Norm Sement zavodunun istehsal gücü artırılıb.FOTO

“Norm” ASC tərəfindən Norm Sement zavodunun klinker istehsalı gücünün artırılması ilə bağlı layihə uğurla sona çatdırılıb. Beləliklə, zavodun klinker istehsalı gücü illik 1,76 milyon tondan 2 milyon tona qaldırılaraq, təxminən 14%-lik artım təmin edilib ki, bu da il ərzində 240 min ton əlavə klinker istehsalı imkanı deməkdir.
Dialoq.az Qafqazinfo-ya istinadən xəbər verir ki, layihənin icrasına beynəlxalq tərəfdaşlar - Çinin “BTIEC”, Almaniyanın “Gebr. Pfeifer” and “Claudius Peters” şirkətləri cəlb edilib.
Şirkətin Baş icraçı direktoru Henning Sasse qeyd edib ki, sement bazarında hazırkı mərhələdə ölkədə təklif tələbi üstələsə də, şirkət uzunmüddətli strateji baxışına uyğun yanaşma tətbiq edir: “Biz ölkənin və regionun genişlənən infrastruktur ehtiyaclarını və ixrac imkanlarını nəzərə alaraq, zavodun istehsal gücünü artırmağa qərar verdik. Norm Sement zavodunun klinker istehsalı gücünün artırılması bizim üçün həm daxili bazarı təmin etmək, həm də xarici bazarlara klinker ixracı imkanlarını genişləndirmək baxımından mühüm addım oldu. Bu təşəbbüs, növbəti 15-20 il ərzində ölkə daxilində sement və klinker tələbatının yerli istehsal hesabına tam qarşılanmasını təmin etməklə, Azərbaycanın sənaye potensialının gücləndirilməsinə xidmət edəcək”.
“Norm”ASC-nin innovasiyalara davamlı sərmayəsi enerji sənayesi üçün strateji əhəmiyyət daşıyan quyu-tamponaj sementinin istehsalında da öz əksini tapır. Bu məhsul neft-qaz sektorunda quyuların təhlükəsizliyinin və etibarlılığının təmin olunmasında mühüm rol oynayır. Şirkət bu istiqamətdə Azərbaycandakı SLB, həmçinin bp kimi beynəlxalq enerji şirkətləri ilə sıx əməkdaşlıq edir və tərəfdaşlıq münasibətlərini ildən-ilə genişləndirir. Hazırda məhsul Orta Asiya ölkələrindən bəzilərinə ixrac olunur. Qarşıdan gələn illərdə quyu-tamponaj sementinin ixrac imkanlarının artırılması və ixrac coğrafiyasının genişləndirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Norm xüsusi növ sement sayılan quyu-tamponaj sementinin Azərbaycanda yeganə istehsalçısıdır və şirkət, 2021-ci ildə Cənubi Qafqazda ilk dəfə olaraq, bu məhsulun istehsalı ilə bağlı Amerika Neft İnstitutundan müvafiq API sertifikatı əldə edib.
Həm sənaye, həm də ekoloji baxımdan məsuliyyətli fəaliyyət sərgiləyərən Norm, istehsal proseslərinin modernləşdirilməsi, resursların optimallaşdırılması və ətraf mühitə təsirin azaldılması istiqamətində də investisiyalar yatırır. İstehsal gücünün artırılması ilə yanaşı şirkət tərəfindən ötən ildən etibarən sement istehsalında klinker əmsalı 5%-ə qədər azaldılıb ki, bu da təxminən 85 min ton klinkerin əlavə sement istehsalına yönəldilməsinə imkan verir. Ölkənin sement istehsalı üzrə aparıcı müəssisəsi və tikinti materialları istehsalçısı olaraq, Norm məhsullarının klinker əmsalını optimizasiya etməklə, spesifik CO₂ emissiyalarını azaltmağı dayanıqlı inkişaf məqsədləri çərçivəsində ön planda tutur.
“Norm” ASC 10-dan çox ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupu olan “NEQSOL Holding”in tərkibinə daxildir. Ölkə iqtisadiyyatının davamlı inkişafına dəstək məqsədilə NEQSOL Holding bir sıra investisiya layihələrinə imza atır. Norm Sement zavodunun istehsal gücünün artırılmasına yönəldilən sərmayə də bu strategiyanın mühüm tərkib hissəsini təşkil edir.

.

.

Dialoq.az
Dün, 04:44
Sabah 11 marşrut bu dayanacaqlarda saxlamayacaq - Siyahı
Dün, 04:43
Bu yol bağlanır
9-08-2026, 20:35
Gəncədə qəza - “Kamaz” ağaca çırpıldı+Fotolar
8-08-2026, 21:39
Mingəçevir Dövlət Universiteti və Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına start verir
8-08-2026, 08:34
Ağdaş polisi qoyun oğrusunu tutub-VİDEO
8-08-2026, 08:29
“Gürcüstandakı münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik”
7-08-2026, 22:14
Ağdaşda 17 yaşlı qıza nişan keçirildi - Valideynləri polisə çağırıldı
7-08-2026, 15:28
Media və Yayım Şurası yaradıldı - Fərman
6-08-2026, 05:53
Sulutəpədə avtoservisdə yanğın baş verib Hadisə
6-08-2026, 05:50
Bakıda məşhur ticarət mərkəzində faciə
6-08-2026, 05:46
Canlı yayımda söyüş söyən daha bir tiktoker həbs edildi
6-08-2026, 05:43
Alkoqoldan imtina etdikdə beyində nə baş verir? — Araşdırmaların nəticələri
6-08-2026, 05:39
Təyyarədə baqaj yükü itən sərnişin nə etməlidir? — AÇIQLAMA
6-08-2026, 05:35
Restoranın qarşısında kütləvi dava - Bir nəfər öldü, üçü yaralandı
5-08-2026, 22:30
Bakıda məscid yanır
5-08-2026, 22:21
Gürcüstan yenidən qaranlığa qərq oldu
5-08-2026, 22:18
Tbilisi-Bakı qatarı yenə gecikdi - İşıq əngəl oldu
4-08-2026, 13:44
Mingəçevirdə bir nəfər şəxs atdan yıxılaraq xəsarət alıb
3-08-2026, 23:21
Mingəçevirdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbir keçirilib-VİDEO
3-08-2026, 22:49
Yevlaxda sürücü xəsarət aldı,bir neçə gün sonra dünyasını dəyişdi-VİDEO
3-08-2026, 14:35
Ombudsman Aparatının nümayəndələri hərbi hissədə olublar
3-08-2026, 14:29
Azərbaycan–Gürcüstan dəmir yolu daşımalarında sərhəd keçidi iki dəfə sürətləndirilir
3-08-2026, 13:01
Məkanlardan oğurluq edən 6 nəfər saxlanıldı – minlərlə manatlıq əmlak talanıb
3-08-2026, 12:50
“Vətəndaşlardan hər hansı hesaba pul köçürülməsi tələb olunmur” - Rəsmi
3-08-2026, 12:35
Xanəndənin ürəyində 4 damar dəyişdirildi
3-08-2026, 12:31
Prezident açılışda - Fotolar
1-08-2026, 23:37
Mingəçevirdə regional medianın problemləri müzakirə olunub: “Sağlam media üçün regionlara diqqət artırılmalıdır”. -VİDEO