Kərkükdə 100 il sonra bir ilk
Siyasət
Oxunub: 10
17 Nis 2026 | 08:57
Kərkükdə 100 il sonra bir ilk
İraqda Kərkük vilayətində keçirilən səsvermə nəticəsində İraq Türkmən Cəbhəsinin rəhbəri Məhəmməd Səman Ağa yeni vali seçilib.

“Dialoq.az ” xəbər verir ki, bu nəticə ilə Kərkükdə təxminən 100 ildən sonra yenidən türkmən mənşəli vali vəzifəyə gəlib.

Kərkük Vilayət Şurasında keçirilən iclasda əvvəlcə keçmiş vali Rəbvar Tahanın istefası qəbul edilib. Daha sonra 14 üzvdən ibarət şurada keçirilən səsvermədə Məhəmməd Səman Ağa 12 səs toplayaraq qalib elan olunub.

Səsvermədən sonra şəhərdə və türkmən icmasında bayram əhval-ruhiyyəsi yaşanıb.

Kərkükdə yeni valinin seçilməsi İraqın federal siyasi sistemində etnik və siyasi balansın yenidən gündəmə gəlməsinə səbəb olub. Ölkənin 2003-cü ildən sonra formalaşan idarəetmə modelində bölgələrdə müxtəlif siyasi və etnik qrupların təmsilçiliyi xüsusi rol oynayır.

Qeyd edək ki, yeni vali Məhəmməd Səman Ağa İraq Türkmən Cəbhəsinin rəhbəridir və uzun müddətdir bölgədə siyasi fəaliyyət göstərir.
Dialoq.az
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
Bugün, 09:16
Kartdan pul oğurlayan "bank əməkdaşı" tutuldu
Bugün, 09:10
Hidayət Heydərov Avropa çempionatında mübarizəyə başlayır
Bugün, 09:03
Ayda nüvə reaktorları qurulacaq
Bugün, 08:57
Kərkükdə 100 il sonra bir ilk
Bugün, 08:51
Serialdakı sevgi gerçəyə çevrildi
Dün, 23:32
Yevlaxda Dünya İncəsənət Günü qeyd olunub
Dün, 19:54
Bu yollar 2 gün bağlı olacaq
Dün, 16:09
Mingəçevir Dövlət Universitetində növbəti mühüm seminar. - VİDEO
15-04-2026, 20:37
Yevlaxdə su xətləri yenilənir, növbəti mərhələdə kanalizasiya sistemi qurulacaq
14-04-2026, 21:58
Hava şəraiti ilə bağlı paytaxt yollarında sürət həddi endirildi və “sürüşkən yol” xəbərdarlığı aktivləşdirildi
14-04-2026, 21:30
Kəmaləddin Heydərova iki yeni müavin təyin edildi
14-04-2026, 21:28
Fransa polisi Yelisey sarayında axtarışlar apardı
14-04-2026, 21:24
Erməni hərbçi aldığı güllə yarasından öldü
14-04-2026, 20:46
TƏBİB-in yeni icraçı direktoru kimdir?
14-04-2026, 09:02
Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
14-04-2026, 08:57
Məkkəyə girişə məhdudiyyət qoyuldu
13-04-2026, 21:34
Yazı da qışdır... - Fotolar
13-04-2026, 21:02
Yevlaxda növbəti qanvermə aksiyası keçirilib
13-04-2026, 15:55
Yevlax məktəblisi kitab yazıb.O yazdığı Kitab haqqında danışıb
13-04-2026, 15:51
Bu ölkədə qadın ordu komandanı oldu - İlk dəfə
13-04-2026, 15:49
Milli Məclis 5 sənədi ratifikasiya edəcək
13-04-2026, 15:44
TƏBİB-dəki bu vəzifə ona həvalə olundu
13-04-2026, 00:48
Xəzər dənizində 4.6 maqnitudalı zəlzələ oldu
13-04-2026, 00:41
Ölkə ikincisi olmuşdu, indi dünya ikincisinin tələbəsidir
12-04-2026, 02:57
Tərtərdə 27 yaşlı gənc kafedə bıçaqlanaraq öldürüldü
11-04-2026, 20:17
Yevlaxda yolda olan problem-Maşın heyvanları niyə vurur...?
10-04-2026, 11:17
Müdafiə Nazirliyinin rəhbər heyəti taktiki təlimin gedişatını yoxladı - FOTO