Azərbaycanın mədəniyyət siyasətində yeni mərhələ başlayır
Sosial
Oxunub: 72
6 Nis 2026 | 11:11
Azərbaycanın mədəniyyət siyasətində yeni mərhələ başlayır
Azərbaycan Respublikasında mədəni siyasətin uzunmüddətli inkişaf trayektoriyasını müəyyən edən “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası ölkəmizin ideoloji, sosial və intellektual gələcəyinə yönəlmiş mühüm strateji sənəddir. Prezident İlham Əliyevin 14 yanvar 2026-cı il tarixli sərəncamı ilə təsdiq olunmuş bu Konsepsiya mədəniyyət anlayışını yalnız incəsənət və irs çərçivəsində deyil, daha geniş – cəmiyyətin davranış modeli, düşüncə sistemi və bilgi mədəniyyəti kimi çoxşaxəli bir strukturda təqdim edir.

Dialoq.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu sənədin əhəmiyyəti ondadır ki, o, mədəniyyəti passiv qorunan miras kimi deyil, aktiv şəkildə formalaşdırılan və idarə olunan milli resurs kimi müəyyənləşdirir. Konsepsiya Azərbaycan cəmiyyətinin qlobal dəyişikliklər fonunda öz kimliyini qorumaqla yanaşı, müasir dünyaya inteqrasiya imkanlarını da genişləndirməyi hədəfləyir. Burada əsas məqsəd milli-mənəvi dəyərlərlə müasir elmi, texnoloji və sosial yanaşmalar arasında balans yaratmaqdır.

Konsepsiyada xüsusi vurğulanan istiqamətlərdən biri davranış və bilgi mədəniyyətidir. Sənədin icrasının birinci mərhələsində məhz bu sahələri əhatə edən ayrıca dövlət proqramının qəbul olunmasının nəzərdə tutulması təsadüfi deyil. Bu, dövlətin mədəni inkişafı yalnız struktur və infrastruktur səviyyəsində deyil, insan faktorunun keyfiyyət dəyişimi üzərindən qurmaq istədiyini göstərir. Diqqət etdikdə görürük ki, davranış mədəniyyəti fərdin milli-mənəvi dəyərlərə əsaslanaraq digər insanlarla, sosial qruplarla və ümumilikdə cəmiyyətlə qurduğu münasibətlərin məcmusudur. Bu anlayış təkcə etik normalarla məhdudlaşmır, o, ünsiyyət bacarıqlarını, qərarvermə prosesini, fikir ayrılığına münasibəti, etimad qurma qabiliyyətini və hətta zaman anlayışını da əhatə edir. Konsepsiyada bu sahə üzrə irəli sürülən tədbirlər, xüsusilə çoxmeyarlı davranış modelinin hazırlanması Azərbaycan cəmiyyətinin həm daxili, həm də beynəlxalq kommunikasiya qabiliyyətini gücləndirməyə yönəlib.

Konsepsiyanın ən diqqətçəkən və innovativ tərəfi isə “bilgi mədəniyyəti” anlayışının irəli sürülməsidir. Bu termin Azərbaycan mədəni diskursu üçün yeni olmaqla yanaşı, əslində qlobal çağırışlara verilən strateji cavabdır. Bilgi mədəniyyəti – elmin, təhsilin və maarifləndirmənin milli dəyərlər üzərində qurulması ilə yanaşı, fərdlərin və cəmiyyətin gündəlik həyatında informasiyadan düzgün, məqsədyönlü və etik istifadəni təmin edən yanaşmalar sistemidir. Bu, sadəcə bilik əldə etmək deyil, biliklə davranmaq, onu dəyərləndirmək və tətbiq etmək mədəniyyətidir.

Müasir dövrdə informasiya bolluğu şəraitində əsas problem bilginin çatışmazlığı deyil, onun keyfiyyətli seçimi, təhlili və istifadəsidir. Bu baxımdan bilgi mədəniyyəti dezinformasiyaya qarşı immunitet yaradır, tənqidi və analitik düşüncəni inkişaf etdirir, qərarvermə proseslərini daha da rasionallaşdırır, cəmiyyətin intellektual səviyyəsini yüksəldir. Konsepsiyada bu sahənin funksionallığının artırılması üçün qurumlararası koordinasiyanın vacibliyi xüsusi qeyd olunur. Bu isə onu göstərir ki, bilgi mədəniyyəti bütün dövlət və ictimai institutların ortaq fəaliyyət sahəsi kimi nəzərdə tutulur. Bilgi mədəniyyətinin yeni anlayış kimi tətbiqi müəyyən riskləri də ehtiva edir. Sənəddə qeyd olunduğu kimi, bu sahədə mütəxəssislərin və araşdırmaların məhdudluğu əsas problemlərdən biridir. Bu baxımdan xarici təcrübənin cəlb olunması və elmi tədqiqatların genişləndirilməsi zəruri sayılır. Lakin bu çətinliklər eyni zamanda yeni imkanlar yaradır.

Azərbaycan özünəməxsus bilgi mədəniyyəti modelini formalaşdırmaqla regionda və daha geniş coğrafiyada intellektual mərkəzə çevrilə bilər. Ona görə də “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası mahiyyət etibarilə mədəniyyətin yenidən tərifi və strukturlaşdırılması prosesidir. Bu sənəd göstərir ki, müasir dövrdə mədəniyyət yalnız keçmişin qorunması deyil, gələcəyin qurulmasıdır.

Davranış mədəniyyəti cəmiyyətin sosial harmoniyasını təmin edirsə, bilgi mədəniyyəti onun intellektual gücünü formalaşdırır. Xüsusilə bilgi mədəniyyətinin yeni istiqamət kimi önə çəkilməsi Azərbaycanın mədəniyyət siyasətində keyfiyyətcə yeni mərhələnin başlandığını göstərir.

Bütün bunlar da göstərir ki, Azərbaycan gələcəyə yalnız mədəni irsi ilə deyil, həm də müasir düşüncə modeli və bilgi istehsalı ilə gedir.
Dialoq.az
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
Bugün, 00:39
Yevlaxda ağır qəzada iki nəfər ölüb, 5 nəfər xəsarət alıb
Dün, 17:48
Ağdaşda intihar hadisəsi baş verib-VİDEO
11-08-2026, 18:32
Gəncədə avtomobil iki piyadanı vurub
11-08-2026, 18:29
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanıldı
11-08-2026, 18:21
Lənkəranda meşədə 2 nəfərin meyiti tapıldı - Biri yeniyetmədir
10-08-2026, 04:44
Sabah 11 marşrut bu dayanacaqlarda saxlamayacaq - Siyahı
10-08-2026, 04:43
Bu yol bağlanır
9-08-2026, 20:35
Gəncədə qəza - “Kamaz” ağaca çırpıldı+Fotolar
8-08-2026, 21:39
Mingəçevir Dövlət Universiteti və Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına start verir
8-08-2026, 08:34
Ağdaş polisi qoyun oğrusunu tutub-VİDEO
8-08-2026, 08:29
“Gürcüstandakı münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik”
7-08-2026, 22:14
Ağdaşda 17 yaşlı qıza nişan keçirildi - Valideynləri polisə çağırıldı
7-08-2026, 15:28
Media və Yayım Şurası yaradıldı - Fərman
6-08-2026, 05:53
Sulutəpədə avtoservisdə yanğın baş verib Hadisə
6-08-2026, 05:50
Bakıda məşhur ticarət mərkəzində faciə
6-08-2026, 05:46
Canlı yayımda söyüş söyən daha bir tiktoker həbs edildi
6-08-2026, 05:43
Alkoqoldan imtina etdikdə beyində nə baş verir? — Araşdırmaların nəticələri
6-08-2026, 05:39
Təyyarədə baqaj yükü itən sərnişin nə etməlidir? — AÇIQLAMA
6-08-2026, 05:35
Restoranın qarşısında kütləvi dava - Bir nəfər öldü, üçü yaralandı
5-08-2026, 22:30
Bakıda məscid yanır
5-08-2026, 22:21
Gürcüstan yenidən qaranlığa qərq oldu
5-08-2026, 22:18
Tbilisi-Bakı qatarı yenə gecikdi - İşıq əngəl oldu
4-08-2026, 13:44
Mingəçevirdə bir nəfər şəxs atdan yıxılaraq xəsarət alıb
3-08-2026, 23:21
Mingəçevirdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbir keçirilib-VİDEO
3-08-2026, 22:49
Yevlaxda sürücü xəsarət aldı,bir neçə gün sonra dünyasını dəyişdi-VİDEO
3-08-2026, 14:35
Ombudsman Aparatının nümayəndələri hərbi hissədə olublar
3-08-2026, 14:29
Azərbaycan–Gürcüstan dəmir yolu daşımalarında sərhəd keçidi iki dəfə sürətləndirilir