Mahir əsas heyətdən kənarlaşdırıldı

“Kayzerslautern”də millinin hücumçusu Mahir Emreli ilə bağlı vəziyyət gərginləşib.
“Dialoq.az ”Almaniyanın “BILD” nəşrinə istinadla xəbər verir ki, 28 yaşlı futbolçu klubun son qərarı ilə əsas heyətdən kənarda qalıb.
Nəşr yazır ki, baş məşqçi Torsten Liberknext Mahiri “Ayntraxt Braunşveyq”ə qarşı keçiriləcək vacib ev oyununun heyətinə daxil etməyib. Klubdan verilən məlumata görə, bu addım sırf idman səbəbləri ilə bağlıdır və Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasovun bir neçə gün əvvəl səsləndirdiyi ittihamlarla əlaqəli deyil.
Qəzetin məlumatına görə, məsələnin pərdəarxası məqamları daha dərindir. Belə ki, “Kayzerslautern” rəhbərliyi Azərbaycan tərəfi ilə razılığa gələrək, zədədən yeni qayıdan Mahirin milli fasilə zamanı Almaniyada qalmasını xahiş etmişdi. Klub söz vermişdi ki, Mahir burada qalıb məşq edərsə, heyətə düşmək şansı artacaq. Lakin futbolçu klubda qalsa da, bud nahiyəsində yenidən problem yaranıb və nəticədə o, son oyunlarda, demək olar ki, meydana çıxmayıb.
Milli komandanın baş məşqçisi Ayxan Abbasov açıqlamasında klubun sözügedən davranışından məyus olduğunu gizlətməyib:
“Klubun idman direktoru bizə müraciət etmişdi. Bildirmişdi ki, Mahir klubda qalsa, oynamaq şansı artacaq. Biz də buna razılaşdıq. Amma təəssüf ki, heç bir fərq görmürük. Bu məsələ bizi ciddi düşündürür”.
Qeyd edək ki, M. Emreli 2028-ci ilə qədər müqavilə ilə bağlı olduğu “Kayzerslautern”də ən çox maaş alan oyunçulardan biridir. Alman mətbuatının iddiasına görə, klub rəhbərliyi artıq yay transfer pəncərəsində onun üçün yeni alıcı axtarmağı planlaşdırır.
Dialoq.az
Bugün, 18:32
Gəncədə avtomobil iki piyadanı vurub
Bugün, 18:29
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanıldı
Bugün, 18:21
Lənkəranda meşədə 2 nəfərin meyiti tapıldı - Biri yeniyetmədir
Dün, 04:44
Sabah 11 marşrut bu dayanacaqlarda saxlamayacaq - Siyahı
Dün, 04:43
Bu yol bağlanır
9-08-2026, 20:35
Gəncədə qəza - “Kamaz” ağaca çırpıldı+Fotolar
8-08-2026, 21:39
Mingəçevir Dövlət Universiteti və Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına start verir
8-08-2026, 08:34
Ağdaş polisi qoyun oğrusunu tutub-VİDEO
8-08-2026, 08:29
“Gürcüstandakı münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik”
7-08-2026, 22:14
Ağdaşda 17 yaşlı qıza nişan keçirildi - Valideynləri polisə çağırıldı
7-08-2026, 15:28
Media və Yayım Şurası yaradıldı - Fərman
6-08-2026, 05:53
Sulutəpədə avtoservisdə yanğın baş verib Hadisə
6-08-2026, 05:50
Bakıda məşhur ticarət mərkəzində faciə
6-08-2026, 05:46
Canlı yayımda söyüş söyən daha bir tiktoker həbs edildi
6-08-2026, 05:43
Alkoqoldan imtina etdikdə beyində nə baş verir? — Araşdırmaların nəticələri
6-08-2026, 05:39
Təyyarədə baqaj yükü itən sərnişin nə etməlidir? — AÇIQLAMA
6-08-2026, 05:35
Restoranın qarşısında kütləvi dava - Bir nəfər öldü, üçü yaralandı
5-08-2026, 22:30
Bakıda məscid yanır
5-08-2026, 22:21
Gürcüstan yenidən qaranlığa qərq oldu
5-08-2026, 22:18
Tbilisi-Bakı qatarı yenə gecikdi - İşıq əngəl oldu
4-08-2026, 13:44
Mingəçevirdə bir nəfər şəxs atdan yıxılaraq xəsarət alıb
3-08-2026, 23:21
Mingəçevirdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbir keçirilib-VİDEO
3-08-2026, 22:49
Yevlaxda sürücü xəsarət aldı,bir neçə gün sonra dünyasını dəyişdi-VİDEO
3-08-2026, 14:35
Ombudsman Aparatının nümayəndələri hərbi hissədə olublar
3-08-2026, 14:29
Azərbaycan–Gürcüstan dəmir yolu daşımalarında sərhəd keçidi iki dəfə sürətləndirilir
3-08-2026, 13:01
Məkanlardan oğurluq edən 6 nəfər saxlanıldı – minlərlə manatlıq əmlak talanıb
3-08-2026, 12:50
“Vətəndaşlardan hər hansı hesaba pul köçürülməsi tələb olunmur” - Rəsmi