Yevlax Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin sərbəst güləş bölməsinin qrupları arasında yoxlama, sınaq, qəbul və keçid normativləri keçirilib. FOTOLAR

11 iyul 2026-cı il tarixdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin Yevlax rayon üzrə Təhsil Sektorunun nəzdində fəaliyyət göstərən Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin sərbəst güləş bölməsinin qrupları arasında yoxlama, sınaq, qəbul və keçid normativləri keçirilib. Bu cür tədbirlər idmançıların fiziki hazırlıq səviyyəsinin müəyyənləşdirilməsi, onların inkişaf dinamikasının qiymətləndirilməsi və gələcək uğurlarının təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı fikirlərini bölüşən yazıçı, şair, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, ehtiyatda olan zabit Natiq Əlisoy bildirib ki, idman təkcə fiziki hazırlıq vasitəsi deyil, eyni zamanda gənc nəslin mənəvi, psixoloji və intellektual inkişafına xidmət edən mühüm tərbiyə məktəbidir.

Natiq Əlisoy qeyd edib ki, sağlam cəmiyyətin təməli sağlam gənclikdən başlayır. Gənclərin idmana cəlb olunması onların fiziki cəhətdən güclü böyüməsi ilə yanaşı, intizamlı, məsuliyyətli və vətənpərvər şəxsiyyət kimi formalaşmasına da mühüm töhfə verir. İdman insanı çətinliklər qarşısında dözümlü olmağa, məqsəd uğrunda mübarizə aparmağa və heç vaxt təslim olmamağa öyrədir. Onun sözlərinə görə, uşaqlar və yeniyetmələr vaxtlarını pis vərdişlərə, zərərli təsirlərə və xoşagəlməz küçə davranışlarına sərf etməkdənsə, idman zallarında məşq etməli, sağlam həyat tərzi seçməlidirlər. İdman onları həm fiziki, həm də mənəvi baxımdan gücləndirərək cəmiyyət üçün faydalı və məsuliyyətli vətəndaş kimi yetişdirir.
Natiq Əlisoy vurğulayıb ki, bu istiqamətdə məşqçi-müəllimlərin üzərinə böyük məsuliyyət düşür. Onlar yalnız idman fəndlərini öyrədən müəllim deyil, həm də tərbiyəçi, yolgöstərən və gənclərə yaxşı nümunədirlər. Məşqçilər gənclərdə intizam, böyüyə hörmət, kiçiyə qayğı, kollektivdə davranış mədəniyyəti, tabelik və qarşılıqlı hörmət hisslərini formalaşdırmalı, onları zərərli vərdişlərdən uzaq tutaraq sağlam həyata istiqamətləndirməlidirlər.

O bildirib ki, idman gənclərdə düzgün qərar qəbul etmə, özünəinam, məsuliyyət hissi, çevik düşüncə və iradə kimi mühüm keyfiyyətlərin inkişafında əvəzsiz rol oynayır. Məhz belə xüsusiyyətlər gələcəyin savadlı, düşüncəli, intizamlı və vətəninə layiqli gənclərinin formalaşmasının əsasını təşkil edir.
"Nə qədər çox gənc idmanla məşğul olarsa, bir o qədər sağlam ailələr, sağlam cəmiyyət və güclü dövlət formalaşar. İdman meydanlarında qazanılan qələbələr təkcə medallar deyil, həm də yüksək mənəviyyatın, sağlam düşüncənin və düzgün həyat tərzinin təntənəsidir. Buna görə də uşaqların və yeniyetmələrin idmana marağının artırılması hər birimizin qarşısında duran vacib vəzifələrdən biridir", – deyə Natiq Əlisoy bildirib.






































Dialoq.az
Bugün, 04:44
Sabah 11 marşrut bu dayanacaqlarda saxlamayacaq - Siyahı
Bugün, 04:43
Bu yol bağlanır
Dün, 20:35
Gəncədə qəza - “Kamaz” ağaca çırpıldı+Fotolar
8-08-2026, 21:39
Mingəçevir Dövlət Universiteti və Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına start verir
8-08-2026, 08:34
Ağdaş polisi qoyun oğrusunu tutub-VİDEO
8-08-2026, 08:29
“Gürcüstandakı münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik”
7-08-2026, 22:14
Ağdaşda 17 yaşlı qıza nişan keçirildi - Valideynləri polisə çağırıldı
7-08-2026, 15:28
Media və Yayım Şurası yaradıldı - Fərman
6-08-2026, 05:53
Sulutəpədə avtoservisdə yanğın baş verib Hadisə
6-08-2026, 05:50
Bakıda məşhur ticarət mərkəzində faciə
6-08-2026, 05:46
Canlı yayımda söyüş söyən daha bir tiktoker həbs edildi
6-08-2026, 05:43
Alkoqoldan imtina etdikdə beyində nə baş verir? — Araşdırmaların nəticələri
6-08-2026, 05:39
Təyyarədə baqaj yükü itən sərnişin nə etməlidir? — AÇIQLAMA
6-08-2026, 05:35
Restoranın qarşısında kütləvi dava - Bir nəfər öldü, üçü yaralandı
5-08-2026, 22:30
Bakıda məscid yanır
5-08-2026, 22:21
Gürcüstan yenidən qaranlığa qərq oldu
5-08-2026, 22:18
Tbilisi-Bakı qatarı yenə gecikdi - İşıq əngəl oldu
4-08-2026, 13:44
Mingəçevirdə bir nəfər şəxs atdan yıxılaraq xəsarət alıb
3-08-2026, 23:21
Mingəçevirdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbir keçirilib-VİDEO
3-08-2026, 22:49
Yevlaxda sürücü xəsarət aldı,bir neçə gün sonra dünyasını dəyişdi-VİDEO
3-08-2026, 14:35
Ombudsman Aparatının nümayəndələri hərbi hissədə olublar
3-08-2026, 14:29
Azərbaycan–Gürcüstan dəmir yolu daşımalarında sərhəd keçidi iki dəfə sürətləndirilir
3-08-2026, 13:01
Məkanlardan oğurluq edən 6 nəfər saxlanıldı – minlərlə manatlıq əmlak talanıb
3-08-2026, 12:50
“Vətəndaşlardan hər hansı hesaba pul köçürülməsi tələb olunmur” - Rəsmi
3-08-2026, 12:35
Xanəndənin ürəyində 4 damar dəyişdirildi
3-08-2026, 12:31
Prezident açılışda - Fotolar
1-08-2026, 23:37
Mingəçevirdə regional medianın problemləri müzakirə olunub: “Sağlam media üçün regionlara diqqət artırılmalıdır”. -VİDEO