən daha bir tiktoker həbs edildi
6-08-2026, 05:43
Alkoqoldan imtina etdikdə beyində nə baş verir? — Araşdırmaların nəticələri
6-08-2026, 05:39
Təyyarədə baqaj yükü itən sərnişin nə etməlidir? — AÇIQLAMA
6-08-2026, 05:35
Restoranın qarşısında kütləvi dava - Bir nəfər öldü, üçü yaralandı
5-08-2026, 22:30
Bakıda məscid yanır
5-08-2026, 22:21
Gürcüstan yenidən qaranlığa qərq oldu
5-08-2026, 22:18
Tbilisi-Bakı qatarı yenə gecikdi - İşıq əngəl oldu
4-08-2026, 13:44
Mingəçevirdə bir nəfər şəxs atdan yıxılaraq xəsarət alıb
3-08-2026, 23:21
Mingəçevirdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbir keçirilib-VİDEO
3-08-2026, 22:49
Yevlaxda sürücü xəsarət aldı,bir neçə gün sonra dünyasını dəyişdi-VİDEO
3-08-2026, 14:35
Ombudsman Aparatının nümayəndələri hərbi hissədə olublar
3-08-2026, 14:29
Azərbaycan–Gürcüstan dəmir yolu daşımalarında sərhəd keçidi iki dəfə sürətləndirilir
3-08-2026, 13:01
Məkanlardan oğurluq edən 6 nəfər saxlanıldı – minlərlə manatlıq əmlak talanıb
3-08-2026, 12:50
“Vətəndaşlardan hər hansı hesaba pul köçürülməsi tələb olunmur” - Rəsmi
3-08-2026, 12:35
Xanəndənin ürəyində 4 damar dəyişdirildi
3-08-2026, 12:31
Prezident açılışda - Fotolar
1-08-2026, 23:37
Mingəçevirdə regional medianın problemləri müzakirə olunub: “Sağlam media üçün regionlara diqqət artırılmalıdır”. -VİDEO