İlham Əliyev dünya ölkələri ilə münasibətlərimizdən danışdı

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında dünya ölkələri ilə Azərbaycan arasındakı əlaqələrdən danışıb.
Dialoq.az xəbər verir ki, dövlət başçısı deyib:
“Ötən il mənim Çin Xalq Respublikasına dövlət səfərimdən və hərtərəfli strateji tərəfdaşlıq haqqında bəyannamənin imzalanmasından sonra bir çox sahələrdə, o cümlədən siyasi, iqtisadi, nəqliyyat və bütün digər sahələrdə addımlar atılmağa başlandı.
Biz bundan çox məmnunuq, buna böyük əhəmiyyət veririk”, - deyən dövlət başçısı əlavə edib ki, bu gün daha çox sayda Çin şirkəti Azərbaycanda fəaliyyət göstərir”.
Prezident həmçinin qeyd edib ki, Yaponiyaya xam neftin çatdırılması heç zaman görünmədiyi qədər vacibdir, çünki təchizat marşrutları pozulub. Azərbaycanın bu baxımdan rolu daha da artır.
Dövlət başçısı Yaponiya ilə müxtəlif sahələrdə yaxşı tərəfdaşlıq tarixinin formalaşdığını qeyd edib. O, həmçinin enerji sektoru ilə yanaşı, müdafiə sənayesi sahəsində də əlaqələrin genişləndirilməsi potensialının mövcudluğunu, birgə müəssisələrin yaradılmasının mümkünlüyünü vurğulayıb.
“Düzdür, hazırda layihələr daha azdır, son 5-6 il ərzində ölkələrimiz arasında diplomatik təmasları çox da görmürük. İkinci Qarabağ müharibəsindən sonra vəziyyət bu yerdədir, lakin yenə də potensial mövcuddur. Düşünürəm ki, hökumət rəsmiləri, biznes dairələri, şirkətlər arasında daha çox təmaslar olmalıdır. Belə olan halda biz əməkdaşlığımızın əlavə üstünlüklərini müəyyən edə biləcəyik”, - Prezident əlavə edib.
“O ki qaldı yüklərə və Orta Dəhlizin inkişafına, Çindən Azərbaycana və əks istiqamətdə həcmlər artır. Biz dəniz limanının imkanlarını demək olar iki dəfə artırırıq. Həmçinin Çindən daşınan yüklərin həcmini artırırıq və Mərkəzi Asiya ölkələri də bu prosesə qoşulub. Bir sözlə, qarşılıqlı münasibətlərin çox yaxşı tarixi var. Orta Dəhliz boyunca yerləşən ölkələrlə çoxtərəfli əməkdaşlıq inkişaf etdirilir”, - Azərbaycan lideri vurğulayıb.
Azərbaycan-Özbəkistan əlaqələrinin təməlində dostluq, qardaşlıq münasibətlərinin dayandığını deyən dövlət başçısı bildirib: “Hörmətli Prezident Şavkat Miromonoviçlə şəxsi dostluğumuz bu münasibətləri daha yüksək səviyyəyə qaldırıb. Onu bildirməliyəm ki, Qarabağın bərpasında bizə birinci yardım edən məhz Özbəkistan Prezidenti olmuşdur”.
“Mərkəzi Asiya Azərbaycanla vahid bir iqtisadi və siyasi məkanda birləşir. Bağlantılar, nəqliyyat, logistika layihələrinin icrası istiqamətində bunun çox böyük mənası var. Prezident Şavkat Mirziyoyevin uzaqgörənliyi və strateji baxışları burada çox önəmli rol oynayıb”, - Prezident qeyd edib.
Dövlət başçısı ABŞ-İran münaqişəsi ilə bağlı Pakistanın rolundan danışarkən bunları deyib:
“Mən Pakistanın Baş naziri, əziz dostum Şahbaz Şərifə zəng edərək onu təbrik etdim ki, razılaşma əldə olunub. Bu, Pakistanın göstərdiyi vasitəçilik səylərinin nəticəsində baş verdi. Bu, bir daha göstərir ki, Pakistanın beynəlxalq səviyyədə böyük hörmət var. Pakistan yeganə ölkədir ki, vasitəçilik edə bildi və bu məsuliyyəti öz üzərinizə götürdü”.
Dövlət başçısı son hadisələri və yeni gərginlikləri nəzərə alaraq bu mübarizədə atəşkəsin vacibliyini vurğulayıb və Pakistandan başqa heç bir ölkənin bu missiyanı bu dərəcədə uğurla yerinə yetirə bilməyəcəyini ifadə edib. O, həmçinin Pakistan rəhbərliyinin bu istiqamətdə göstərdiyi geniş səylərin ölkənin beynəlxalq nüfuzunu və bacarıqlarını növbəti dəfə nümayiş etdirdiyini bildirərək, bu cəhdlərin davam etdirilməsi sayəsində Yaxın Şərqə sülhün gələcəyinə əminliyini vurğulayıb.
“Biz Xəzərin hər iki sahilində yerləşən iki ölkə olaraq biz çox fəal əməkdaşlıq edirik. Azərbaycan ilə Qazaxıstan arasında fəal təmaslar olmadan bu regionda heç bir layihə mümkün ola bilməz”, - İlham Əliyev qeyd edib.
Dialoq.az
Dün, 04:44
Sabah 11 marşrut bu dayanacaqlarda saxlamayacaq - Siyahı
Dün, 04:43
Bu yol bağlanır
9-08-2026, 20:35
Gəncədə qəza - “Kamaz” ağaca çırpıldı+Fotolar
8-08-2026, 21:39
Mingəçevir Dövlət Universiteti və Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına start verir
8-08-2026, 08:34
Ağdaş polisi qoyun oğrusunu tutub-VİDEO
8-08-2026, 08:29
“Gürcüstandakı münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik”
7-08-2026, 22:14
Ağdaşda 17 yaşlı qıza nişan keçirildi - Valideynləri polisə çağırıldı
7-08-2026, 15:28
Media və Yayım Şurası yaradıldı - Fərman
6-08-2026, 05:53
Sulutəpədə avtoservisdə yanğın baş verib Hadisə
6-08-2026, 05:50
Bakıda məşhur ticarət mərkəzində faciə
6-08-2026, 05:46
Canlı yayımda söyüş söyən daha bir tiktoker həbs edildi
6-08-2026, 05:43
Alkoqoldan imtina etdikdə beyində nə baş verir? — Araşdırmaların nəticələri
6-08-2026, 05:39
Təyyarədə baqaj yükü itən sərnişin nə etməlidir? — AÇIQLAMA
6-08-2026, 05:35
Restoranın qarşısında kütləvi dava - Bir nəfər öldü, üçü yaralandı
5-08-2026, 22:30
Bakıda məscid yanır
5-08-2026, 22:21
Gürcüstan yenidən qaranlığa qərq oldu
5-08-2026, 22:18
Tbilisi-Bakı qatarı yenə gecikdi - İşıq əngəl oldu
4-08-2026, 13:44
Mingəçevirdə bir nəfər şəxs atdan yıxılaraq xəsarət alıb
3-08-2026, 23:21
Mingəçevirdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbir keçirilib-VİDEO
3-08-2026, 22:49
Yevlaxda sürücü xəsarət aldı,bir neçə gün sonra dünyasını dəyişdi-VİDEO
3-08-2026, 14:35
Ombudsman Aparatının nümayəndələri hərbi hissədə olublar
3-08-2026, 14:29
Azərbaycan–Gürcüstan dəmir yolu daşımalarında sərhəd keçidi iki dəfə sürətləndirilir
3-08-2026, 13:01
Məkanlardan oğurluq edən 6 nəfər saxlanıldı – minlərlə manatlıq əmlak talanıb
3-08-2026, 12:50
“Vətəndaşlardan hər hansı hesaba pul köçürülməsi tələb olunmur” - Rəsmi
3-08-2026, 12:35
Xanəndənin ürəyində 4 damar dəyişdirildi
3-08-2026, 12:31
Prezident açılışda - Fotolar
1-08-2026, 23:37
Mingəçevirdə regional medianın problemləri müzakirə olunub: “Sağlam media üçün regionlara diqqət artırılmalıdır”. -VİDEO