Skuter sürücülərinə xəbərdarlıq: Qayda pozuntuları faciə ilə nəticələnə bilər
Sosial
Oxunub: 49
4 May 2026 | 16:38
Skuter sürücülərinə xəbərdarlıq: Qayda pozuntuları faciə ilə nəticələnə bilər
Baş Dövlət Yol Polisi İdarəsindən skuter istifadəçilərinin nəzərinə: Məsuliyyətsizlik faciəyə səbəb ola bilər!

Dialoq.az xəbər verir ki,bu barədə DİN-nin mətbuat xidmətindən bildirilib.Məlumatda deyilir: Xüsusilə paytaxtımızda müasir şəhərlər üçün xarakterik olan fərdi mobil vasitələrdən istifadənin sayının artması müsbət göstəricidir. Lakin, skuter və digər bu tip nəqliyyat vasitələrindən istifadə zamanı yol hərəkəti qaydalarına riayət edilməməsi təhlükəsizlik baxımından yolverilməz olmaqla yanaşı, həm də digər hərəkət iştirakçılarında haqlı narazılıq yaradır.

Skuter istifadəçiləri tərəfindən ən çox yol verilən qayda pozuntuları sırasında aşağıdakılar yer alır:


• bir skuterdə iki nəfərin hərəkət etməsi (bu, balans itkisi və qəza riskini artırır);
• piyada səkilərində və zolaqlarında yüksək sürətlə hərəkət;
• işıqfor və yol nişanlarının tələblərinə əməl edilməməsi;
• gecə saatlarında xəbərdaredici işıq və ya işarələrsiz hərəkət;
• azyaşlı və sürücülük bacarığı olmayan şəxslərin skuterlə yol hərəkətinə qoşulması.

Sadalanan qayda pozuntuları təkcə inzibati məsuliyyət deyil, həm də hər an ağırlıq dərəcəsi yüksək olan yol-nəqliyyat hadisələrinin baş verməsinə də real zəmin yaradır. Unutmayaq ki, hansı növ nəqliyyat vasitələrini idarə etməyimizdən asılı olmayaraq yol hərəkəti qaydalarını bilməli və onlara əməl etməliyik.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha xatırladır: Skuter və digər kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslər hərəkət iştirakçısıdır və onlar da digər sürücülər kimi yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl etməlidirlər.
Dialoq.az
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
Bugün, 00:39
Yevlaxda ağır qəzada iki nəfər ölüb, 5 nəfər xəsarət alıb
Dün, 17:48
Ağdaşda intihar hadisəsi baş verib-VİDEO
11-08-2026, 18:32
Gəncədə avtomobil iki piyadanı vurub
11-08-2026, 18:29
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanıldı
11-08-2026, 18:21
Lənkəranda meşədə 2 nəfərin meyiti tapıldı - Biri yeniyetmədir
10-08-2026, 04:44
Sabah 11 marşrut bu dayanacaqlarda saxlamayacaq - Siyahı
10-08-2026, 04:43
Bu yol bağlanır
9-08-2026, 20:35
Gəncədə qəza - “Kamaz” ağaca çırpıldı+Fotolar
8-08-2026, 21:39
Mingəçevir Dövlət Universiteti və Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına start verir
8-08-2026, 08:34
Ağdaş polisi qoyun oğrusunu tutub-VİDEO
8-08-2026, 08:29
“Gürcüstandakı münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik”
7-08-2026, 22:14
Ağdaşda 17 yaşlı qıza nişan keçirildi - Valideynləri polisə çağırıldı
7-08-2026, 15:28
Media və Yayım Şurası yaradıldı - Fərman
6-08-2026, 05:53
Sulutəpədə avtoservisdə yanğın baş verib Hadisə
6-08-2026, 05:50
Bakıda məşhur ticarət mərkəzində faciə
6-08-2026, 05:46
Canlı yayımda söyüş söyən daha bir tiktoker həbs edildi
6-08-2026, 05:43
Alkoqoldan imtina etdikdə beyində nə baş verir? — Araşdırmaların nəticələri
6-08-2026, 05:39
Təyyarədə baqaj yükü itən sərnişin nə etməlidir? — AÇIQLAMA
6-08-2026, 05:35
Restoranın qarşısında kütləvi dava - Bir nəfər öldü, üçü yaralandı
5-08-2026, 22:30
Bakıda məscid yanır
5-08-2026, 22:21
Gürcüstan yenidən qaranlığa qərq oldu
5-08-2026, 22:18
Tbilisi-Bakı qatarı yenə gecikdi - İşıq əngəl oldu
4-08-2026, 13:44
Mingəçevirdə bir nəfər şəxs atdan yıxılaraq xəsarət alıb
3-08-2026, 23:21
Mingəçevirdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbir keçirilib-VİDEO
3-08-2026, 22:49
Yevlaxda sürücü xəsarət aldı,bir neçə gün sonra dünyasını dəyişdi-VİDEO
3-08-2026, 14:35
Ombudsman Aparatının nümayəndələri hərbi hissədə olublar
3-08-2026, 14:29
Azərbaycan–Gürcüstan dəmir yolu daşımalarında sərhəd keçidi iki dəfə sürətləndirilir