Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatının yaradılmasının 33-cü illiyi münasibətilə tədbir keçirilib
Siyasət
Oxunub: 128
18 Tem 2026 | 11:29
Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatının yaradılmasının 33-cü illiyi münasibətilə tədbir keçirilib
Tədbirdə YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, YAP Gənclər Birliyinin sədr müavini, YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Fəsli Nəbiyev, Milli Məclisin deputatları Əli Hüseynli və İlham Məmmədov, YAP Yevlax rayon təşkilatı və Yevlax Şəhər İcra Hakimiyyəti Aparatının əməkdaşları, ərazi partiya təşkilatlarının sədrləri, partiya veteranları və fəalları, şəhid ailəsinin nümayəndələri, müharibə iştirakçıları, təhsil, səhiyyə, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılmış abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə tədbir açıq elan olunub.
Müasir müstəqil Azərbaycanın və Yeni Azərbaycan Partiyasının qurucusu Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Yeni Azərbaycan Partiyasının yaranma tarixini və keçdiyi uğurlu inkişaf yolunu əks etdirən videoçarx nümayiş etdirilib.
YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev Ümummilli Lider Heydər Əliyevin müdrik ideyaları əsasında Yeni Azərbaycan Partiyasının və yerli təşkilatın ötən illər ərzindəki şərəfli fəaliyyəti, həmçinin əldə olunan uğurları və gələcəkdə qarşıda duran mühüm vəzifələr barədə geniş məruzə ilə çıxış edib. Qeyd edilib ki, hazırda Yeni Azərbaycan Partiyası möhtərəm Prezident İlham Əliyevin ali rəhbərliyi ilə mühüm tarixi nailiyyətlərə imza atmışdır. Bu gün Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam şəkildə təmin olunmuşdur. Rafiq Əliyev xüsusi tarixi gün münasibətilə bütün partiya üzvlərini səmimi-qəlbdən təbrik edib, onlara dövlətimizin və xalqımızın maraqları naminə olan ictimai-siyasi fəaliyyətlərində uğurlar arzulayıb.
Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev çıxışında bildirib ki, Yeni Azərbaycan Partiyasının qısa zaman kəsiyində Cənubi Qafqazda alternativsiz olması və ümumxalq partiyasına çevrilməsinin əsas səbəbi məhz qədirbilən xalqımızın Ulu Öndər Heydər Əliyevə olan sonsuz sevgisindən irəli gəlmişdir. Rayon rəhbəri qeyd edib ki, qüdrətli Azərbaycan xalqı bu gün dahi Heydər Əliyevin bənzərsiz ideyaları və Yeni Azərbaycan Partiyasının Sədri, dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dəmir yumruğu ətrafında sıx birləşərək Azərbaycanın sabitliyini, inkişafını və uğurlu gələcəyini layiqincə təmin etməkdədir.
Tədbirdə çıxış edənlər YAP Gənclər Birliyinin sədr müavini, Mərkəzi Aparatın Təşkilat şöbəsinin baş məsləhətçisi Fəsli Nəbiyev, Milli Məclisin deputatları Əli Hüseynli və İlham Məmmədov vurğulayıblar ki, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik dühası və milli məfkurəsi üzərində qurulan Yeni Azərbaycan Partiyası Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi və Partiya Sədrinin birinci müavini hörmətli Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi uca humanist, sosial-mədəni layihələr sayəsində ölkəmizi tarixi Zəfərlərə və qlobal tərəqqiyə daşıyan sarsılmaz vahid siyasi qüvvədir.
Sonra YAP Yevlax rayon təşkilatının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə bir qrup partiya üzvü fəxri fərmanla təltif olunub, YAP sıralarına yeni qəbul olunan şəxslərə vəsiqələr təqdim edilib.
Tədbirin rəsmi hissəsinin yekununda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Tədbirin bədii hissəsi Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının solistləri-Əməkdar mədəniyyət işçisi Mehbarə Cəfərovanın, Vasif Bayramovun və pianoçu Mehriban Allahverdiyevanın milli musiqi ifaları ilə davam etmiş və iştirakçılar tərəfindən alqışlarla qarşılanmışdır.

Dialoq.az
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
Bugün, 04:44
Sabah 11 marşrut bu dayanacaqlarda saxlamayacaq - Siyahı
Bugün, 04:43
Bu yol bağlanır
Dün, 20:35
Gəncədə qəza - “Kamaz” ağaca çırpıldı+Fotolar
8-08-2026, 21:39
Mingəçevir Dövlət Universiteti və Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına start verir
8-08-2026, 08:34
Ağdaş polisi qoyun oğrusunu tutub-VİDEO
8-08-2026, 08:29
“Gürcüstandakı münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik”
7-08-2026, 22:14
Ağdaşda 17 yaşlı qıza nişan keçirildi - Valideynləri polisə çağırıldı
7-08-2026, 15:28
Media və Yayım Şurası yaradıldı - Fərman
6-08-2026, 05:53
Sulutəpədə avtoservisdə yanğın baş verib Hadisə
6-08-2026, 05:50
Bakıda məşhur ticarət mərkəzində faciə
6-08-2026, 05:46
Canlı yayımda söyüş söyən daha bir tiktoker həbs edildi
6-08-2026, 05:43
Alkoqoldan imtina etdikdə beyində nə baş verir? — Araşdırmaların nəticələri
6-08-2026, 05:39
Təyyarədə baqaj yükü itən sərnişin nə etməlidir? — AÇIQLAMA
6-08-2026, 05:35
Restoranın qarşısında kütləvi dava - Bir nəfər öldü, üçü yaralandı
5-08-2026, 22:30
Bakıda məscid yanır
5-08-2026, 22:21
Gürcüstan yenidən qaranlığa qərq oldu
5-08-2026, 22:18
Tbilisi-Bakı qatarı yenə gecikdi - İşıq əngəl oldu
4-08-2026, 13:44
Mingəçevirdə bir nəfər şəxs atdan yıxılaraq xəsarət alıb
3-08-2026, 23:21
Mingəçevirdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbir keçirilib-VİDEO
3-08-2026, 22:49
Yevlaxda sürücü xəsarət aldı,bir neçə gün sonra dünyasını dəyişdi-VİDEO
3-08-2026, 14:35
Ombudsman Aparatının nümayəndələri hərbi hissədə olublar
3-08-2026, 14:29
Azərbaycan–Gürcüstan dəmir yolu daşımalarında sərhəd keçidi iki dəfə sürətləndirilir
3-08-2026, 13:01
Məkanlardan oğurluq edən 6 nəfər saxlanıldı – minlərlə manatlıq əmlak talanıb
3-08-2026, 12:50
“Vətəndaşlardan hər hansı hesaba pul köçürülməsi tələb olunmur” - Rəsmi
3-08-2026, 12:35
Xanəndənin ürəyində 4 damar dəyişdirildi
3-08-2026, 12:31
Prezident açılışda - Fotolar
1-08-2026, 23:37
Mingəçevirdə regional medianın problemləri müzakirə olunub: “Sağlam media üçün regionlara diqqət artırılmalıdır”. -VİDEO