Həsən Ağasoy öz peşəsinin generalıdır! Onun yaratdığı rollar əsrlərlə yaşayacaqdır...
Gündəm
Oxunub: 1 201
8 Ağu 2021 | 10:21
Həsən Ağasoy öz peşəsinin generalıdır! Onun yaratdığı rollar əsrlərlə yaşayacaqdır...

Uşaqla-uşaq, böyüklə-böyük, onun xarakterində insanlıq tamam başqa cür təsvir olunub. O, heç zaman özünü heç kimdən üstün tutmadı. Yaşadığı həyat kimi oynadığı rollar da sadə və səmimi görsəndi. Tamaşaçısının ürəyində Azərbaycan Respublikasının Xalq Artisti Həsən Ağasoy kimi zirvələrə ucalan sənətkar ömrünün ən gözəl dövrünü teatr sənətinə fəda etdi. Uzun illər mədəniyyətimizin inkişafı üçün fədakar döyüşçü kimi daim öz səngərində qəhrəmancasına döyüşən insan neçə-neçə rollar yaratdı və yaşatdı. Ömrü boyu o heçnədən təmənna güdmədi. Dostluqda sadiq dost, yoldaşlıqda etibarlı, qonşuluqda mehriban qonşu, dövlətçilikdə vətəninə, xalqına xəyanət etməyən sadə vətəndaş oldu. Həsən Ağasoy dövlətçiliyə sadiq bir ziyalıdır. Onun aktyorluq fəaliyyəti dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilib. Yüzdən çox rollarda yer alan aktyor 1984-cü ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar Artisti, 1989-cu ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 1999-cu ildə Azərbaycan Respublikasının Xalq Artisti fəxri adına layiq görülmüşdür. Bundan əlavə 2005, 2010, 2018-ci illərdə Prezident mükafatına, 2008-ci ildə isə "Tərəqqi medalı"na layiq görülmüşdür. Həsən müəllimin həyatı, onun yaradıcılığı haqqında müxtəlif şairlər şeirlər yazmış, qələm adamları yazılar dərc etmişdi. Haqqında yazılan yazıları, şeirləri, məqalələri tərif kimi qəbul edib təvazökarlıq edən böyük insan "Biz hələ heçnə etməmişik" deməklə həmişə özünü sadələşdirdi və sevdirdi. Həyətində və həyatında əkdiyi rəngarəng güllər onun simasını və şəxsiyyətini gözəlləşdirdikcə qəlbinin hərarəti gül qoxusu kimi dörd bir yana yayıldı. Həsən müəllim təbiəti çox sevir. Onu yaxından tanıyan şəxs kimi deyə bilərəm ki, Həsən müəllimin bağçasında boy atan ağacların və çiçəklərin xüsusi özünəməxsusluğu var. Qapısını döyən qonağa ürəklə "gəl" deyən Həsən müəllim qonaqpərvərliyi ilə də seçilən bir insandır. Halal duz-çörəyin, kişi salamının dəyərini hər şeydən üstün tutan dəyərli ziyalı həyatın enişli-yoxuşlu yollarında saçlarını ağartmışdı. Sənətə, həyata, təbiətə, insana və insanlığa yüksək dəyər verən dəyərli aktyorumuz yaşamağı çox sevdiyi kimi nəvələri ilə oynamağı da çox sevir. O, övladları üçün qayğıkeş ata, nəvələri üçün mehriban babadır. Həsən müəllimin sevgisi həddindən artıq dərindir. Onun maraq dairəsi, hadisələrə münasibəti tamam fərqlidir. Xoşbəxtliyini gənclərə dəstək olmaqda tapan insanın qəlbində elə bir hərarət var ki, inkişaf edən gəncliyimizin uğurlarını, dərin zəkasını görəndə içindəki qürur hissi gözlərində günəş kimi parlayır. Hüseyn Cavid, Məmməd Araz və digər klassiklərimizin ədəbiyyat və mənəviyyat irsini cismində yaşatmaqla gəclərin sağlam ruhda böyüməsinə əvəzsiz xidmətlər göstərmişdir. O, gələcəyə geniş yolla baxır, onun gözündə sağlam gənclik qüdrətli dövlətin daha da qüdrətlənməsi və inkişafı deməkdir. Onun arzuları həmişə xoş və nikbindir...
Hörmətli Həsən müəllim! Biz də "Dialoq.az" xəbər agentliyi adından Sizə uzun ömür, can sağlığı və dəyanət arzu edirik!
___________________________________________________
Natiq Əlisoy
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
Bugün, 04:44
Sabah 11 marşrut bu dayanacaqlarda saxlamayacaq - Siyahı
Bugün, 04:43
Bu yol bağlanır
Dün, 20:35
Gəncədə qəza - “Kamaz” ağaca çırpıldı+Fotolar
8-08-2026, 21:39
Mingəçevir Dövlət Universiteti və Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına start verir
8-08-2026, 08:34
Ağdaş polisi qoyun oğrusunu tutub-VİDEO
8-08-2026, 08:29
“Gürcüstandakı münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik”
7-08-2026, 22:14
Ağdaşda 17 yaşlı qıza nişan keçirildi - Valideynləri polisə çağırıldı
7-08-2026, 15:28
Media və Yayım Şurası yaradıldı - Fərman
6-08-2026, 05:53
Sulutəpədə avtoservisdə yanğın baş verib Hadisə
6-08-2026, 05:50
Bakıda məşhur ticarət mərkəzində faciə
6-08-2026, 05:46
Canlı yayımda söyüş söyən daha bir tiktoker həbs edildi
6-08-2026, 05:43
Alkoqoldan imtina etdikdə beyində nə baş verir? — Araşdırmaların nəticələri
6-08-2026, 05:39
Təyyarədə baqaj yükü itən sərnişin nə etməlidir? — AÇIQLAMA
6-08-2026, 05:35
Restoranın qarşısında kütləvi dava - Bir nəfər öldü, üçü yaralandı
5-08-2026, 22:30
Bakıda məscid yanır
5-08-2026, 22:21
Gürcüstan yenidən qaranlığa qərq oldu
5-08-2026, 22:18
Tbilisi-Bakı qatarı yenə gecikdi - İşıq əngəl oldu
4-08-2026, 13:44
Mingəçevirdə bir nəfər şəxs atdan yıxılaraq xəsarət alıb
3-08-2026, 23:21
Mingəçevirdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbir keçirilib-VİDEO
3-08-2026, 22:49
Yevlaxda sürücü xəsarət aldı,bir neçə gün sonra dünyasını dəyişdi-VİDEO
3-08-2026, 14:35
Ombudsman Aparatının nümayəndələri hərbi hissədə olublar
3-08-2026, 14:29
Azərbaycan–Gürcüstan dəmir yolu daşımalarında sərhəd keçidi iki dəfə sürətləndirilir
3-08-2026, 13:01
Məkanlardan oğurluq edən 6 nəfər saxlanıldı – minlərlə manatlıq əmlak talanıb
3-08-2026, 12:50
“Vətəndaşlardan hər hansı hesaba pul köçürülməsi tələb olunmur” - Rəsmi
3-08-2026, 12:35
Xanəndənin ürəyində 4 damar dəyişdirildi
3-08-2026, 12:31
Prezident açılışda - Fotolar
1-08-2026, 23:37
Mingəçevirdə regional medianın problemləri müzakirə olunub: “Sağlam media üçün regionlara diqqət artırılmalıdır”. -VİDEO