“Bir şeyə əminəm, alnım açıqdır” - Ayxan Abbasov
İdman
Oxunub: 84
27 Mrt 2026 | 22:52
“Bir şeyə əminəm, alnım açıqdır” - Ayxan Abbasov
Azərbaycan milli komandası “FIFA Series 2026” beynəlxalq turniri çərçivəsində Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Sent Lüsiya seçməsini 6:1 hesabı ilə məğlub edib.

Dialoq.az Qafqazinfo-ya istinadən
xəbər verir ki, yığmamızın baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Belə yağışlı havada bizi tək qoymayan azarkeşlərimizə təşəkkür edirəm. Belə şəraitdə oynamaq ağırdır. Hər iki komanda çətinlik çəkirdi. Buna baxmayaraq, futbolçuların oyuna köklənməsini, qol vurmaq istəyini gördük. Bu il ilk toplanışımız idi, heyətdə yeni oyunçular var idi. Növbəti oyuna vaxtımız azdır. Amma ciddi hazırlaşırıq. Qalib gəlmək istəyirik. Rəqib daha güclü, yaxşı komandadır. Yaxşı nəticə ilə azarkeşlərimizi sevindirmək istəyirik.

- Bu oyun millimizə nə verdi? Nəyi görmək istəyirdiniz, nə gördünüz?

- Bundan əvvəlki oyunlarımızın hamısı çox ciddi rəqiblərə qarşı idi. Millidəki futbolçuların döyüşkənliyi ilə öyünürdük. Bilirik ki, Millətlər Liqasında qalib gəlmək məcburiyyətindəyik. Bu gün futbolçuların qol vurmaq, qələbə istəyi var idi. Məncə, millinin oyunlarında nəticə önəmlidir. Hər xal, hər statistika vacibdir.

- Niyə futbolçular oyuna Azərbaycansayağı yanaşırdılar? Hesabda 4:1 öndə olsaq da, futbolçu rəqib meydançada simulyasiya edirdi…

- Bu, düzgün fikir deyil. Hava şəraitini nəzərə almaq lazımdır, sürüşkənlik var idi. Millətlər Liqasında heç bir futbolçunu itirmək istəmirik. Belə hallara diqqət etməlidirlər.

- Heyətdə çoxlu dəyişikliklər oldu. Optimal formanı tapmaq istəyirdiniz, ya hamıya şans vermək?

- Hamıya şans vermək, görmək istəyirik. Komandada rəqabət var. Heyətdə dəyişiklik ola bilər. Zədə amili də var. Bəzi futbolçuların forması daha yaxşıdır. Hər kəsi görürük. Bugünkü oyun əlavə şans idi.

- Son 24 saat ərzində sizə olan tənqidlər oyuna hazırlığa mane olmurdu?

- Diqqəti qorumaq lazım idi. Çox da bu məsələyə köklənmirdik. Tənqidləri normal qarşılayıram. Açıqfikirliyiksə, hər kəs bizi bəyənməyə bilər, hərənin öz fikri var. Bu, milli komandadır. Millinin heyəti açıqlananda hərənin öz versiyaları yaranır. Bu da normaldır. Bir şeyə əminəm, alnım açıqdır, heç vaxt nəyəsə qərəzli yanaşmıram və yanaşmaram da. Hərdən görünür ki, kimin daxilində nə var, elə fikirləşir.

- 6:1 hesabının rekord olacağını bilirdiniz?

- Dünən mətbuat konfransında bildirilmişdi, bilirdik. Futbolçulara belə tapşırıq verməmişdik ki, rekord olsun. Oyun, temp, hücumlar, qol istəyirdik. Çox qol vurmaq sevindirir.

- Bu qələbənin Sumqayıtda qazanılması sizə necə təsir edir? Növbəti rəsmi oyunların burda keçirilməsi təklifi ilə çıxış edə bilərsiniz?

- Sumqayıt mənimçün doğmadır. 4 ilə yaxın burada işləmişəm. İlklərə imza atmışıq. Milli komandanın oyunlarının bölgələrdə də olmasını istəyirik. Sumqayıt da bu variantlardan biridir.

- Növbəti görüş Syerra Leoneyə qarşıdır. Bugünkü performans növbəti rəqibə qarşı planlarda hansısa dəyişikliyə səbəb olacaq?

- İki oyun planımız var idi. Matçdan əvvəl də fasilə çox dəyişiklik etməyi düşünürdük. Eləməyə də bilərdik. Lakin hesab imkan verdi ki, bu addımı ataq. Bəzi futbolçulara istirahət verdik. Növbəti oyunu fərqli oynamaq istəyirik. Litva və Lixtenşteynlə oyunları da düşünürük. Bəzi məsələləri bu oyunlarda görmək istəyirik. Son 15 dəqiqədə fərqli sistemlə oynadıq.
Dialoq.az
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
Bugün, 04:44
Sabah 11 marşrut bu dayanacaqlarda saxlamayacaq - Siyahı
Bugün, 04:43
Bu yol bağlanır
Dün, 20:35
Gəncədə qəza - “Kamaz” ağaca çırpıldı+Fotolar
8-08-2026, 21:39
Mingəçevir Dövlət Universiteti və Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına start verir
8-08-2026, 08:34
Ağdaş polisi qoyun oğrusunu tutub-VİDEO
8-08-2026, 08:29
“Gürcüstandakı münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik”
7-08-2026, 22:14
Ağdaşda 17 yaşlı qıza nişan keçirildi - Valideynləri polisə çağırıldı
7-08-2026, 15:28
Media və Yayım Şurası yaradıldı - Fərman
6-08-2026, 05:53
Sulutəpədə avtoservisdə yanğın baş verib Hadisə
6-08-2026, 05:50
Bakıda məşhur ticarət mərkəzində faciə
6-08-2026, 05:46
Canlı yayımda söyüş söyən daha bir tiktoker həbs edildi
6-08-2026, 05:43
Alkoqoldan imtina etdikdə beyində nə baş verir? — Araşdırmaların nəticələri
6-08-2026, 05:39
Təyyarədə baqaj yükü itən sərnişin nə etməlidir? — AÇIQLAMA
6-08-2026, 05:35
Restoranın qarşısında kütləvi dava - Bir nəfər öldü, üçü yaralandı
5-08-2026, 22:30
Bakıda məscid yanır
5-08-2026, 22:21
Gürcüstan yenidən qaranlığa qərq oldu
5-08-2026, 22:18
Tbilisi-Bakı qatarı yenə gecikdi - İşıq əngəl oldu
4-08-2026, 13:44
Mingəçevirdə bir nəfər şəxs atdan yıxılaraq xəsarət alıb
3-08-2026, 23:21
Mingəçevirdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbir keçirilib-VİDEO
3-08-2026, 22:49
Yevlaxda sürücü xəsarət aldı,bir neçə gün sonra dünyasını dəyişdi-VİDEO
3-08-2026, 14:35
Ombudsman Aparatının nümayəndələri hərbi hissədə olublar
3-08-2026, 14:29
Azərbaycan–Gürcüstan dəmir yolu daşımalarında sərhəd keçidi iki dəfə sürətləndirilir
3-08-2026, 13:01
Məkanlardan oğurluq edən 6 nəfər saxlanıldı – minlərlə manatlıq əmlak talanıb
3-08-2026, 12:50
“Vətəndaşlardan hər hansı hesaba pul köçürülməsi tələb olunmur” - Rəsmi
3-08-2026, 12:35
Xanəndənin ürəyində 4 damar dəyişdirildi
3-08-2026, 12:31
Prezident açılışda - Fotolar
1-08-2026, 23:37
Mingəçevirdə regional medianın problemləri müzakirə olunub: “Sağlam media üçün regionlara diqqət artırılmalıdır”. -VİDEO