Rektor Anar Eminov: “Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yol Milli Qurtuluş Günündən başlayır"
Gündəm / Siyasət
Oxunub: 288
14 Haz 2026 | 12:09
Rektor Anar Eminov: “Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yol Milli Qurtuluş Günündən başlayır"
15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqının taleyində müstəsna yer tutan, dövlətçilik tariximizin ən şanlı səhifələrindən biri kimi böyük ehtiramla qeyd olunur.
Bu fikirləri Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov 15 İyun – Milli Qurtuluş Günü münasibətilə söylədiyi fikirlərdə bildirib.
Rektor qeyd edib ki, tarixdə elə günlər vardır ki, bütöv bir xalqın gələcəyini müəyyən edən dönüş nöqtəsinə çevrilir. 15 İyun məhz belə bir gündür. Bu tarix Azərbaycanın dövlət kimi yaşamaq, inkişaf etmək və gələcəyə inamla addımlamaq haqqını qoruyub saxladığı mühüm tarixi mərhələdir.
Anar Eminov bildirib ki, 1993-cü ildə Azərbaycan ağır sınaqlarla üz-üzə qalmış, dövlətçiliyimizin taleyi təhlükə altına düşmüş, ölkədə xaos, qarşıdurma və parçalanma meyilləri güclənmişdi. Belə bir mürəkkəb dövrdə xalq öz xilaskarını çağırdı və Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdaraq Azərbaycanı uçurum təhlükəsindən xilas etdi.
“Bu qayıdış təkcə siyasi hakimiyyət dəyişikliyi deyildi. Bu qayıdış Azərbaycan dövlətçiliyinin xilası, milli iradənin zəfəri və müstəqilliyimizin əbədiliyinin təminatı idi”, – deyə rektor vurğulayıb.
Rektor onu da qeyd edib ki, Ulu Öndər Heydər Əliyev qısa müddətdə ölkədə sabitlik yaratdı, milli həmrəyliyi bərpa etdi, hüquqi dövlət quruculuğunun əsasını qoydu və Azərbaycanın gələcək inkişaf strategiyasını müəyyənləşdirdi. Məhz onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan tənəzzüldən tərəqqiyə, qeyri-müəyyənlikdən inkişafa doğru böyük yol keçdi.
Anar Eminov əlavə edib ki, Heydər Əliyevin dövlətçilik fəlsəfəsində təhsil xüsusi yer tuturdu. Ulu Öndər yaxşı bilirdi ki, hər bir xalqın və dövlətin gələcəyi onun təhsilindən, elmindən və yetişdirdiyi insan kapitalından asılıdır. Təsadüfi deyil ki, “Təhsil millətin gələcəyidir” fikri Heydər Əliyev siyasi irsinin və dövlətçilik konsepsiyasının əsas prinsiplərindən birinə çevrilmişdir.
Rektor vurğulayıb ki, bu gün Azərbaycan təhsilinin əldə etdiyi uğurların təməlində məhz Ümummilli Liderin müəyyənləşdirdiyi strateji kurs dayanır. Azərbaycanın ali təhsil sistemi beynəlxalq əməkdaşlıqlarını genişləndirir, gənclərimiz dünyanın qabaqcıl universitetlərində təhsil alır, elm və innovasiya sahəsində yeni nailiyyətlər əldə olunur.
“Bu gün universitetlər gələcəyin ideyalarının formalaşdığı, innovasiyaların yarandığı və dövlətin intellektual gücünün yetişdiyi strateji mərkəzlərdir. Mingəçevir Dövlət Universiteti olaraq biz də fəaliyyətimizi məhz Ulu Öndərin müəyyən etdiyi dövlətçilik və təhsil fəlsəfəsinə uyğun qururuq. Əsas məqsədimiz milli dəyərlərə bağlı, müasir dünyagörüşünə malik, yüksək ixtisaslı və rəqabətqabiliyyətli gənclər yetişdirməkdir”, – deyə Anar Eminov bildirib.
Rektor vurğulayıb ki, Azərbaycanın gələcəyi auditoriyalarda yetişir, sabahı universitetlərdə formalaşır, qüdrəti isə bilikli və vətənpərvər gənclərin çiyinlərində yüksəlir.
Anar Eminov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunması, ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsi, iqtisadi və elmi inkişafı bu siyasətin parlaq nəticəsidir.
“Milli Qurtuluş Günü yalnız keçmişə ehtiram günü deyil. Bu gün həm də gələcəyə məsuliyyət günüdür. Bizim vəzifəmiz Heydər Əliyev irsini sadəcə öyrənmək deyil, onu yaşatmaq, inkişaf etdirmək və gələcək nəsillərə çatdırmaqdır”, – deyə rektor qeyd edib.
Anar Eminov əminliyini ifadə edib ki, Azərbaycan gəncliyi Ulu Öndərin ideyalarına sadiq qalaraq dövlətimizin inkişafına bundan sonra da layiqli töhfələr verəcək, müstəqil Azərbaycanı yeni zirvələrə yüksəldəcək.
“Milli Qurtuluş Gününün işığı daim Azərbaycan dövlətçiliyinin yolunu nurlandıracaq”, – deyə Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov fikrini yekunlaşdırıb.

Dialoq.az
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
Bugün, 18:32
Gəncədə avtomobil iki piyadanı vurub
Bugün, 18:29
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanıldı
Bugün, 18:21
Lənkəranda meşədə 2 nəfərin meyiti tapıldı - Biri yeniyetmədir
Dün, 04:44
Sabah 11 marşrut bu dayanacaqlarda saxlamayacaq - Siyahı
Dün, 04:43
Bu yol bağlanır
9-08-2026, 20:35
Gəncədə qəza - “Kamaz” ağaca çırpıldı+Fotolar
8-08-2026, 21:39
Mingəçevir Dövlət Universiteti və Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına start verir
8-08-2026, 08:34
Ağdaş polisi qoyun oğrusunu tutub-VİDEO
8-08-2026, 08:29
“Gürcüstandakı münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik”
7-08-2026, 22:14
Ağdaşda 17 yaşlı qıza nişan keçirildi - Valideynləri polisə çağırıldı
7-08-2026, 15:28
Media və Yayım Şurası yaradıldı - Fərman
6-08-2026, 05:53
Sulutəpədə avtoservisdə yanğın baş verib Hadisə
6-08-2026, 05:50
Bakıda məşhur ticarət mərkəzində faciə
6-08-2026, 05:46
Canlı yayımda söyüş söyən daha bir tiktoker həbs edildi
6-08-2026, 05:43
Alkoqoldan imtina etdikdə beyində nə baş verir? — Araşdırmaların nəticələri
6-08-2026, 05:39
Təyyarədə baqaj yükü itən sərnişin nə etməlidir? — AÇIQLAMA
6-08-2026, 05:35
Restoranın qarşısında kütləvi dava - Bir nəfər öldü, üçü yaralandı
5-08-2026, 22:30
Bakıda məscid yanır
5-08-2026, 22:21
Gürcüstan yenidən qaranlığa qərq oldu
5-08-2026, 22:18
Tbilisi-Bakı qatarı yenə gecikdi - İşıq əngəl oldu
4-08-2026, 13:44
Mingəçevirdə bir nəfər şəxs atdan yıxılaraq xəsarət alıb
3-08-2026, 23:21
Mingəçevirdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbir keçirilib-VİDEO
3-08-2026, 22:49
Yevlaxda sürücü xəsarət aldı,bir neçə gün sonra dünyasını dəyişdi-VİDEO
3-08-2026, 14:35
Ombudsman Aparatının nümayəndələri hərbi hissədə olublar
3-08-2026, 14:29
Azərbaycan–Gürcüstan dəmir yolu daşımalarında sərhəd keçidi iki dəfə sürətləndirilir
3-08-2026, 13:01
Məkanlardan oğurluq edən 6 nəfər saxlanıldı – minlərlə manatlıq əmlak talanıb
3-08-2026, 12:50
“Vətəndaşlardan hər hansı hesaba pul köçürülməsi tələb olunmur” - Rəsmi